“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği”nə start verilir Digər » QHT 31 октября 2016 Bakı şəhərində “Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasına start verilib.Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Rəna Ələkbərova tərəfindən icra olunur.Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması konsepsiyasının prinsiplərinə uyğun olaraq, gənclərimizdə milli-mənəvi dəyərlərimizə, soy-kökümüzə, tariximizə xüsusi məhəbbət hissinin aşılanması məqsədi ilə icra olunan layihənin hədəf qrupu şagirdlər və tələbələr, uşaq evləri və internat məktəblərində yaşayan uşaq və gənclərdir.Layihə çərçivəsində gənclərimizin vətəndaşlıq hisslərini inkişaf etdirmək, gənclərimizdə “Milli dəyərlərimiz millətimizin simasıdır” düşüncəsini möhkəmləndirmək istiqamətində maarifləndirmə işləri aparılacaq. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.