XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV Əziz oxucular, bu mətin “TƏBİƏTDƏ İZİ QALAN MEŞƏÇİLƏR” kitabında yer almış həmkarımız meşəçi, hazırda Xudat bələdiyyəsinin sədri Elman Ağa oğlu Allahyarov haqqındadır.

O, 1957-ci ildə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuşdur.
1974-cü ildə Xaçmaz rayonunun Aşağı Zeyid kənd orta məktəbini bitirdikdən sonra, 1975-ci ildə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır.
1975-ci ildə Sumqayıtdan hərbi xidmətə çağırılmış və 1977-ci ilə kimi ordu sıralarında qulluq etmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra yenə də köhnə iş yerində işləməyə başlamışdır.
O, burada 1979-cu ilə kimi işləmiş və elə həmin il Rostov vilayətindəki Noveçerkassk Meliorasiya Mühəndisləri İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olmuşdur.
1984-cü ildə institutu əla qiymətlərlə bitirərək, təyinatla Quba Meşə Təsərrüfatı İdarəsində meşəçi mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
1985-1990-cı illərdə Quba Meşə Təsərrüfatı İdarəsinin Alpan meşəçiliyində müdir,1990-1997-cı illərdə isə Quba Meşə Təsərrüfatı İdarəsinin direktoru vəzifələrində
çalışmışdır.
E. A. Allahyarov direktor işlədiyi dövrdə yüz hektarlarla qoz bağları salınmışdır.
Hazırda bu bağlar bol məhsul verir və yerli əhalinin maddi durumuna müsbət təsirini göstərir.
Onun rəhbərliyi altında görülən işlər “Azərmeşə” İstehsalat Birliyinin Həmkarlar
Təşkilatı tərəfindən keçici qırmızı bayrağa layiq görülmüş və eyni zamanda, idarənin
əməkdaşları 3000 manat məbləğində pulla mükafatlandırılmışdır.
1997-2001-ci illərdə isə Xaçmaz rayon Yalama Meşə Təsərrüfatı İdarəsinin Xudat
meşəçiliyinin müdiri vəzifəsində çalışmışdır.
1988-1991-ci illərdə işdən ayrılmadan Azərbaycan Elmlər Akademiyası Coğrafiya
İnstutunun Meşə torpaqları şöbəsində qiyabi olaraq aspiranturada oxumuşdur.
2001-2004-cü illərdə isə sahibkar kimi fəaliyyət göstərmiş, 2004-cü ilin bələdiyyə
seçkilərində iştirak edərək Xudat bələdiyyəsinə üzv, 2005-ci ilin yanvarından isə Xudat
bələdiyyəsinin sədri seçilmişdir.
Elman Ağa oğlu Allahyarov hazırda da bu vəzifədə işləyir. O, 2011-ci ildə Xaçmaz
rayonunun sosial-iqtisadi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif
olunmuşdur. Elman Allahyarov Xudat bələdiyyəsinin sədri olmaqla bərabər, yenə də
bir meşəçi kimi Xudat şəhərində parkların, yaşıllıqların salınmasında yaxından iştirak
edərək öz mütəxəssis töhsiyələrini verir.
Elman Allahyarov meşəçiliklə bağlı bir sıra elmi məqalənin müəllifidir.


XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV Az.MTİB sədrinin müavini H.H.Məlikov Quba Meşə Təsərrüfatı İdarəsinə keçici qırmızı bayrağın verilməsi münasibəti ilə təşkil olunmuş tədbirdə çıxış edərkən.

Şəkildə soldan sağa:
Az.MTİB-nin əməkdaşı Məhəmmədəli Əfəndiyev,
Az.MTİB–nin sədr köməkcisi Rafiq İsmayılov,
Az.MTİB sədrinin müavini Həmzə Məlikov,
Quba Meşə Təsərrüfatı İdarəsinin direktoru Elman Allahyarov və
Quba rayon Partiya Komitəsinin nümayəndəsi.



E.A.Allahyarovun
rəhbərliyi ilə salınmış
qoz bağlarından
bir görüntü (2013)



YAZIÇI-PUBLİSİST
ƏLLƏZ ORMEŞƏNLİ,
MEŞƏÇİ HƏMKARI,
İNDİKİ XUDAT
BƏLƏDİYYƏSİNİN
SƏDRİ
ELMAN ALLAHYAROVA
YAZMIŞ OLDUĞU
"TƏBİƏTDƏ İZİ QALAN
MEŞƏÇİLƏR" KİTABINI
TƏQDİM EDƏRKƏN.
23.05.2016-ci il.
Xudat şəhəri.



Əlləz Vəliyev (Ormeşənli),
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Şərqin səsi“ qəzetinin şöbə müdiri.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV

PEŞƏSİNİN VURĞUNU, MEŞƏÇİ BƏYBALA ALLAHYAROV

Regionlar
Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Azərbaycan, Nekroloqlar
GÖRKƏMLİ  MEŞƏÇİ  ALİM  KƏRƏM  ƏSƏDOV

GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV

"Şərqin səsi"
QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV

QOCAMAN MEŞƏÇİ - ƏLİ ABDULƏLİ OĞLU ORUCOV

"Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Əlləz Vəliyev (Ormeşənli)  =  “Təbiətdə izi qalan meşəçilər”

Əlləz Vəliyev (Ormeşənli) = “Təbiətdə izi qalan meşəçilər”

Borçalı, Başkeçid
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970)

Darvaz
ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
Rəy yazın: