700 bal toplayan tələbələr mükafatlandırılıb Digər » QHT 26 сентября 2017 Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr və tədbirlər əhali tərəfindən daim maraqla qarşılanır. Azərbaycanın dövlət müstəqilliyinin 100-cü ildönümü ərəfəsində və dövlətdən maliyyə vəsaiti almadan "Əsgərə məktub və kitab ver!" və "7 şəhid, 7 qazi" layihəsini həyata keçirən təşkilat üzvləri ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 10 nəfər tələbə ilə, ölkənin ali təhsil ocaqlarında təhsil alan digər gənclərin görüşünü təşkil etdilər.Tədbiri Birliyin Layihələr Departamentinin rəhbəri Azad Manaflı açdı. Birliyin sədri, "Ana harayı" qəzetinin baş redaktoru, "fact-info.az" və "Xebertv.az" İnternet portallarının redaktoru, "Tərəqqi" medalının mükafatçısı, tanınmış jurnalist, müharibə veteranı Şamil Sabiroğlu ali məktəbə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş gəncləri salamladı. O, dedi: -"Əziz gənclər, sizinlə təkcə valideynləriniz və müəllimləriniz deyil, ölkə ictimaiyyəti də qürur duyur.Siz çalışmalısınız ki, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasına öz layiqli töfhənizi verəsiz". Birliyin sədri Ş.Sabiroğlu, 700 bal toplayan tələbələri İdarə Heyətinin üzvləri adından təbrik etdi. Daha sonra təlimçi-psixoloq, Lvov Tibb Universitetinin müəllimi Rəvan Soltanov tələbə-gənclərə "Uğur qazanmağın yolları" mövzusunda motivasiya təlimi keçdi. Səmimi etiraf etməliyik ki, bu təşəbbüs, gənclərin hədsiz marağına səbəb oldu. Tədbirdə digər iştirakçılarda öz fikirlərini açıqladılarŞamilə Şamilqızı, Aysel Bayramova, Fotolar: Bəşir Əlimədətova məxsusdur.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.