Borçalı məktəblilərinə dərslik göndərilmişdir "Borçalı" Cəmiyyəti 28 декабря 2016 Bir həftə bundan öncə "Borçalı" İctimai Birliyi Gürcüstandakı azərbaycandilli məktəblərdə təhsil və pedaqoji kadr çatışmazlığı ilə bağlı yaranan problemlərin həllinə yardım məqsədi ilə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etmişdi. Müraciətdən çox keçməmiş Azərbaycan Təhsil Nazirliyi bu sahədə real addımlar atmağa başlamışdır. Belə ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərilib."Borçalı" İctimai Birliyinin elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini Şərif Kərimli ZiM.Az-a bildirib ki, elə bu günlərdə, daha dəqiq desək, dekabrın 27-29-da "Borçalı" İctimai Birliyinin bir qrup nümayəndəsi də eyni missiya ilə Gürcüstanın Başkeçid və Qabal bölgələrində olmuş və məktəbliləri Yeni İl öncəsi sevindirmişlər.Sona ABBASƏLİQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.