ŞƏMKİR ELİNDƏ ADI HƏMİŞƏ İFTİXARLA ÇƏKİLƏN, FİRUZƏ XANIM Azərbaycan » Regionlar 28 января 2017 - Şərəfli ömrün qısa tarixçəsiTarix boyu Azərbaycan qadınının cəmiyyətdə və ölkəmizin tərəqqisində böyük rol oynadığı hamımıza məlumdur. Kişi qeyrətli mərd, zəhmətkeş qadınlarımız ölkəmizin inkişafı uğrunda həmişə mübarizə aparmışlar. Onların arasında zəhmət adamları, alimlər, dövlət xadimləri az olmamışdır. Belə qadınlarımızdan biri də şərəfli ömür yolu keçmiş, illərin acılı - şirinli, enişli - yoxuşlu sınağından üzüağ çıxmış bir dəyərli insan və qəhrəman xanım Firuzə xanım Əmiraslanovadır. Cəmiyyət arasında sayılıb seçilən, yaşadığı Şəmkir elində hər kəsin sevgi və hörmətini qazanmış, hər bir qadına örnək olan bu ağbirçək xanım şərəfli ömür yolu keçmişdir.Əmiraslanova Firuzə Qoca qızı 1931-ci il, mart ayının 1-də, Şəmkir rayonunun Morul kəndində dünyaya göz açıb. F.Əmiraslanovanın gənclik illəri Böyük Vətən müharibəsinin acı günlərinə təsadüf etmişdir. O, 1946-cı ildə hələ 15 yaşında kolxoz üzvlüyünə daxil olmuş və uzun illər kolxozda böyük fədakarlıqla çalışmışdır. İşinin ustası olan Firuzə xanım rəhbərliyin rəgbətini qazanmış və 1966-cı ildə manqa başçısı olmuşdur. Bununla yetməyərək daha böyük ugurlara imza ataraq 1966-cı ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Bu məsul işdə işləyərkən xalqın rifahını qorumuş, ölkəmizin siyasi həyatında böyük rol oynamış, vətənimizin tərəqqisi və müdafiyəsi ugrunda bütün əlindən gələni əsirgəməmişdi. Ən əsası isə ulu öndərimizin o vaxtkı hakimiyyəti illərində əziz rəhbəri Heydər Əliyevin kursunu dəstəkləmiş, tapşırıqlarını layiqincə yerinə yetirmiş və sayılıb seçilmiş kadrlarından biri olmuşdur. 1968-ci ildə rəhbərliyin etimadını dogrultmuş Firuzə xanım Azərbaycan Kommunist Partiyasının Şamxor (Şəmkir) rayon komitəsinə üzv seçilmiş və partiyanın işində əzmlə çalışmış və 1985-ci ildə 11-ci çağırışla Azərbaycan SSRİ Ali Soveti tərəfindən Azərbaycan SSRİ Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir. Bu zəhmətkeş qadının işinə həmişə layiqli qiymət verilmiş və bir çox dövlət mükafatları verilmişdir.1969-cu ildə “Kolxozçuların üçüncü ümumittifaq qurultayı” medalıyla, 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeniylə, 1978-ci ildə “Onuncu beşilliyin zərbəçisi” ordeniylə, 1988-ci ildə “Əmək Veteranı” medalıyla və fəxri fərmanlarla təltif olunmuşdurHazırda Firuzə Əmiraslanova Şəmkir şəhərində yaşayır. 1 oğlu, 2 qızı, , 9 nəvəsı, 11 nəticəsi var. Ömrünün 86-ci baharını yaşayan fədakar anaya və xalq, millət, dövlət yolunda ömrünü şam kimi əridən, Şəmkir diyarında adı hörmətlə çəkilən - Firuzə xanıma can sağlığı və uzun ömür diləyirik.GÜNEL MƏMMƏDOVAKollektiv olan şəkildə: Qabaqda 1-ci cərgədə ortada Ulu Öndər Heydər Əliyev, 2-ci cərgədə sağdan 4-cü Firuzə xanım.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.