Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib Digər » Nekroloqlar 17 августа 2020 814 Uzun illər hüquq-mühafizə və prokurorluq orqanlarında böyük şərəf və ləyaqətlə çalışmış, I Qarabağ müharibəsi zamanı Şuşa və Laçının müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş baş ədliyyə müşaviri Telman Əliş oğlu Tanrıverdiyev ötən gün gecə saatlarında koronavirusdan dünyasını dəyişib.Bu gün avqustun 17-də isə mərhum torpağa tapşırılıb.Qeyd edək ki, Telman Əliş oğlu Tanrıverdiyev Laçın rayonunda doğulmuşdur. Laçın Rayon Polis Şöbəsinin rəis müavini, Laçın rayon prokuroru və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. İki il öncə isə təqaüdə çıxmışdır. Biz də tanınmış el ağsaqqalı, çox hörmətli Telman Əliş oğlu Tanrıverdiyevin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı veririk.Allah rəhmət eləsin.Məkanı cənnət, Ruhu şad olsun.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.