Lənkəranlı AKŞİN ƏLİYEVin ŞEİRLƏRİndən nümunələr

Lənkəranlı AKŞİN ƏLİYEVin ŞEİRLƏRİndən nümunələr Aqşin Böyükağa oğlu Əliyev 16 mart 1977-ci ildə Lənkəran rayonunun Ləj kəndində
ziyalı ailəsində dünyaya göz açıb.
1983-1994cü illərdə doğma kəndindəki məktəbdə orta təhsil alıb.
1994-cü ildə ADPU-nun tarix-filologiya fakültəsinə daxil olub.
1995-ci ildən təhsilini Lənkəran Dövlət Universitetinin Humanitar fənnlər fakültəsində davam etdirib.
1998-ci ildə oranı müvəffəqiyyətlə bitirib,
"tarixçi" ixtisasına yiyələnib.
1999-cu ildə hərbi xidmətdə olub.
1999-cu ildən Lənkəran rayonunun Bəlləbur kənd orta məktəbində tarix müəllimi işləyib.
2000-ci ildə Bakı şəhərinin Nəsimi rayonundakı 35 saylı orta məktəbdə tarix müəllimi işləyib.
Yaradıcılığa məktəbdə oxuduğu vaxtlarımdan başlayıb.
İlk şeri 1989-cu ildə "Мурзилка" jurnalında çıxıb.
Daha sonra "Üç rəngli bayraq", "Neyləyim", "Tövbə", "Natiq Aslanov" və sairə şeirləri, eləcə də tarixlə bağlı "Bəlləbur qalası" və "Sığon qəbiristanlığı" adlı məqalələri "Zaman 24" saytında dərc olunub.
Fars, rus, Azərbaycan dillərini bilir. Fars dili üzrə ali təhsil alıb.
Təhsil üzrə keçirilmiş müxtəlif seminarlarda və kurslarda 1-ci dərəcə alaraq fəxri fərmanlar və sertifikatlarla təltif olunub.
Ailəlidir, 3 uşağı var.

Biz də aşağıda daimi izləyicimiz Akşin Əliyevin bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və gənc qələm dostumuza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



Azərbaycan Əsgəri

Bu dünyaya səs salıb,qorxudursan düşməni,
Qədəmlərinə qurban, Azərbaycan əsgəri.
Vermə yağı düşmənə, bir dəfə də fürsəti,
Bu millətin qeyrəti, Azərbaycan əsgəri.

Xalqımın keşiyində, hey çəkirsən zilləti,
Bu millətin qüdrəti, Azəbaycan əsgəri.
Aprel döyüşlərində, dağıtdın səngərləri,
Səngərimin sərvəri, Azərbaycan əsgəri.

Vermə aman heç zaman ,erməni cəlladlara,
Al şuşanı,Göyçəni ,sonrada İrəvana.
Zəngəzura tax görüm bizim şanlı bayrağı,
Bayrağımın qüdrəti Azəbaycan əsgəri.


Mən əsgər gedirəm ana

Geymişəm əynimə əsgər paltarın,
Bu gün əsgərliyə gedirəm ana.
Uzat əllərini ,öpüm onları,
Qarşında mən təzim edirəm ana.

Beşiyim üstündə yorğun olanda,
Salmısan qəlbimə vətən eşqini.
Beşiyi tərpədib lay-lay çalanda,
Sanki oxumusan dövlət himnini.

Gedirəm vətəni qorumaq üçün,
Öz Xeyir-duanı oxu sən ana.
Gedirəm döyüşə vuruşmaq üçün,
Gəlməsəm haqqını halal et ana.

Bu cür düşünməyi sən öyrətmisən,
Vətəndə anadırdemisən ana.
Vətənin qeyrəti, ana qeyrəti,
Bunları sən mənə vermisən ana.


Qarabağım

Qarabağım qara bəxtim,
Parçasısan vətənimin.
Bulaqların sərin-sərin,
Təbiətli Qarabağım.

Tarixin qadalı sənin,
İnsanın vəfalı sənin.
Iştahısan düşmənlərin,
Ədavətli Qarabağım.

Cıdır düzü keçəndə sən,
İsa bulğın içəndə sən.
Xocalıya çatanda sən,
Soyqırımlı Qarabağım.

Tarixi keçmişin dərin,
Qırxqız yaylağın sənin.
Gövhərisən təbiətin,
Cənnətimsən Qarabağım.

Bir gün gələr azad olar,
Şuşa, Laçın, Kəlbəcərim.
Bürünəcək qırmızıya,
Analarım, gəlinlərim.

Ox deyərəm sərin-sərin,
Sən mənimsən Qarabağı.


Azadlıq meydanı

Millət öz qanıyla sulladı səni,
Yıxdı qoynundakı kirov heykəli.
Oyandı imanı,xalqın vicdanı,
Azadlıq meydanı,şəhid meydanı.

Bir zaman olmuşdun düşmənin ruhu,
Timsalın olmuşdu,sovet qüruru.
Xalqın unutmadı sənin sevdanı,
Azadlıq meydanı, şəhid meydanı.

Millət dəstə-dəstə toplandı səndə,
Ədalət istədi, sənin sinəndə.
Milləti qırdılar, gördün nidanı,
Azadlıq meydanı, şəhid meydanı.

O gün başdan-başa qana bulandın,
Sanki yuxudaydın indi oyandın.
Şəhid olanlara etdin vdanı,
Azadlıq meydanı, şəhid meydanı.


Üç Rəngli bayraq

Üç Rəqəmi müqəddəs, bir rəqəmdir mənimçün,
Çünki mənim bayrağım, üç rəngdən ibarətdir.
Üstdəki rəng mavidi,ortadakı qırmızı,
Yaşıl rəngi sonuncu ,bəzəyir bayrağımızı.

Mavi rəng türkçülüyün, mənasının rəngidir,
Ortadakı qırmızı muasirlik rəmzidi.
Yaşıl rəngsə dinimin ,imanımın rəngidir,
Müsəlmnlar yaşayan ölkənin çələngidir.

Səkkiz rəqəmi müqəddəs, bir rəqəmdir mənimçün,
Çünki, mənası vardır, şanlı vətənim üçün.
Bayrağımın ulduzun,səkkiz güşəsi vardır,
Çünki yurdumun adı, bil ki, səkkiz hecadır.

Bayrağımın ölçüsü birin ikiyə nisbəti,
Ortadakı aypara təmsil edir milləti.
Ulduzun ortasında mövcud olan od-alov
Əcdadımın dininin,imanının rəmzidir.


Azərbaycan dilim

Əcdadımdan başlayır, sənin mövcudiyyətin
Sən ən ulu dilisən, qədim bəşəriyyətin.
Azığ mağarasında, bu dildə cızılıbdı
Qobustan qayaları, bu dildə yazılıbdı.

Yazıbdı Mixitar Qoş, Alban sılnaməsini
Tanıtdı hər bir kəsə, dilimizin səsini
Dədəm Qorqud oxudu, bu dildə öz dastanın
Sən dilisən Beyrəyin,birdəki Qazan xanın.

Oğuz eli bu dildə, bir-biriylə danışdı
Banuçiçək bu dildə, beyrəyinə alışdı
Babək kimi qəhraman, sənin üçün vuruşdu
İyirmi il düşmənlə, sənin üçün çarpışdı.

Qoç Koroğlu qıratla, sazı alıb neylədi
Azərbaycan dilində, o nəğməni söylədi
Azərbaycan dilimçün, özün etdi fədai
Eylədi dövlət dili, şah İsmail Xətai.

Bu dildə ilk açıqda, igid bir vətən oğlu
Yazdı gözəl bir şer, İzzəddin Həsənoğlu.
Bütün dünya anladı, dilimizin gücünü
Füzulitək şairin, açdı tilsim düyünü.

Verdi böyük bir xəbər Azərbaycan dilində
Yazdı böyük bir əsər, Azərbaycan dilində.
Yoxdur onun kimi, öz dilinin vurğunu
Yazdı eşqin dastanın,böyük Leyli Məcnunu.

Birdə dedi Nəsimi, gərək bir qəzəl yazam
Gərək dilimdə yazam,başqa dilə sığmazam
Yazdı yenə bir şair, vardı onun bir adı
Xalqımızın şairi, Molla Vəli Vidadi.

Qarabağ diyarında,qədim şuşa elində
Vardı yenə bir şair, şer deyir yerində
Gələn-gedən düşmənə, baş əymirdi heç zaman
Öz şeriylə Qacara, o verməyirdi aman.

Deyirdi o tirana, qəbul et bu mənliyi
Şerimdə yer alıb, Azərbaycan kimliyi
Sən İranın şahısan, mən Azəri oğluyam
Dilim dilindən üstün, farsa nifrət doluyam.

Çoxdur farsın şairi, Hadı, Firdovsi, Xəyyam
Fars dilində yazmaram, öz dilimdə yazaram.
Vurdu onun boynunu, kəsdi onun səsini
Amma kəsə bilmədi, Azərbaycan dilini.

Akşin Əliyev,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: