Prezidentin qayğısı məsuliyyətimizi daha da artırır Regionlar, ADPU, Məktəblər 28 июня 2019 Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən, beynəlxalq aləmdə böyük nüfuz qazanan dövlətlərindən birinə çevrilmişdir. Dövlət başçısının apardığı məqsədyönlü daxili və xarici siyasət sayəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər sahədə olduğu kimi, təhsil sahəsində də uğurlar artmışdır. Təhsildə uğurların qazanılmasında müəllimlərin əməkhaqlarının vaxtaşırı artırılması da mühüm rol oynamışdır. Onların əməkhaqlarının artırılması 2003-cü ildən bəri həmişə davamlı olmuşdur.Prezidentin 18 iyun 2019-cu il tarixli əməkhaqlarının artırılması barədə sərəncamları ölkəmizin iqtisadi qüdrətinə inamın, xalqın rifah halının yaxşılaşdırılmasına yönələn istəyin yeni, daha bir parlaq təzahürüdür. Minimum əməkhaqqının 250 manata qaldırılması, dövlət ümumi təhsil müəssisələrində, eləcə də peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının 20 faiz artırılması yüz minlərlə insanın əməkhaqlarının nəzərəçarpan dərəcədə qalxması deməkdir. Bu, dövlət başçısının daim xalqın yanında olmasının göstəricisidir. Göstərilən qayğı və diqqətə görə bizim təhsil işçiləri də ölkə Prezidentinə sonsuz minnətdarlıqlarını bildirirlər. Qayğıya cavab olaraq biz bundan sonra da gənc nəslin Heydər Əliyev irsinə, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda təlim-tərbiyəsi üçün bütün qüvvə və bacarığımızı sərf edəcəyik.Səriyyə KƏLƏNTƏRLİ,Lənkəran 4 saylı məktəb-liseyin müəllimiZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.