İmişlilər I Beynəlxalq Çörək Festivalında diplom və medal qazandı Azərbaycan » Regionlar 26 октября 2016 Ötən həftə Bakıda I Beynəlxalq Çörək Festivalı keçirildi. Azərbaycanın şəhər və rayonlarının, Türkiyə, Özbəkistan və Qazaxıstanın çörək növləri nümayiş olunan tədbiri Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva acaraq Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəni irsimizin, milli mətbəximizin qorunması və inkişafina göstərdikləri qayğıdan danışdı. Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov 20 oktyabr – Beynəlxalq Kulinariya Gününün tarixindən danışıb, bu münasibətlə Azərbaycan xalqını və tədbir iştirakçılarını təbrik etdi. Hər kəs festivala təqdim olunan çoxsaylı çörək nümunələri ilə tanış oldular.İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin təqdimatını şöbənin məsləhətçisi İsmayıl Nuriyev verdi. O, qeyd etdi ki, bizim üçün bu tədbirdə iştirak çox maraqlıdır. Şirin çorəklər, qoğallar, zəfəranlı və künçütlü təndir çörəkləri gətirmişik. Hesab edirəm ki, məhsullarımız maraqla qarşılanır.... Birinci Beynəlxalq Çörək Festivalında İmişlilərin gətirdiyi çörək növləri və şirniyyatlar, xüsusilə kömbə çörəyə diplom və medalla təltif olundu. Sacda hazırlanmış kömbə çörəyinin bişirilməsində şabalıd, qoz ləpəsi, kişmiş və yağdan istifadə olunmuşdur. Bu böyük tədbirdə imişlilərin uğurlu iştirakına görə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Əzimova minnətdarlığımızı bildiririk. Yasin Tağıyev, gənc mədəniyyət işçisi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.