Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının sədri seçilib YAP, Humanitar elmlər 20 декабря 2021 790 TƏBRİK EDİRİK!..AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk Ərazi partiya təşkilatının seçki iclası keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, baş məsləhətçisi Elnarə Mustafayeva və YAP AMEA ərazi təşkilatının sədri Ulduzə Qurbanova da iştirak ediblər.İclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq YAP-ın tarixi və həyata keçirdiyi mühüm işlər barəsində danışıb. O, YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində əvəzsiz yeri olduğunu söyləyib: “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əbədi, ümummilli, Prezident İlham Əliyev isə qüdrətli lideridir. Qarabağ zəfəri də bunu isbat etdi. Böyük qayıdış hərəkatına cənab Prezidentin ən yaxın silahdaşı kimi Mehriban xanım da özünün böyük töhfəsini verir. Böyük qayıdış özü bir Dövlət proqramıdır”.YAP Yasamal rayon təşkilatı ilə müəssisənin əlaqələrinə toxunan akademik Ədəbiyyat İnstitutunda YAP-ın ilk Ərazi partiya təşkilatının sədri vəzifəsinə filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfovanı, müavini vəzifəsinə isə elmi işçi Dilarə Əliyevanı təklif edib.Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Akademiyada YAP-ın fəaliyyətinin genişləndirilməsində akademik İsa Həbibbəylinin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb, yaradılmış şəratiə görə dərin minnətdarlığını bildirib, yeni seçiləcək hər iki şəxsin rayon təşkilatının fəaliyyətinə töhfə verəcəyini söyləyib.Daha sonra səsvermə yolu ilə filologiya elmləri doktoru Mərziyyə Nəcəfova Ədəbiyyat İnstitutunda YAP-ın ilk Ərazi partiya təşkilatının sədri, elmi işçi Dilarə Əliyeva isə müavini seçilib.Sonda Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova yeni sədr seçilməsində əməyi keçənlərə minnətdarlığını bildirib: “Yoldaşıma “Azərbaycan Bayrağı” ordeni şəxsən Heydər Əliyev tərəfindən təqdim olunub. O dəstəyi hər zaman institutda İsa müəllimdən görürəm. Mən İsa müəllimin göstərdiyi yolla gedəcəyəm, çalışacağam onun etimadını hər zaman doğruldum”.Biz də Ədəbiyyat İnstitutunda YAP-ın ilk Ərazi partiya təşkilatının yeni rəhbərliyinə seçilmiş alimlərimizi ürəkdən təbrik edir və onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.