Akademik Həsən Əliyevin fəaliyyəti gələcək nəsillər üçün nümunədir Regionlar, Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!.... 23 ноября 2017 AMEA-nın Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Şamaxı Mədəniyyət Mərkəzində və Qəbələ Arxeoloji Mərkəzində görkəmli alim, ictimai-siyasi dövlət xadimi, Dövlət Mükafatı Laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub.Əvvəlcə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, dövrünün görkəmli torpaqşünas alimi, akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində müstəsna xidmətlərindən danışıblar.“Akademik H.Əliyevin elmi və ictimai fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov alimin Azərbaycanın təbiəti, torpağı və suyunun mühafızəsi sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, təbiət vurğunu olan alim təbiətin mühafizəsi üçün geniş elmi fəaliyyətlə məşğul olub. Onun elmi yaradıcılığının bünövrəsi təbiətin mühafizəsi, torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemləri, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif istiqamətləri ilə bağlı olub.Alim qeyd edib ki, Prezident İlham Əliyev bu il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Coğrafiya İnstitutu tədbirlər planı hazırlayıb və həmin plana əsasən institut ilboyu müxtəlif tədbirlər - konfranslar, sərgilər, görüşlər və seminarlar təşkil edir.Tədbirdə institutun Ekocoğrafiya şöbəsinin müdiri, a.e.ü.f.d. Ənvər Əliyev, Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, a.e.ü.f.d. İsmayıl Quliyev, akademikin aspirantı olmuş Coğrafiya İnstitutunun Torpaq coğrafiyası şöbəsinin əməkdaşı, a.e.ü.f.d. Tahirə Salmanova, institutun Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, i.ü.f.d. Mail Aslanov, Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi, c.ü.f.d. Gümrah Müsayev, c.ü.f.d. Ağasəf Tahirov və başqaları çıxış edərək ömrünü Azərbaycan təbiətinin qorunmasına və zənginləşdirilməsinə həsr etmiş akademik Həsən Əliyevin fəaliyyətinin gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbi olduğunu söyləyiblər. Çıxış edənlər keçirilən tədbirin akademik Həsən Əliyev irsinin, onun yaratdığı məktəbin elmi cəhətdən öyrənilməsi və təbliğində mühüm rol oynayacağına əminliklərini bildiriblər, alimlə bağlı xatirələrini bölüşüblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.