“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinə yekun vurulub Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizmi adına Ədəbiyyat İnstitutunun təşkilatı dəstəyi ilə ötən ilin noyabr ayının 10-dan start götürən “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin yekun tədbiri 2017-ci il il fevralın 4-də İsmayıllı şəhərindəki “Heydər Əliyev Mərkəzi”ndə keçirilib.

Yekun tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və İnstitututun əməkdaşları, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, “Dağ çiçəkləri” və İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin üzvləri, İsmayıllı şəhər 1 saylı tam orta məktəbin, Təzəkənd və Topçu kənd tam orta məktəblərinin direktorları, müəllimləri, rayon ziyalıları, məktəbli-gənclər və b. iştirak ediblər.

ZiM.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra RİH-nin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açılış nitqi ilə qonaqları salamlayaraq, layihənin əhəmiyyətini qeyd edib.
Millət Vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
yə, layihə müəlliflərinə öz minnətdarlığını bildirərək, elmi və bədii ədəbiyyatın gənclərə faydası barədə ətraflı məlumat verib.

Akademik İsa Həbibbəyli
öz çıxışında Azerbaycan Milli Elmlər Akademiyasının elm siyasətindən, elmimizin inkişafında gördüyü əhəmiyyətli işlərdən geniş şəkildə bəhs edib.
Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslığımızın inkişafında gördüyü elmi və təşkilati işlər də İsa müəllimin çıxışında ətraflı formada diqqətə çatdırılıb.
Son illərdə elm və təhsil arasındakı əlaqələrin inkişaf etdiyini xüsusi vurğulayan natiq “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin bu sahədə böyük əhəmiyyətə malik olduğunu, layihənin çox zəruri məsələlərə diqqət göstərdiyini söyləyib və layihə icraçılarının fəaliyyətinin yüksək qiymətləndirib.
Nizami adına Ədəbiyyat İnstitutunun regionlarımızla ilk mühüm tədbiri kimi dəyərləndirilən layihənin sözügedən sahədə gələcək tədbirlər üçün örnək olacağını söyləyən akademik İsa Həbibbəyli bu tipli uğurlu işlərin davam edəcəyini diqqətə çatdırıb.

Layihənin rəhbəri Gülnar Yunusova çıxış edərək başa çatmış layihə haqqında ətraflı məlumat verib, lahiyyənin mahiyyətini, məqsədini, eyni zamanda, əldə olunan nəticələri və statistik göstəriciləri açıqlayıb.

Gülnar xanım bildirib ki, layihədə nəzərdə tutulmuş fəaliyyətin reallaşdırılması zərurəti üç mühüm problemin aradan qaldırılmasına yönəldilib:

1. Yeniyetmə və gənclərin bədii və elmi təfəkkürü arasında müşahidə olunan balanssızlığın aradan qaldırılması.

2. Bədii yaradıcılığa meylli olan yeniyetmə və gənclərin potensialını həyata keçirmək sahəsində rastlaşdıqları məlumatsızlığın aradan qaldırılmasına yardım etmək.

3. İxtisas seçmə prosesində yeniyetmə və gənclərin müstəqil fikirlərinin inkişaf etməməsi səbəbindən sonradan qarşılaşdıqları çətinliklərli minimuma endirmək.

Bütün bu məsələlər layihə çərçivəsində nəzərdə tutulmuş elmi və ədəbi-mədəni tədbirlərin əsas istiqamətini təşkil etmiş və əhəmiyyətli nəticələr əldə olunmuşdur.

Layihənin təlimçisi fil.ü.f.d., dosent Bəsirə Əzizəliyeva layihənin yekun nəticələrini dəyərləndirdiyi məruzəsində qeyd edib ki, gələcəkdə ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərmək istəyən, bədii yaradıcılğı elmi müstəvidə tədqiq etmək imkanında olan gənclərin doğru təməli məktəb illərindən qoyulmalıdır. Layihənin nəzərdə tutduğu yaş hədlərində gənclərin həssas olduqları, təkliflərə qarşı maraq dairəsinin daha güclü olduqlarını nəzərdə saxlamaqla onların müstəqil düşüncə tərzlərinin formalaşmasına yardım etmək, ixtisas seçimi zamanı potensial və imkanlarından çıxış etmələrinə kömək etmək çox vacibdir.
Bu məqsədlə həyata keçirilmiş təlimlərdə əldə olunan qənaətlər, sevindirici məsələlər və bəzi problemlər məruzəçinin çıxışında diqqətə çatdırıldı.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, fil.ü.e.d., prof. Bədirxan Əhmədov “İsmayıllı ədəbi mühiti” adlı məruzə ilə çıxış edərək, rayonun tanınmış şair və yazıçılarının yaradıcılığını təhlil edib.

İsmayıllı rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov layihənin icrası prosesində formalaşan əməkdaşlıq münasibətlərindən söz açıb.

Layihənin əsas icraçılarından olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin direktoru Gündüz Qədirov, Topçu məktəbinin direktoru Xavər Allahverdiyeva, Təzəkənd məktəbinin direktor müavini Ağalar Bədəlov çıxış edərək şagird elmi cəmiyyətinin, ədəbiyyat dərnəklərinin, dərsdənkənar tədbirlərin təşkilinin vacibliyindən danışıblar.

Tədbirdə müxtəlif məktəblərdə təhsil alan və ədəbiyyat həvəskarı olan şagirdlər Gülsüm Əsgərli, Aynur Hüseynova, Zərifə Həlimova, Nazənin KazımovaArifə Gərayeva rayonun yetirməsi olan şairlərin şeirlərini səsləndiriblər.

Sonra çıxış edən natiqlər də elmi və bədii ədəbiyyatın əhəmiyyətindən, İsmayıllı ədəbi və elmi mühitindən, dövlətimizin təhsil siyasətindən bəhs etdilər və “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsini yüksək dəyərləndiriblər.

Tədbirdə İsmayıllı Rayon məktəblərinin ədəbiyyat və bədii qiraət sahəsində istedada malik şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Tədbirin sonunda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagird sertifikatlarla təltif olunub.
İnşa müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Çox əhəmiyyətlidir ki, layihənin mədəni tədbiri kimi təşkil olunmuş elmi və bədii ədəbiyyat sahəsindəki kitablardan ibarət sərgidə təqdim olunan 150-dən çox kitab “Heydər Əliyev Mərkəzi”nə, məktəb kitabxanaları və şagirdlərə hədiyyə edilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

Məktəblər, QHT
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Marneulidə yeni layihənin təqdimatı keçirilib

Marneulidə yeni layihənin təqdimatı keçirilib

Borçalı

"Kür-Xəzər" yeni layihənin icrasına başlayıb

QHT
“Regionlarda dil situasiyası: İsmayıllı”

“Regionlarda dil situasiyası: İsmayıllı”

Regionlar, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

Azərbaycan, Mədəniyyət
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
“Zaqataladan gənc təşəbbüskarlar” layihəsinə yekun vurulub

“Zaqataladan gənc təşəbbüskarlar” layihəsinə yekun vurulub

Regionlar
Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

"Zirvə"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

Tv, Sosial, QHT
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Nazirlik, AzTU
Rəy yazın: