İgid döyüşçü Asif Yunisov Azərbaycan » Qarabağ 4 ноября 2021 Yunisov Asif Məhəmməd oglu - 01.04.1973-cü ildə, Cəbrayil rayonunun Əmirvarlı kəndində anadan olub. 1980-ci ildə Əmirvarlı kənd orta məktəbin 1-ci sinfinə gedib. 1988-cı ildən təhsilini Baki şəhərində davam etdirib. 1991-ci ildə Ukraynanın Krivoy Rok şəhərində xidmət edib. O vaxtlar ermənilər, Azərbaycanlilara qarşı, təxribat törətdiklərinə görə oz ərizəsi ilə könullü olaraq, Azərbaycanın ordu sıralarında xidmətə yollanıb. 1992-ci iyun ayinın 28-də, Cəbrayıl rayonunda təşkil edilmiş Sur adlı böyuk bir əməliyyatda iştirak edib. Ermənilərin keçilməz oldugu postunu keçərək böyük naliyyətlərə nail olublar.Sur kəndi işğaldan azad olunub. Asifin dedikləri:"Şahidi oldugum bir eizodu sizlərin nəzərinə çatdirmaq istəyirəm. Döyüş yoldaşlarımla birğə biz 11 nəfər həmin döyüsdə 14 erməni işğalçısını və onların pulla tutduqları bir neqiri məhf etdik. Alcaq ermənilər zəncinin ayağında zəncirlə topa bağlamışdılar ki, son nəfəsinə qədər döyüşsün." Həmin əməliyyat zamanı Asif sol qulaq və sağ bilək nahiyyəsindən yara alib.Dostlarinin təkidinə baxmayaraq, Asif Yunisov yaralı olduğu halda döýüş meydanını tərk etməyib. Axşam saat 9-10 radələrində Asifi döyüşcü yoldaşları döyüş meydanından aşağı düşürüblər. Aldiğı güllə yarası zəhərli oldugundan Asif bir ay xəstəxanada müalicə olunub. Sonra yenidən N sayli hərbi hissəyə qayıdıb.Döyüşdə göstərdiyi sücahətlərinə görə, Asif Yunisova takım komandiri vəzifəsinə təyin olunub. 1993-cü ilin oktyabr ayının 17-də Cəbrayil rayonunda gedən qanli döyüşlər zamanı, sol ayagindan gullə yarası alan Asif, oktyabrın 19-da Beyləqan rayonun Səhra qospitalina aparılıb. Vəziyyəti agir oldugu üçun oradan da Bakı səhərinə Papanındəki hərbi qospitala gətirilib. İki ay müalicə olunub, Pesəkar həkimlərimizin sahəsində, sagalib, sənədlərini Cəbrayil rayon Hərbi Komisarligina təqdim edib.Hal-hazirda fərdi işlə məsgul olur.Biz də Asif Yunisova şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona uzun ömür, möhkəm cansağlığı, cansağlıqlı, ürək dolu məhəbbət və yeni-yeni uğurlar arzulayırıq. Tahirə Qarabağlı,şairə-jurnalist,AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.