Oqtay ZƏNGİLANLI: "Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!" Qarabağ, Poeziya, Turan 17 февраля 2023 1538 100 1 2 3 4 5 Sındırmaz Türk oğlunu zamanın sərt sınağı! 06 fevral 2023-cü ildə qardaş Türkiyədə 21-ci əsrin ən dağıdıcı dəhşətli, fəlakətli zəlzələsi baş vermişdir. Zəlzələ nəticəsində doğmalarını, əzizlərini, qohum-əqrəbasını itirənlərə, kimsəliyə, kimsəsizə, bir sözlə, bu hadisəyə biganə qalmayan insanlara ithaf edirəm. Ölənlərə rəhmətlər, yaralılara Uca Tanrıdan şəfa diləyirəm. Başın sağ olsun Türkiyə!Bu zəlzələ, fəlakət səni sındıra bilməz. Ürəyində od yanır, dərya söndürə bilməz.Tutduğun haqq yolundan kimsə döndərə bilməz. Hər zaman gur yanacaq, Türkün odu-ocağı.Sındırmaz Türk oğlunu zamanın sərt sınağı! Ölümün gözlərinə qorxmaz məğrur baxırsan,Dağılmış binalardan ölü-diri yığırsan,Zaman imtahan edir, sən şərəflə çıxırsan, Bir cənnətə dönəcək türkün aranı-dağı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!Dünyanın dövlətləri şərik bu dərd-kədərə, Zamanın bu sınağı dönər gəldi-gedərə,Qeyrətli övladların gəlməz saya qədərə,Çətinlikdən çıxmağa var türkün bacarığı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!Qüdrətli dövlət kimi öz səsin sorağın var, Yenilməz insanların, ulu Türk bayrağın var,Anan qədər sevdiyin müqəddəs torpağın var,Parlayacaq evlərin, küçələrin çırağı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!Söykəmişəm çiynimi çiyninə can Türkiyə,Can qardaşım, sirdaşım, alqış belə birliyə,Əcdadlardan alıb Türk zəka, bilik, tərbiyə,Haqq üçün Türkə xasdır zəncirləri qırmağı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!Ulu Heydər söyləmiş - Bir millət, iki dövlət,Bu dostluq, qardaşlığı Tanrı etmişdir qismət,Qardaşlar arasında var dostluq səmimiyyət,Abad olacaq gün-gün ulu Vətən torpağı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!.Azərbaycan-Türkiyə bir ürəkdir, bir candır, Türkiyənin dayağı qardaş Azərbaycandır,Bu birlik qarşılıqlı şərəfdir, şöhrət-şandır, Yanacaq binaların söndürülmüş çırağı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!İlham deyir qardaşım sədaqətlə Ərdoğan,Azərbaycan Türkiyə günəşdir şərqdən doğan, Tanrı türkləri edib insanlığa Ərməğan,Bir dəryaya çevrilir dağın zümrüd bulağı,Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!Türkiyə canım qanım, bu diyara bağlıyam.Türkün ruhu canımda aranlıyam dağlıyam.Öz dünyama sığmayan, Oqtay Zəngilanlıyam.Özün ol ey türk, ey türk, başar qalib çıxmağıSındırmaz Türk oğlunu zamanın sərt sınağı!Oqtay Zəngilanlı,I Qarabağ müharibəsi veteranı, təqaüdçü metodist müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.