Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti növbəti hesabat-seçki konfransını keçirəcək Digər » QHT 6 марта 2018 Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 10 mart 2018-ci il tarixdə növbəti konfransını keçirəcək. Bununla bağlı Cəmiyyətin İdarə Heyətinin ötən gün keçirilən növbəti iclasında qərar qəbul edilib.İdarə heyətinin iclasının əsas müzakirə mövzusu növbəti konfransın hazırlıqları ilə bağlı məsələlər olsa da, eyni zamanda digər cari məsələlərə də toxulub.Tədbirdə Beynəlxalq Maliyyə Korporasiyası ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, cəmiyyətə üzvlüyün vəziyyəti, xüsusilə də qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatının möhkəmləndirilməsi, hüquqi-normativ sənədlərin hazırlanaraq müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməsi müzakirə edilib.İclasda qərara alınıb ki, ölkədə qiymətləndirmə fəaliyyətinin daha təkmilləşdirilməsi üçün qanunvericilik təminatının möhkəmləndirilməsi, hüquqi-normativ sənədlərin yenilənməsinin zəruriliyini cəmiyyətə və hökümətə çatdırmaq üçün konfransa müvafiq dövlət qurumlarının, daşınmaz əmlak bazarına aidiyyatı olan digər təşkilatların nümayənədələri dəvət edilsin.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.