“Təbiətlə dost olaq!” layihəsinin icrasına start verildi Digər » QHT 17 ноября 2016 "Yaradıcı Gənclər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Təbiətlə dost olaq!” layihəsinin icrasına start verib.Layihənin məqsədi yeniyetmə və gənc nəsil arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir. Layihə icrasına Bakı və Sumqayıt şəhərlərindən könüllülər və gənclər cəlb olunacaq. Əsasən məktəblərin yuxarı sinif şagirdləri cəlb ediləcək. Bunun üçün məktəb və təhsil idarələri ilə öncədən razılıq əldə ediləcək. Məktəblilərdən ibarət komandalar yaradılacaq. Məktəblilərə “Qorumaq və artıqmaq” üsulları adlı ekoloji təlimlər keçiriləcək. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.