Valeh MİRZƏ: CAHANGİRİN ADIYLA QOŞADIR ABAZALLI Azərbaycan » Regionlar 6 февраля 2017 CAHANGİRİN ADIYLAQOŞADIR ABAZALLIBu günlərdə əmim oğlu Elçinlə yaxın dostumuz Cahangirin doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Abazallı kəndində olduq.Qədim tarixə malik olan bu kəndin məhz dostumuz tərəfindən necə abadlaşdırıldığını görəndə onun qeyrətinə əhsən dedim. Kəndə xüsusi gözəllik bəxş edən ikiminarəli möhtəşəm məscid binası onun Tanrısına necə tapındığına dəlil-sübut idi. Həmin məscidin yaxınlığında qazılan artezian quyusu, üstü səliqə ilə örtülən 10 tonluq su çəni bütün kəndi şirin su ilə təmin edirdi.Bu hal mənə bir şair olaraq adımın məzmununu bir daha xatırlatdı və valeh olduğum kəndə olan məhəbbətimi şeiriyyətə çevirdi.Bir də ona görə sevindim ki Cahangir qardaşımız qarşıdakı illərdə bu kənddə gözəl bir məktəb binası da tikəcəyinə söz verdi.Ona görə bu şeir ona hahlaldır:Böyük bir tarix hopubBu kəndin torpağına,Beşiyə bənzəyir o,...Lap ana qucağına.Qışın oğlan çağındaBaş çəksən bu kəndə sən,Qəlbi atəşlə doluİgidləri görərsənQədim bir tayfa olubOnun ilk sakinləri,"Abazallı" adlanırNuh eyhamından bəri.Nəsillər, köklər artıb,Artıb qolu-qanadı,Cahangir oğlu iləTanınır indi adı.Yol keçənə,-gəl,-deyir,Dön, süfrəmdə tikə kəs,Cahangir tikdirdiyiMəsciddə bir al nəfəs....Azançı azan verir,Titrəyir minarələr,Vallah, imansız dinsizBu yerdə dinə gələrYolçu qardaş, tələsmə,Ötmə bu kənddən belə,Bu kəndin saf suyunuDadmamısan sən hələ.Şəfa tapar bu kəndinSuyundan içən hər kəs,Onun adı CahangirQuyusu deyil əbəs.Bax, belə bir qüdrətiYaşadır Abazallı,Cahangirin adıylaQoşadır Abazallı. BİR MƏLHƏMDİR- CAN DƏRMANI,HƏKİM, YAZ MƏNƏ O SƏSİ...(Ruhumun səs fatehi, gözəllik təcəssümü,,dünya şöhrətli Zeynəb xanım Xanlarovanın ad gününə gecikən misralarım)O səhnəyə yaraşıqdır?!Səhnə ona yaraşıqdır?!Vallah, lap çaşıb qalmışam,Fikirlərim dolaşıqdır.Dinlədikcə o gur səsi,Düşürəm haldan-hala mən,Sanki göylərdə uçuram,Sığışmıram bir zala mən.Nalə qopur dil-dodaqdan,Tar ağladır, kaman yanır,Sanki bu, ansambl deyil,Bir tonqaldır... alovlanır.Yaranışdan muğamatınSızıltıdır canı, qanı,Bu səs bizə həyat verir,Xatırladır Yaradanı.Leyli, Əsli taleyiniYaşa görüm bir konsertdə-Leylidən də, Əslidən dəGüclü idi cəsarətdə.Haldan-hala düşürdü o,Çəkirdi nalə səhnədə,Bu güc, bu qüdrət, məhəbbətSığır necə bir sinədə?!Dilində vətən andı var,Odur onun şirin canı.Hara getdi, apardı o,Özüylə Azərbaycanı.Bir məlhəmdir-can dərmanı,Həkim, yaz mənə o səsi -Hər dərmandan təsirlidirOnun şaqraq zənguləsi.Bu gün də ovsun doludur,Bu səs Tanrı vergisidir.O, gözəllik təcəssümü,O, ruhumun sevgisidir.Valeh MİRZƏ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.