Heydər Əliyevin yolu ilə...

Heydər Əliyevin yolu ilə... "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.
Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib."

Bu fikirlərin müəllifi Ümummilli liderimiz Heydər Əliyevdir.


Tarixdə mövcud olan çoxsaylı xalqların heç də hamısı bugünədək özünün milli varlığını, müqavimət qabiliyyətini qoruyub saxlaya bilməyib. Bu da bir həqiqətdir ki, müasir dünyamızda mövcud olan çaxsaylı xalqların heç də hamısı müstəqil dövlət qura bilməyib. Bu mənada, Azərbaycan xalqının milli varlığını qoruyub saxlaması ilə yanaşı, həm də müstəqil dövlət qurması onun ikiqat xoşbəxtliyidir. Ötən 24 ildə əzəli insanlıq haqqımıza sahib çıxmağımız, dövlət müstəqilliyimizi, ulu öndər Heydər Əliyevin bütün dünyaya bəyan etdiyi kimi, dönməz və əbədi etməyimiz çoxəsrlik tariximizin ən qiymətli hadisəsi, ən uca məqamıdır, nurlu bir yolun başlanğıcıdır.
1969-cu ilin iyul ayinda Heyder Əliyev Azərbaycan Kommunist Partiyasi Mərkəzi Komitəsinin birinci katibi ve respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrinadək həmin vəzifədə çalışmışdır. 1987-ci ilədək SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Müəyyən siyasi qarşıdurmalar ve fikir ayrılıgı nəticəsində 1987-ci ildə istefa verərək vəzifəsini tərk etmişdir. Heydər Əliyev rəhbərlik etdiyi zaman kəsiyində ölkəmizin gələcəyini düşünərək bir çox sahələrdə bu günki inkişafın əsasını qoymuşdur. Azərbaycan gənclərinin xaricdə təhsil almasını təmin etməklə yanaşı respublikamızın iqtisadi, siyasi, mədəni həyatına çox böyük töhfələr vermişdir. İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya işıq saçıb nur çiləməsin. Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri daim zənginləşdirən hikmət sahibinə çevirmişdir.
SSRİ -nin iflası ərəfəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi baş qaldırmışdı. Təkcə Bakıda deyil Azərbaycanın bütün bölgələrində Mərkəzə qarşı etiraz mitinqləri keçirilirdi. Xalq H.Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. Ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından qurtarılması missiyası H.Əliyevin üzərinə ümummili vəzifə olaraq düşdü. O, xalqin müdikliyinə, onun birliyinə arxalanaraq hamını birləşdirib ölkəni ağır vəziyyətdən çıxarmağa nail oldu. İlk dəfə 1993-cü il 3oktyabrda, ikinci dəfə 1998-ci il 11 oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildi. “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! Müstəqilliyin əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” deyən Ulu Öndər hakimiyyətə gəldikdən sonra da ölkənin hərtərəfli inkişafı üçün bir çox siyasi və iqtisadi tədbirlər həyata keçirildi. İlk növbədə təhlükəsizliyi təmin etmək üçün ordunun möhkəmləndirilməsinə diqqət yetirdi. Torpağının bir hissəsi işğal olunmuş dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da o oldu. 1994-cü ildə Ermənistanla atəşkəs əldə edildi. Uğurlu xarici siyasət nəticəsində Respublikanın daxilində sabitliyin möhkəmlənməsinə şərait yarandı. 1994-cü il sentyabrin 20-də Azərbaycanın iqtisadi dirçəlişinə təkan verən və ulu öndərin şah əsəri olan ”Əsrin müqaviləsi“ imzalandı. “İqtisadiyyatı güclü olan dövlət hər şəyə qadirdir” devizi ilə iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görülməyə başlandı. 1994-cü ilin mayında maliyyə sistemini nizama salmaq üçün qəti tədbirlər görüldü. Nəticədə infilyasiya kəskin surətdə aşağı düşdü. Müstəqil dövlətimizin 1995- ci il noyabrın 12- də ilk Konstitusiyası qəbul olundu. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı. H.Əliyev təkcə daxili siyasətdə deyil xarici siyasətdə də uğurlu addımlar atmışdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəm-ləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətinin ana xəttini təşkil edirdi. O, 1993- 98-ci illərdə 33 ölkəyə səfər etmiş, 5 il ərzində Azərbaycanla xarici dövlətlər arasında 431 beynəlxalq sənəd imzalanmış, nəticədə fundamental uğurlara nail olmuşdur. HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda iqtisadiyyatla yanaşı elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət yetirmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən Heydər Əliyev Azərbaycan gencliyinə cox böyük dəyər verirdi. Həmçinin təhsil sahəsində yeni proqramlar, dərsliklər yaradılmışdır. Qaçqın və köçkünlər üçün məktəblər təşkil olundu. Gənclərin xarici ölkələrin ali təhsil məktəblərində təhsil almasına şərait yaranmışdır. Ölkədə mədəni maarif işini canlandırmaq üçün tədbirlər görüldü. Beynəlxalq muzeylər Şurasının, Beynəlxalq kitabxanalar şurasının Azərbaycan milli komitələri yaradıldı. C.Məmmədquluzadənin, Niyazinin, H.Cavidin, N.Nərimanovun ev muzeyləri açıldı. H.Əliyevin Azerbaycanın inkişafı naminə atdıgı addımları saymaqla bitməz. Əsas odur ki, son nəticə göz qabağındadir. Bir sözlə, zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı.. Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Ulu Öndər Heydər Əliyev xalqını çox sevdi, xalqının parlaq gələcəyi üçün, bu günkü gəncliyimiz, sabahkı tariximiz üçün təməl binası qurdu. Azərbaycan xalqı da dünyaya Heydər Əliyev kimi dahi bəxş etdiyi üçün qürurlanır. Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə «Yol» dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz ondan öyrənirlər. Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir.
Bu gün fəxrlə deyə bilərik ki, Ulu öndərimizin siyasəti cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla, əzmlə davam etdirilir. Respublikamızda son dövrlərdə gedən proseslər, daxili və xarici siyasətdə qazanılan uğurlar, ölkəmizin dünyada tolerant dəyərlərə sahib olması bunu bir daha sübut edir. İllər öncə Heydər Əliyevin dediyi – “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri bu gün tam öz təsdiqini tapır.

Heydər Əliyevin yolu ilə...
Fikrimi Dahi rəhbərin sözləri ilə yekunlaşdırmaq istəyirəm.
O, vaxtilə demişdir:

«Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam».
O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalır.
Onun ən böyük abidəsi isə xalqın ürəyindədir!


Babacan Zəkiyev,
Qusar rayon Həsənqala kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU

"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" ...

Bakı, Məktəblər
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
Gülnarə Əhmədova:

Gülnarə Əhmədova: "Şərəfli ömrün salnaməsi"

BDU, Köşə yazılar
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
MÜASİR AZƏRBAYCANIMIZIN MEMARI

MÜASİR AZƏRBAYCANIMIZIN MEMARI

Qarayazı
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai m ...

YAP, Gənclik
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
Rəy yazın: