Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Əkbər Bayramov vəfat edib

Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Əkbər Bayramov vəfat edibALLAH RƏHMƏT ELƏSİN!..

Azərbaycan elminə, maarifinə, elimizə, ailəmizə ağır itgi üz verib.
Görkəmli Azərbaycan alimi, tanınmış psixologiya elmləri doktoru, Azərbaycan Respublikası əməkdar elm xadimi, BDU-nun fəxri professoru Bayramov Əkbər Salman oğlu bu gün - 08.07.2017-ci ildə, saat 19-radələrində vəfat edib.

Mərhumla vida mərasimi 09.07.2017-ci ildə, saat 11-dən
"Təzə Pir" məscidində olacaqdır.



Bayramov Əkbər Salman oğlu - 30 dekabr 1930-cu ildə Ağdamrayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetininfilologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954-1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958-1960).
1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik və 1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
1965-1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965-1983) orada işləmişdir.
1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.
1960-2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.
1955-2004-cü illərdə Ə.S.Bayramovun 46-ya qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 250-dan artıq elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlrinə dair 270-dən artıq elmi məqalənin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.

Ə.S. Bayramovun «Psixologiya» (1989-2002), «Sosial psixologiya» (1986-2003), «Məhkəmə psixologiyası» (1985), «Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri» (1987), «Etnik psixologiya» (2001) kimi fundmental səciyyəli dərsliklərin müəllifidir. Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirir və bununla bərabər həmin dərsliklər Milli zəmində zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək əsasında yazılmışdır.
Həmçinin görkəmli psixoloq-alimin xalqımızın ədəbi-bədii irsində, «Kitabi-Dədə Qorqud» dastanlarında, xüsusən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafı dünya psixoloji fikrinin müqayisəli təhlili yolu ilə ilk dəfə tədqiq edilmiş, aydınlaşdırılmışdır. Bu araşdırmalar müəllifin «Psixoloji düşüncələr» (1994), «Etnik psixologiya məsələləri» (1996), «Kitabi-Dədə Qorqud» dastanlarında etnik psixoloji xüsusiyyətlərin inikası» (2000) və s. monoqrafiyalarında , «Etnik psixologiya»(2001) dərsliyində və onlarla elmi məqalələrində öz əksini tapmışdır. Bir cəhət də, xüsusi qeyd edilməlidir ki, Ə.S.Bayramov xalqımızın ədəbi-bədii irsində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçıları cəlb etməklə (onun elmi rəhbərliyi ilə həmin problemlə bağlı 10-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir) yəni bir psixoloji məktəb yaratmışdır.
Bununla bərabər, Ə.S.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtləif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmilər namizədi və elmlər doktoru dissertasiyası yazılmış, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Bununla bərabər o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Həmçinin, o, SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü kimi fəaliyyət göstərmişdir. Professor Ə.S .Bayramov 1993-cü ildən 2000-ci ilə kimi M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin nəzdindəki (n.054.03.04) psixologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri, 2000-ci ildən indiyə kimi Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvü olmuşdur.

Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Əkbər Bayramov vəfat edib Əkbər Salman oğlu Bayramovun elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş, o, «Fədakar əməyə görə» yubiley medalı (1970), «Şərəf nişanı» ordeni(1976), «SSRİ maarif əlaçısı» (1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahələrində xidmətlərinə görə «Şöhrət ordeni» (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. Əkbər Bayramov Respublika Prezidentinin fəxri təqaüdünə layiq görülmüş, Bakı Dövlət Universitetinin fəxri professoru seçilmişdir.

Professor Əkbər Salman oğlu Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 45-ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Görkəmli, fədakar, erudik biliyə malik alim 08.07.2017-ci ildə, 87 yaşında gözlərini əbədi yummuş, haqq dünyasına qovuşmuşdur.


Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Əkbər Bayramov vəfat edib

Biz də görkəmli Azərbaycan alimi,
tanınmış psixologiya elmləri doktoru,
Azərbaycan Respublikası əməkdar elm xadimi,
BDU-nun fəxri professoru
Bayramov Əkbər Salman oğlunın
vəfatından kədərləndiyimizi bildirir,
mərhumun bütün əzizlərinə,
yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!.. Qəbri nurla dolsun!..
Məkanı cənnət, Ruhu şad olsun!..

Müşfiq Borçalı,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru



ZiM.Az



.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Psixologiya elminə yeni töhfə

Psixologiya elminə yeni töhfə

Sumqayıt
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Professor Şəmistan Mikayılov vəfat edib

Professor Şəmistan Mikayılov vəfat edib

Bolus, Nekroloqlar
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Professor Əjdər Ağayevlə görüş

Professor Əjdər Ağayevlə görüş

ADPU
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
AzTU-nun professoru Eldar Qocayev  vəfat edib

AzTU-nun professoru Eldar Qocayev vəfat edib

AzTU, Nekroloqlar
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
AzTU ilə Trabzon Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

AzTU ilə Trabzon Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

AzTU, Turan
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
Rəy yazın: