Oqtay Zəngilanlı: "ƏYİLMƏZDİR TÜRK OĞLU" Qarabağ, Turan 17 февраля 2023 1464 100 1 2 3 4 5 ƏYİLMƏZDİR TÜRK OĞLUTürkiyədə baş vermiş zəlzələ (deprem) nəticəsində doğmalarını itirənlərə, bizdən ayrı düşənlərə ithaf edirəmBu zəlzələ, fəlakət səni sındıra bilməz, Ürəyində od yanır, dərya söndürə bilməz. Tutduğun haqq yolundan kimsə döndərə bilməz,Əyməzdir türk oğlunu zamanın sərt sınağı,Ucalır, ucalacaq türkün ulu bayrağı!Ölümün gözlərinə qorxmaz, məğrur baxırsan,Dağılmış binalardan ölü-diri yığırsan. Zaman imtahan edir, sən şərəflə çıxırsan,Əyməzdir türk oğlunu zamanın sərt sınağı, Ucalır, ucalacaq türkün ulu bayrağı!Dünyanın dövlətləri şərik bu dərd-kədərə,Zamanın bu sınağı dönər gəldi-gedərə. Qeyrətli insanların gəlməz saya, qədərə,Əyməzdir türk oğlunu zamanın sərt sınağı,Ucalır, ucalacaq türkün ulu bayrağı!Qüdrətli dövlət kimi öz səsin-sorağın var,Yenilməz insanların, ulu türk bayrağın var.Anan qədər sevdiyin müqəddəs torpağın var,Əyməzdir türk oğlunu zamanın sərt sınağı,Ucalır, ucalacaq türkün ulu bayrağı!Türkün dərdi böyüksə, özündən böyük olmaz,Qalxar uçan binalar, zərərlər böyle qalmaz.Türkiyə açan bahar, baharda güller solmaz.Əyməzdir türk oğlunu zamanın sərt sinağı,Ucalır, ucalacaq türkün ulu bayrağ!Oqtay ZƏNGİLANLIZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.