“Regionlarda dil situasiyası: İsmayıllı” Regionlar, Humanitar elmlər 14 февраля 2017 2017-ci il fevralın 13-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi çərçivəsində növbəti monitorinqlərin aparılması məqsədilə İsmayıllı rayonuna ezamiyyətə yollanmışlar. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə xanım Şükürlü ZiM.Az-a bildirib ki, “Regionlarda dil situasiyası: İsmayıllı” silsiləsindən keçirilən növbəti monitorinq İsmayıllı rayonu ərazisində küçə adları, reklam, afişa və elanlarda ədəbi dilin düzgün istifadəsi, dilin tətbiqi ilə bağlı meydana çıxan problemlərin həlli istiqamətində tövsiyə və tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.Sərəncamda irəli sürülən müddəaların reallaşdırılmasını izləmək üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ayrıca Monitorinq şöbəsi yaradılmışdır. Həmin şöbə paytaxtda, ölkənin iri şəhərlərində və bölgələrdə Azərbaycan dilinin tətbiqi proseslərini izləyir, nöqsanları təhlil edir, bununla bağlı tövsiyələr hazırlayır və bu barədə müvafiq dövlət qurumlarına hesabatlar təqdim edir. İsmayıllı rayonu ərazisində küçə adları, reklam və elanlarda, idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək üçün Monitorinq şöbəsinin müdiri, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın rəhbərliyi ilə rayona ezam olunmuş işçi qrupunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul etmişdir. Görüşdə “Dövlət Proqramı”nın həyata keçirilməsi, İsmayıllı rayonunda dil situasiyası və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmışdır.İşçi qrupu rayon ərazisində monitorinqləri qarşıdakı on gün müddətində həyata keçirməyi planlaşdırır.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.