Heydər Əliyevin qaydışı Azərbaycan-Türkiyə əməkdaşlığında yeni mərhələ açdı

Heydər Əliyevin qaydışı Azərbaycan-Türkiyə əməkdaşlığında yeni mərhələ açdı Azərbaycan xalqı 1990 və 1991-ci illərinin əvvəlində məşəqətlərlə, ədalətsizliklərlə və haqsızlıqlarla üzləşdi. Xalq yalnız ulu öndər Heydər Əliyevin adı ilə sabaha olan ümidini itirmədi. Həmin dövrdə respublikaya rəhbərlik fərasətsiz və naşı adamların əlinə keçmişdi. Xalqın adından geninə-boluna danışan, onun etimadından sui-istifadə edərək hakimiyyətə yiyələnənlər verdilkəri vədləri tez bir zamanda unutmuşlar.
Bundan istifadə edən xarici qüvvələr daxildəki satqınların əli ilə Azərbaycanı parçalamağa çalışırdılar.


Moskvadan vətənə döndükdən sonra hakimiyyətə qayıtmaq iddiasında olmadığını dəfələrlə bəyan etmiş, ulu öndər Heydər Əliyevin məsləhətlərinə cəbhəçilər qısqanclıqla yanaşır, Naxçıvanı ermənilərdən qoruyub saxlayan rəhbəri günahlandırır, qədim diyarda anarxiya yaratmaq üçün müxtəlif çirkin üsullara əl atırdılar. Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmağı boynuna götürən “Minsk qrupu”nun fəaliyyəti hiss edilmirdi. 1993-cü ilin yazına doğru ölkədaxili vəziyyət daha da kəskinləşmişdi. İqtidar isə hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. Belə bir təhlükəli vəziyyətlə üzləşən AXC-Müsavat cütlüyünün funksionerləri, canlarının qorxusundan dünənədək kölğəsini qamçıladıqları Heydər Əliyevə minnətçi düşdülər. Onu təkidlə Bakıya dəvət etdilər. Heydər Əliyev həyatı boyu səadəti və rifahı uğrunda mübarizə apardığı Azərbaycan xalqının köməyinə gəldi. İyunun 9-da Prezidentin şəxsi təyyarəsi ilə Naxçıvandan Bakıya gələn ümummilli lider vəziyyəti aydınlaşdırmaq üçün Gəncə şəhərinə getməyi qərara aldı. İyunun 13-də Heydər Əliyev Gəncə şəhərinə gəldi. Bu gəliş, əhalidə gələcəyə böyük inam yaratdı.

İyunun 15-də Heydər Əliyev xalqın təkidi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Onun Ali qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında mühüm bir tarixi hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənapsında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cumhuriyyətinin aqibətindən qurtardı.
Bu Azərbaycanda sözün həqiqi mənasında, Milli Qurtuluşumuzun təvəllüd tarixi oldu.


4 iyun hadisələri ərəfəsində və ondan sonra respublikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək, hər kəsdən böyk risq, qətiyyət və hünər tələb edirdi. Azərbaycanın Coğrafi mövqeyinə görə bir çox dövlətlər onu öz təsir dairəsinə salmaq istəyirdi. Üstəlik ölkə daxilində siyasi gərginlik səngimək bilmir, gündən-günə şiddətlənirdi. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Erməni işğalçıları üçün əlverişli şərait yaranmışdı. Məhz belə bir vaxtda, xalqın çətin günündə ona kömək duracaq, milləti bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Respublika Ali Sovetinin Sədri seçilməsi də bu zərurətdən yaranmışdı. 1993-cü ilin iyunundan başlanmış bu dövr, mahiyyətcə Azərbaycan dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi uğrunda mübarizə və müstəqil Azərbaycan dövlətinin qurulması dövrüdür.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qaydışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Beynəlxalq əlaqələrdə, xüsusilə Azərbaycan - Türkiyə əməkdaşlığında yeni mərhələ açıldı. Elmi əsaslarla beynəlxaq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdı. Torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı. Genefondumuz xilas edildi. Bu xalqımızın yaşaması və gələcəyə olan ümidi demək idi.
Azərbaycanda yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkə¬mi¬zə¬ artan inam və maraqdan istifadə edərək 1994-cü ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə “Əs¬rin mü-qaviləsi” imzalandı. 1995-ci ilin 12 noyabrında referendum yolu ilə müstəqil Azərbaycanın yeni konstitusiyası qəbul olundu. Bununla demokratik dəyərlərin bərpa olunması yolunda mühüm addım atıldı. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi. Demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Azərbaycan qısa müd¬dət ərzində Beynəlxalq Birliyin tam hüquqlu üzvlərindən birinə çevrildi. Dün¬¬yanın aparıcı şirkətləri ilə bağlanmış müqavilələrin həyata keçirilməsi, Qərb bazarına lkin neftin nəqli ölkə iqtisadiyyatındakı böyük dəyişikliklərin əsasını qoydu. Respublikada texniki nailiyyətlər və onun tətbiqi öz bəhrəsini verdi.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri, Azərbaycanı türk dünyasından təcrid olması vəziyyətdən çıxarması oldu. Hazırda Azərbaycan Respublikası qardaş dövlətlər ailəsinin bərabər hüquqlu üzvüdür. Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin region ölkələri üçün, o cümlədən türk dünyasından ötrü nə demək olduğu neçə-neçə nəsillər keçəndən sonra başa düşüləcəkdir. Heydər Əliyev Şərq-Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaqda məharətlə istifadə etdi. İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının inkişafında, onun iqtisadi cəhətdən oyanışında misilsiz rol oynadı.
Ulu öndərin Xəzərlə bağlı uzaqgörən xarici siyasət strategiyası, bu dənizi sülh və əmin-amanlıq dənizinə çevirmək planları artıq reallığa çevrilib. Bütün bunlar onu göstərir ki, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qaydışı ilə bölgədə yeni bir siyasi dövr, yeni təfəkkür və iqtisadi inkişaf mərhələsi başlanmışdı. Bu dövr Azərbaycanı XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratmışdı. Heydər Əliyevin təbirincə desək: “Biz bütün çətinliklərdən keçdik, bütün bu manelərin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq”.
Ölkəmizin müstəqilliyinə qovuşduğu ilk ildən başlayaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını bir-birindən fərqlənən əsas iki dövrə bölmək olar: I dövr- 1991-1993-cü illər. Siyasi-iqtisadi vəziyyətin kəskin pisləşdiyi və iqtisadi tənəzzülün gücləndiyi dövr. II dövr isə- 1993-cü ildən sonrakı mərhələdir ki, onu da iki dövrə bölmək olar. Biri 1993-2003-cü illər və ondan sonrakı illər. Bu dövrdə iqtisadi tənəzzülün qarşısı alınmış, ümumi daxili məhsul, investisiya qoyuluşu artmış, respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya prosesləri başlamış və ölkə yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu mərhələdə Azərbaycan Prezidenti Heydər Əliyev ilk növbədə Azərbaycan dövlətinin strateji maraqlarını beynəlxalq güc mərkəzlərinin, region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmaq üçün silsilə tədbirlər həyata keçirmiş, Azərbaycanın mənafelərini qorumaq üçün hərtərəfli və düşünülmüş addımlar atılmışdı.
Ən əsası geniş, elmi və analitik təhlil əsasında Azərbaycanın geosiyasi vəziyyəti və dövlətin ona təsir etmək üçün real imkanları öyrənilmiş, bütün diplomatik vasitələr səfərbər edilmiş, iqtisadi-sosial tədbirlər proqramı işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, Azərbaycanın 1993-cü ilin ikinci yarısına qədər daxili və xarici siyasətdə uğrsuzluqlara düçar olması, əsasən bu göstərilən amillərin nəzərə alınmaması nəticəsində baş vermişdi. Həmin dövrdən başlayaraq Azərbaycan dövlətçiliyi siyasətində Azərbaycanın geosiyasi vəziyyəti, beynəlxalq siyasətə təsir etmə imkanları, eyni zamanda, daxili iqtisadi resursların nəzəri-praktik təhlili əsasında mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edilməyə başlanmışdı.
Azərbaycanın milli gəlirinin mühüm bir hissəsini və iqtisadiyyatının əsas qismini neft təşkil edir. Azərbaycan respublikası Prezidenti Heydər Əliyevin 1994-2003-cü illər iqtisadi strategiyasının əsas tezisləri aşağıdakı kimi olmuşdu:
- ölkə büdcəsinə 20 il ərzində 200 mld.dollar vəsait cəlb etmək;
-Xəzərin hüquqi statusunun müəyyənləşməsi prosesinə müsbət təsir göstərən fəaliyyət;
-iqtisadi və siyasi stabillityin yaradılması;
-xammal ehtiyatrlarından müstəqil istifadə etmək üçün şərait yaradılması;
-qeyri-neft sektorunun inkişafına təkan verilməsi;
-ölkənin xammal istehsal edən ölkədən, tədricən sənaye məhsulları istehsal edən ölkəyə çevrilçəsi.
Müstəqil Azərbaycan Respublikasında 1993-2003 və ondan sonrakı illərdə həyata keçirilən tədbirlər nəticəsində maliyyə-kredit böhranı da aradan qaldırılmışdı, infllasiyı sabitləşmiş, büdcə, xəzinə, xarici investisiya qoyuluşu və maliyyə-kredit problemləri həll edilmişdi. 2005-ci ildə manatın denominasiyası haqqında fərman imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı, neft gəlirlərinin vahid fonda yığılması və istifadəsi strategiyası müəyyən edildi. Ölkənin xarici kapital və investisiya üçün əlverişli dövlət imicinin qorunub saxlanması, qeyri-neft sektorunun inkişafı və manatın sabit kursunu təmin edilməsi üçün tədbirlər görüldü.
Bütün bunların davamı kimi, Azərbaycan Respublikası müasr dövrdə özünün mövcud resurslarından səmərəli istifadə etmək üçün, Qərb ölkələrinin təmsil olunduğu Avropa birliyi sisteminə iqtisadi, mədəni və sosial sahədə inteqrasiya olunmasına mühüm əhəmiyyət verir. Bu sistemə daxil olmaqla Azərbaycan öz iqtisadiyyatını daha səmərəli, təhlükəsiz və itkisiz idarə etmək imkanı əldə edir. Eyni zamanda qabaqcıl dünya texnologiyalarının, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daxil olması prosesinə və qeyri-neft sektorunun inkişafına nail olma imkanı qazanır. Odur ki Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı, bütün digər beynəlxalq maliyyə strukturları, Dünya bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq etməkdir.
Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Pespublikasının 1991-ci ilin sonu -1992-ci ildə dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması, onun dünya birliyinə sistemli şəkildə inteqrasiyasına geniş yol açmışdı. Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə, onun ardınca ATƏT və İKT-nın üzvülüyünə qəbul olundu. Həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqə yaratmağa nail olmuşdu. Ulu öndərin apardığı uğurlu xarici siyasət, 40-dan çox xarici ölkəyə etdiyi səfərlər Azərbaycanı müstəqil dövlət kimi bütün dünyada tanıtdı. Respublika beynəlxalq aləmdə layiqli yerini tutdu. Möhtərəm Heydər Əliyev BMT-nin yüksək kürsüsündən, dünya miqyaslı və regional samitlərdə Azərbaycanın problemlərindən, Azərbaycanın rastlaşdığı Qarabağ probleminin ədalətli həllindən danışdı.
Görülən işlərin nəticəsi olaraq qeyd edilməlidir ki, son illərdə xarici siyasətin uğurla aparılmasının ayrı-ayrı göstəriciləri və respublikanın xarici aləmə inteqrasiyası sahəsində uğurlar, ölkədə aparılan uğurlu siyayəstin göstəricisi kimi qiymətləndirilməlidir. Belə ki, ölkəmiz indiyəcən yüzlərlə beynəlxalq hüquqi sənədə qoşulmuşdur. Bu istiqamətdə işlər ardıcıl olaraq indi də davam etdirilir. İftixar hissi ilə qeyd edə bilərik ki, bu gün Azərbaycan dünyanın 100-dən çox dövləti tərəfindən tanınır, 76-dan çox ölkə ilə diplomatik əlaqə yaratmışdır. Tarixi “İpək yolu”nun Heydər Əliyevin rəhbərliyi dövründə bərpası beynəlxalq aləmdə ölkəmizə müsbət mənada divident gətirmişdir.
H.Əliyev fəaliyyəti dövründə Azərbaycanın türkdilli dövlətlər və xalqlarla münasibətlərinin inki¬¬şa¬fına böyük diqqət verirdi. Ulu öndər siyasəti onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi Beynəlxalq münasibətlərin genişlənməsi, qardaş Türküyə ilə iqtisadi-mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, Türk xalqları – Anadolu türkləri, qazaxlar, Azərbaycan türkləri, özbəklər, tatarlar və sairləri birləşdirən “Türksoy” təşkilatı yaradıldı. 2007-ci ildə türkdilli xalqların Bakıda forumu keçirildi. Burada İlham Əli¬yev çıxış edərək göstərdi ki, Qarabağ, Kipr və sair məsələlərin həll edilməsində bütün türk xalqları və dövlətləri bir olmalıdır.
2009-cu ilin 03 oktyabr tarixində Naxcıvanda turkdilli ölkə¬lərin dövlət başcılarının IX zirvə görüşü yüksək səviyyədə kecirilmişdi. IX zirvə görüşündə dövlət başçıları Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sənəd imzaladılar. Zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatılmışlar. Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilmişdi. Keçirilən bu görüşlərin Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində xüsusi rolu olmuşdur.
16 sentyabr 2010-cu ildə İstanbulda, “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirildi. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyin strukturunun yaradılması və Şuranın Baş katibinin təyin olunması ilə bağlı qərar qəbul edildi. Şuranın Katibliyinin İstanbulda olacağı qərara alındı. Beləliklə, İstanbul toplantısı 2009-cu ildə Naxçıvanda təməli qoyulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təşkilatının qurulmasını təmin etdi.
Məlum olduğu kimi, 2009 -cu ilin dekabrında Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyası istifadəyə veril¬di. 01 sentyabr 2010 - cu il Bakıda Dövlət Bayrağı meydanı acıldı. 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şura¬sının qeyri-daimi üzvü secil-di. Bu ölkəmizin diplomatiya tarixində ən böyük uğur¬larından biri sayılır. 2012-ci ilin yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlü¬kəsizlik Şurasının ona verdiyi səlahiyyətləri layi¬qincə yerinə yetirmiş, hətta 2012-ci ilin mayında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
2012-ci ilin 26 iyunda İstanbulda Türkiyə və Azərbaycan arasında “Trans Anadolu”
(TANAP) boru kəmərinin inşası ilə bağlı tarixi, siyasi, iqtisadi əhəmiyətə malik müqavilə imzalandı. Müqavilə Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ilkin mərhələdə ildə 10 milyard, sonra isə 20 milyard kub metr qazın nəql edilməsi proqnozlaşdırılmışdı. 3 trilyon kub metr qaz ehtiyatına malik olan Azər-baycanın iştirakçı olduğu bu layihəyə 45 milyard dollar məbləğində sərmayə qoyulması və kəmərin keçdiyi ölkələrdə 30 mindən çox iş yerlərinin açılması nəzərdə tutulurdu.
Azərbaycan Prezidenti İlham Əliyev prezidentlik fəaliyyəti illərində ölkə daxilində regionla-
rın sosial-iqtisadi inkişafını və xarici ölkələrlə, xüsusilə qardaş Türküyə ilə iqtisadi əlaqələri piroritet sahə kimi diqqətdə saxlayır. Regionların inkişaf Proqramının davamı olaraq, Azərbaycan Prezidenti 14 aprel 2009-cu ildə 2009-2013-cu illər ucun “Azərbaycan Respu¬blikası regionlarının sosial-iqtisadi inki¬şafı üzrə yeni Dövlət proqramı” imza¬ladı. Regionların iqtisadi inkişafını təmin etmək¬lə ümumi iqtisadiyyatı dirçəlt¬mək üçün həyata keçirilən tədbirlər bu günə kimi davam edir. Proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş və başqa mühüm işlər görülmüşdür. Beləliklə, bütün bu göstəricilər Azərbaycan Respublikası iqtisadiyyatının 2013-cü ilə qədər həyata keçirilən tədbirlər nəticəsində inkişafının əyani göstəricisidir.
Sonrakı illərdə də əldə olunmuş uğurlar Azərbaycanın beynəlxalq təşkilatlarda rolu və nüfuzunun art¬masına səbəb oldu. Belə ki, 2014-cü ilin yarım ili ərzində Azərbaycan Avropa Şurası Nazirlər Komitə¬sinə sədrlik etdi. 2014 - cü ilin 28 iyundan 2 iyula qədər Bakıda ATƏT Parlament Assam¬ble¬yasının sessi¬yası kecirildi. Azərbaycan beynəlxalq əlaqələrdə Turkiyə ilə münasibətlərin daha da yaxın¬laşmasına hər zaman xüsusi diqqət verir. Belə ki, 2014-cü ilin 13-20 sentyabrında və 2021-ci ilin fevralında geniş¬miqyaslı Azərbaycan – Turkiyə hərbi təlimləri kecirildi. 2014 – cü ilin 20 sentya¬brda Cənub Qaz Dəhlizinin əsası qoyuldu (“Əsrin Qaz Kontraktı” adlandırıldı). 2015-ci ilin 17 martında Qars şəhərində TANAP layihəsinin təməli qoyuldu. 15 mart 2016-cı il tarixdə prezident İlham Əliyevin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutdu. Prezi¬dentlər iki ölkə arasındakı bir sıra məsələləri, xüsusilə TANAP qaz boru kəməri layihəsini müzakirə etdilər. TANAP Türkiyə və Azərbaycan üçün nə qədər önəmli layihədirsə, Qərb üçün bir o qədər narahatedicidir. Qərbi əsas narahat edən məsələlərdən biri Türkiyənin TANAP-dakı pay hissəsidi. Tam adı Trans-Anadolu qaz boru kəməri layihəsidir. Baş rolda Azərbaycan ilə Türkiyədir. Bakı-Tbilisi-Ceyhan boru xəttində 6,5 faiz paya sahib olan Türkiyə TANAP-da 30 faiz paya malikdir. Böyük Britaniya isə 12 faiz paya sahibdir. Trans-Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhəddinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcəkdir. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dolları təşkil edirdi. Bütün bunlar göstərir ki, müstəqillik illərində Azərbaycan yeni xarici siyasət xətti götürmüşdür ki, o da bu gün öz bəhrəsini verməkdədir.
Azərbaycan son 17 il ərzində günü-gündən inkişaf edərək böyük uğurlar qazanır. Əhalinin sosial rifahı daha da yaxşılaşmış, şəhər və rayonlarımız abadlaşmış və təhsilimiz inkişaf etmişdir. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə yüksəlmiş, Avropaya inteqrasiya prosesi baş vermiş və dünya dövlətləri arasında nüfuzu artmışdır. Bununla da Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilmişdir. Bütün bunlar ölkə prezidenti Cənab İlham Əliyevin fəaliyyətinin nəticəsi olmuşdur. Uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşmışdı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Torpaqlarımızın işğal altında qaldığı 30 ildə, xüsusilə son 17 ildə hərbçilərimizdə döyüş ruhu, psixoloji hazırlıq və vətənpərvərlik hissi daha da yüksəlmişdir. Bu illərdə rəhbər əzmi, xalqımızın ordumuza olan güclü dəstəyi, bir sözlə rəhbər, xalq və ordu, birliyi dəmir yumruq kimi birləşmişdi. Vətən müharibəsi günlərində bu birlik və həmrəylik dəmir yumruq olaraq nümayiş etdirildi. Cənab Prezident İlham Əliyevin təbirincə desək düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özlərinə gələ bilməyəcəklər.
Ölkə Prezidenti İlham Əliyevin Vətən müharibəsi günlərində xarici informasiya vasitələrinə, təmkin və soyuqqanlıqla verdiyi 30-dan çox müsahibələri Azərbaycanın diplomatik və informasiya cəbhəsində də üstünlüyünü təmin etdi. Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan dörd qətnaməsini cəmi 44 gün ərzində icrasına nail oldu. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi. Rəhbərdən və xalqdan güc alan Müzəffər Ordumuz hədəfinə çatdı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində təcavüzkarı 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoyması, Azərbaycanın həm də iqtisadi gücünü göstərdi. Noyabr bəyanatı Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməs oldu.
Rəhbər, ordu və xalq birliyinin sayəsində Cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrildi.
Həmçinin Müharibədə qazanılmış möhtəşəm qələbə, Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini, qardaş Türküyənin bütüm müharibə boyu Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyini, Azərbaycan-Türkiyə əməkdaşlığını və bu əməkdaşlığın gücünü bir daha əyani olaraq göstərdi.

44 günlük Vətən müharibəsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan, cənab İlham Əliyevin rəhbərlik bacarığını, diplomatik uğurlarını, sərkərdə məharətini və Azərbaycan Ordusunun peşəkarlığı və qələbəsi timsalında Türkün gücünü bütün dünyaya göstərdi.

ŞIKAR QASIMOV
Azərbaycan Texniki Universiteti,
Humanitar fənlər kafedrasının professoru,
tarix elmləri doktoru,
H.Cavid 25, YAP ərazi ilk təşkilatının sədri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

YAP, Qarabağ
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis

"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" ...

Bakı, Məktəblər
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Əsas xəbər, MEDİA
Heydər Əliyevin yolu ilə...

Heydər Əliyevin yolu ilə...

Regionlar, Məktəblər

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
Mənim Prezidentim! Mənim Liderim!

Mənim Prezidentim! Mənim Liderim!

Digər ali məktəblər, Köşə yazılar
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

Əsas xəbər, Azərbaycan
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına  MÜRACİƏTİ

Azərbaycan Prezidenti İlham ƏLİYEVin Dünya Azərbaycanlılarına MÜRACİƏTİ

Əsas xəbər, Rəsmi Xəbərlər
Gülnarə Əhmədova:

Gülnarə Əhmədova: "Şərəfli ömrün salnaməsi"

BDU, Köşə yazılar
Rəy yazın: