Akif Çovdarovun oğlu: “Kişi kişinin üzünə durmaz” Kriminal, Köşə yazılar 19 января 2017 "Burda deyərlər, aslan büdrəyəndə çaqqallar baş qaldırır"“Təsəvvür edin ki, ömür boyu əziyyət çək, 40 il işlə, pillə-pillə yüksəl, dövlətə qulluq et, canını qoy, hər kəsə qismət olmayan general rütbəsinə yüksəl və bu gün başı-qulağı 3 qəpiyə dəyməyən, əclaflar, şərəfsizlər gəlsin üzünə dursun”. Moderator.az xəbər verib ki, bunu hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov yazıb. R.Çovdarov sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “Təəsüflər olsun bu gün bunları yaşayırıq. Generalın ittiham olunduğu epizodların nə dərəcədə gülməli olduğunu və dırnaqarası "zərərçəkmişlərin" nə qədər şərəfsiz, həyasız və dələduz olduqlarının şahidi oluruq. Anasını çərlədib öldürən, əyyaş-əxlaqsız həyat sürən birisi, utanmaz-utanmaz deyir ki, oteldə qızlarla dincələrkən MTN bizi tutub. Qadın xeylağına pul atan "adam" bu gün həyasızcasına gəlib MTN zabitlərinin üzünə durur. Mən bildiyimə görə, kişi kişinin üzünə durmaz. Deməli kişi cinsinin nümayəndəsi olmağına baxmayaraq, bunlarda kişilikdən əsər əlamət yoxdur. Burda deyərlər, aslan büdrəyəndə çaqqallar baş qaldırır”.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.