29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü"

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü""Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü".
Məruzəçi - Müşfiq BORÇALI.

"Borçalı" İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Dədə Camal məclisinin "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" mövzusunda növbəti yığıncağı keçirilib.

Tədbirdə "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O, yeni üzvlərin cəmiyyətə qəbul olunması, el məclislərinə səlahiyyətli nümayəndələrin təyin olunması, Abxaziyadakı seçkilərlə bağlı cəmiyyətin adından yazılmış etiraz bəyanatı, Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Bakı səfəri və səfərlə əlaqədar cəmiyyətin M.Saakaşviliyə ünvanlanmış müraciəti, Gürcüstandakı torpaq məsələləri ilə bağlı Qardabani rayonunun Nəzərli və Kosalı kənd camaatının Tiflisdə keçirdikləri piket və digər məsələlər barədə ətraflı söhbət açıb.

İdarə heyətinin üzvü Mədəd Coşqun 18-23 mart tarixində "Borçalı" Cəmiyyətinin nümayəndə heyətinin Qardabani, Marneuli, Bolnisi, Dmanisi rayonlarında, Rustavi və Tiflis şəhərlərində Novruz şənliklərində iştirakı haqqında məlumat verib.


Tədqiqatçı-alim Müşfiq Çobanov "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" mövzusunda geniş məruzə edib. O, Borçalı ədəbi mühitinin çox zəngin olduğunu diqqətə çatdıraraq, bu sahədə aparılan tədqiqatlardan danışıb: "Tarixi Azərbaycanın ərazisi yalnız Azərbaycan Respublikasının indiki sərhədləri hüdudlarında olmayıb. Borçalı, Göyçə, Dəmirqapı Dərbənd mahalları da ən qədim dövrlərdən türk torpaqları olub. Burada tarixən Azərbaycan türkləri yaşayıb-yaradıblar. Əslən Borçalıdan olan ədəbiyyatşünas alimlərdən D.Əliyeva, Ə.Saraclı, Ş.Qurbanov, A.Hacıyev, A.Mişiyev, V.Osmanlı, V.Hacıyev, eləcə də M.Çobanov, H.Vəliyev, Ş.Məmmədli, H.Məmmədli, E.Məmmədli, R.Məmmədli, Ş.Şamıoğlu, T.İsabalaqızı və başqaları bu sahədə bir sıra təqdirəlayiq axtarışlar aparıblar. Qədim tarixə malik olan Borçalı ədəbi mühitini üç dövrə bölsək, deməliyik ki, xalq ədəbiyyatının zənginliyi ilə seçilən Borçalı ədəbi mühitinin I dövrünün barı hələ tam toplanıb öyrənilməyib. Borçalı ədəbi mühitinin II dövrü XIX-XX yüzillikləri, daha dəqiq desək, XIX əsrin əvvəllərindən, XX əsrin 20-ci illərinədək olan dövrü əhatə edir. Borçalı ədəbi mühitinin III dövrü isə XX yüzilliyin 20-30-cu illərindən daha da canlanmağa başlayıb. Azərbaycan milli mətbuatının yaranmasında və inkişafında da Tiflis ədəbi mühitinin xüsusi rolu olub".


Məruzə ətrafında şair Abbas Abdulla, əməkdar jurnalist İlyas Adıgözəlli və başqaları çıxış ediblər. Natiqlər Borçalı mühitinin aşıq havaları üstündə kökləndiyini xüsusi vurğulayıblar.

"Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə Azərbaycan ədiblərinin və gənc şairlərin şeirlərinin gürcü dilinə tərcümə edilməsini əhəmiyyətini diqqətə çatdırıb. O, bu istiqamətdə proqramlar işlənib hazırlanmasını vacib sayıb.

Sonda Borçalıdan gəlmiş ustad sənətkar Aşıq Məhəmməd Sadaxlı, Aşıq Əşrəf, Aşıq Fikrət və başqaları çıxış edərək öz ifaları ilə tədbiri şənləndiriblər.


My Webpage
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti

"Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantı ...

"Borçalı" Cəmiyyəti
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

"Borçalı" Cəmiyyəti
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

"Borçalı" Cəmiyyəti
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı  ...

“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı ...

"Borçalı" Cəmiyyəti
“Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi

“Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi

"Borçalı" Cəmiyyəti
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB

Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB

MEDİA, Gürcüstan, Borçalı, Başkeçid, "Borçalı" Cəmiyyəti
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi də ...

“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi də ...

"Borçalı" Cəmiyyəti
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

"Borçalı" Cəmiyyəti
Rəy yazın: