ƏN YÜKSƏK MƏQAMA UCALAN YÜKSƏL ƏLİZADƏ!

ƏN YÜKSƏK MƏQAMA UCALAN YÜKSƏL  ƏLİZADƏ! Dünyanın sonu deyilən bir hadisənin nə vaxtsa olacağına inanmıram. Cünki, əsrlər, qərinələr keçsə də dünya elə dünyalığında qalmaqdadır. Mənim düşüncəmə görə yalnız insanın sonu olan qaçılmaz bir həyat vardır ki, o da ölümdür. Ölüm hər kəs üçün eyni olmur, ya şərəfli, ya da şərəfsiz ölüm olur. Ölümün şərəfli deyilən ən yüksək zirvəsi vardır ki, o da “Şəhadətlik zirvəsi”adlanır. O zirvə isə yalnız Allah tərəfindən seçilmişlərə qismət olur.
Şeçilmişlərin hər biri haqqında danışmaq çox gözəldir, çox xoşdur. Bu gün isə biz “Şəhadətlik zirvəsi”nə ucalan şəhidlərimizdən biri olan gənc igidimiz Əlizadə Yüksəl İlqar oğlu haqqında söhbət açacağıq.


Əlizadə Yüksəl yaşadığı iyirmi dörd illik ömür yolundan ən şərəfli məqama yüksələ bilmişdi. Dahilərimiz haqlı olaraq demişdir ki, insana doğularkən qoyulan ad gələcək həyatında onu əsl insan kimi müəyyənləşdirən əsas amillərindən hesab olunur. Mən bu fikirlə razıyam, burada doğrudan da bir həqiqət vardır. Yüksəlin daşıdığı adı sonradan onun yüksəldiyi məqamını tamamladı və mənim fikrimi bir daha dogrultdu. Yəni, Yüksəlin taleyinə şəhidlik yazılmasaydı da o tutduğu hər hansı bir mövqeyində yüksəkdə olacaqdır. Bu fikrimi onun ən yaxın dostu ilə etdiyim müsahibədə bir daha təsdiqlədim.

Qarabağda başlanan I və II Vətən müharibəsi neçə-neçə əsgər və zabitlərimizin, eləcə də dinc əhalinin həyatına son qoysa da biz Azərbaycan ogullarının necə qorxmaz, cəsur olduqlarının bir daha şahidi olduq.
1996-cı ilin beş iyun tarixində Gəncədə ziyalı ailəsində dünyaya göz açan Yüksəlin Vətənə olan sevgisi onu torpaqlarımızın uğrunda gedən Vətən müharibəsindən kənarda saxlaya bilmədi. Iki ali təhsil alan Yüksəl hər bir işini kənara qoyaraq, könüllü Azərbaycanın Ordu sıralarına yazıldı. Elə hər şey də buradan başlandı.
Gələcək nəsillərə, davamçılarımız olan gənclərə Vətən qəhrəmanlarımızı, canından keçən şəhidlərimizi tanıtmaq hər birimizin əbədi borcumuzdur. Bizim ixtiyarımız yoxdur ki, şəhidlərimizi, qazilərimizi unudaq, onları diqqətdən kənarda saxlayaq. Mən qəhrəmanımız haqqında yazanda ümumiləşmiş suallardan biraz uzaq olmaq istədim. Yüksəlin haqqında sosial şəbəkələrdə, qəzetlərdə, televiziya kanallarında eşidiyim sözlərdən fərqlənən daha maraqlı xüsusiyyətlərini öyrənmək və xalqa çatdırmaq istədim. Və nəhayət, 2009-2010- cu illərdə “Azərbaycan dili və ədəbiyyatı” hazırlıq kurslarından başlayan, Yüksəlin şəhidlik zirvəsinə ucalan vaxta qədər onun ən yaxın dostlarından biri olan Amil Məhərrəmovla əlaqə yarada bildim. İlk olaraq nəzərinizə onu çatdırım ki, Amil dostu Yüksəl haqqında xatirələrini danışarkən mən onun necə çətinlik yaşadığını, hətta səsində problem yarandığını, kövrəldiyini hiss etdim. Dostu Yüksəlin obrazını mənim üçün o qədər gözəl təsvir etdi ki, mən elə bildim Yüksəli illərdir tanıyırdım və bu deyilənləri də sanki öz gözlərimlə görmüşdüm. Amil Yüksəlin necə gözəl insan olduğunu, əvəzolunmaz dost olduğunu söylədi. Mən onun şəhid olacağını sanki öncədən hiss etməsini və sonunda ən yüksək məqama ucalmasını elə dostunun dili ilə xalqımıza, ən əsası da gənclərimizin nəzərinə çatdırmaq istəyirəm.

ƏN YÜKSƏK MƏQAMA UCALAN YÜKSƏL  ƏLİZADƏ!Tanış olaq.
Yüksəl İlqar oğlu Əlizadə - 1996-cı il iyunun 5-da Gəncədə ziyalı ailəsində dünyaya gəlmişdir. O, yerində edilən zarafatı sevərdi, az danışardı, lakin çox dinləyərdi. Yüksəldə çox gözəl dinləmə qabiliyyəti var idi. Həmişə deyərdi ki, bir insanın dinləmə qabiliyyətinin olması onun yüksək mədəniyyətindən xəbər verir. Səmimi, mehriban, təmkinli, istiqanlı və ünsiyyətcil idi. Dostunun dediyinə görə onun hər kəsdən fərqliliyini hər anda hiss etmək mümkün idi. Gözəl, ağıllı məsləhətlər verirdi. Məsləhətləri həqiqətən də çox yerinə düşürdü. Ən çox dostları ilə birlikdə gününü keçirməyi, müsiqi, seir dinləməyi çox sevirdi. Müasir müsiqiləri dinləsə də klassikanı daha çox sevirdi. İdmana, xüsusilə də futbola böyük maraq göstərirdi. “Real-Madrid” və “Beşikdaş” ın azərkeşi idi. Demək olar ki, Yüksəl dünyada baş verən prosesslər haqqında çox bilirdi, qeyri-adi yaddaşa malik idi. Bütün mövzular ətrafında məlumatlı idi. Bu da onun savadlı olmağından irəli gəlirdi. İnşa yazılarında həmişə vətənpərvərlik mövzularını seçərdi və hamıdan yüksək qiymət alardı. Yüksəlin dostları çox idi. Bunların içərisində həm məktəb, həm universitet dostları, həm də başqa dostları var idi. Fərid, Ziya, Fəxri, Amil, Kamran, Samir, Hafiz, İsmayıl, Həsən, Oruc, Elçin, Kamil, Rüstəm, Dünyamin və başqaları. Amil onu da qeyd etdi ki, ola bilsin həyəcandan bəzi dostların adını çəkmərəm, üzrlü hesab edin. Əslində Yüksəl elə bir insan idi ki, hər kəs onu özünə doğma, yaxın dost hesab edir, onunla ünsiyyət qurmağa can atırdi. Məsələn, “onu tanıyanların hansından soruşsanızki, ən yaxın dostunuz kimdir?”- inanın ki, hər kəs Yüksəlin adını çəkəcəkdir. Çünki o hamı ilə dil tapmağı bacarırdı. Valideylərini, qardaşlarını çox sevirdi. Atasına çox bağlılığı var idi, onun vaxtsız vəfatından yaman təsirlənmişdir. Yüksəl atacağı addımı yüz ölçüb, bir biçərdi ki, mənim hər hansı bir səhvim üzündən ailəmə ziyan gəlməsin.
Atası İlqar Əliyev 2017-ci ildə vəfat etsə də Yüksəl həmişə atasının ölümünə təəssüflənir və heç vaxt onun ölümünü qəbul edə bilmirdi. Atası sözün əsl mənasında ağsaqqal idi. Yüksəl hər kəsin qeydinə qalar, hər şeyi ürəyinə salırdı. Amilin dediyinə görə hətta Yüksəl əsgərlikdə olan dostlarını görmək üçün hərbi-hissələrə gedib onları ziyarət etməyə də vaxt tapırdı.
Dostu danışdıqca söhbətini bitirmək istəmədiyini anladım. Ona görə mane olmadım. Nəzərinizə çatdırım ki, Amilə iki-üç sualla müraciət etmişdim, amma o elə gözəl açıqlama verdi ki, əlavə suallara ehtiyac qalmadı. Iyirmi dəqiqəlik bir, otuz dəqiqəlik də bir mesajını dinlədim. Dolğun məlumatları dinlədikcə düşünürdüm “Allahım, bu igidimiz qeyri-adi bir xasiyyətə, düşüncəyə, biliyə malik imiş. Bəlkə də yaşasaydı nə kimi yeniliklər ortaya çıxarardı. Amma, həyat insanlara bəzən yaşanması dəhşətli olan böyük acılar yaşadır. Müsahibəmizə yenə davam edirik:
Orta təhsilini 2013-cü ildə Gəncədə 5 saylı tam orta məktəbdə başa vuran şəhidimiz Yüksəl, ilk ali təhsilini almaq üçün Bakıya üz tutur. Əslində onun arzusu atasının yolunu davam etdirmək olmuşdur. Valideynlərinə olan sonsuz sevgisi onların hər ikisinin arzusunu yerinə yetirmək idi. O, əvvəlcə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur. Oranı bitirdikdən sonra isə ikinci ali təhsil almaq, atasının yolunu davam etdirmək istəyirdi. O Gəncə İnzibati-İqtisadi məhkəmədə işləməyə başladı. Qeyd edim ki, Yüksəlin atası Əliyev İlqar uzun illər prokurorluq orqanlarında çalışmışdır. Anası Sevda xanım isə hal-hazırda Gəncə Dövlət Universitetin də dekan, həm də müəllimdir. Yüksəlin sonradan ikinci təhsilini Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində alması bir daha onu göstərirdi ki, Yüksəl hər iki valideynin istəyinə hörmətlə yanaşmışdır. O əsgəri xidmətini başa vurub Gəncə prokurorluğunda əvvəlcə kiçik inspektor, daha sonra inspektor vəzifəsində əmək fəaliyyətinə başladı. Yüksəlin Allah sevgisi də böyük idi. O atdığı hər addiminda Allahı xatırlayar, hər hansı bir işi edib-etməyəcəyini dərindən düşünərdi. Dostunun, Yüksəl haqqında söylədiyi gözəl fikirlər məni çox təəccübləndirirdi. Bir insan nə qədər gözəl keyfiyyətlərə məxsus idi. Yüksəlin elə bir sözü olmurdu ki, ondan kimsə inciyə bilsin. Bəzən dostlar arasında olan xırda inciklikləri Yüksəl elə mehribancasına başa salır, yoluna qoyurdu ki, sanki onun söylədikləri hansısa bir kitabdan götürülərək bizə çatırdı. Yüksəl dostların hər birini ayrı-ayrılıqda istər ad günlərində, istər bayramlarda məxsusi olaraq təbrik edər və hər birinin təbrikləri də bir-birindən fərqli olardı.
Amil bunları da qeyd etdi ki, Tovuz hadisələrində baş verənlər, general Polad Həşimovun şəhid olması xəbəri Yüksələ olduqca pis təsir etmiş və o bu xəbərdən dərin sarsıntı keçirmişdir.
Tovuz hadisələrindən sonra o tez-tez şəhidlik haqqında qəribə suallar verirdi. Elə döyüşə də könüllü olaraq getdi. Yüksəl həqiqətən də cəsur idi, ölümdən qorxmurdu. Bəlkə də heç kəsə açıb söyləyə bilmədiyi “Şəhidlik məqamı”ona yaradan tərəfindən artıq agah olmuşdur. Çünki bir neçə dəfə yarızarafat, yarıciddi ömrünün yarım qalacağını deyərdi. Həqiqətən də Yüksəl dostlarımızın arasından tək seçilərək “Şəhidlik zirvəsi”nə ucaldı. Biz qəlbən onun yoxluğuna yansaq da eyni zamanda onunla fəxr edirik və ömrümüzün sonuna qədər də fəxr edəcəyik ki, bizim belə bir dostumuz olub,-dedi Amil. Yüksəlin arzuları çox idi, lakin onun bu arzulara çatmaq həvəsi arzu olaraq qaldı.
Bilirik ki, 2020-ci ilin 12 iyul tarixindən etibarən Tovuz rayonu ərazisində Erməni Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədlərini təkrar pozması, eləcə də silahlı hücum etməsi, sentyabrın 27-də Vətən müharibəsinin başlanmasına rəvac verdi.
Qarşıdurma qızışmışdı. Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri az zaman içərisində düşmənin çoxlu sayda canlı qüvvəsini, eləcə də hərbi döyüş texnikasını sıradan çıxartdı və strateji obyektlərini məhv edə bildi. Bu hadisədən bir qədər sonra isə gizli yolla Azərbaycana keçməyə cəhd göstərən düşmənin diversant qrupu zərərləşdirildi. Artıq məqam yetişmişdi. Atəşkəs rejimini yenə də həmişə olduğu kimi bilərəkdən pozan düşmən müharibənin alovlanmasına zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyev hərbi komissarlıqların qarşısında toplanmış və işğal olunmuş ərazilərimizi mənfur düşməndən azad etmək üçün cəbhə bölgəsinə getmək istəyən minlərlə gəncin bu vətənpərvərliyindən xəbər tutaraq qürur hissi keçirdiyini, həmin axşam televiziyada çıxış edərək söylədi və gənclərə öz təşəkkürünü bildirir. O, Azərbaycanın güclü nizami Ordusunun olduğunu nəzərə çatdıraraq zamanın artıq yetişdiyini, tezliklə düşmənə layiqli cavab verəcəyimizi xalqa söylədi. Bu olanlara ürəyi dözməyən Yüksəl hadisələr baş verən ərəfədə, o, qarşısına məqsəd qoyur ki, mütləq döyüşlərə qoşulmalıyam.
Bu hadisələrin davamı olaraq düşmən sentyabr ayında yenidən, iriçaplı minamyotlardan, toplardan mövqelərimizi atəşə tutdu. Bu dəfə Ali Baş komandan ordumuza daha “dur” əmri deyil, “döyüş” əmri verməli olur. Hər bir vətənpərvər gəncin illərdir gözlədiyi məqam yetişmişdi. Yüksəl Əlizadə də otuz ilə yaxın müddətdə etməni separatçı qüvvələrinin işğalında olan əzəli torpaqlarımızı azad etmək üçün qaçılması mümkün olmayan Vətən müharibəsinə getməli oldu. Yüksəl Əlizadəni tanıyanlar onun necə vətənpərvər olduğunu, Vətən üçün canından keçməyə hazır olduğunu bilirdilər. Yüksəlin qısa ömür yoluna nəzər saldıqda, bu kimi igidlərin həqiqətən Allah tərəfindən seçilmişlər olduğu bir daha təsdiqlənir. Yüksəlin yaraşıqlı siması, ağıllı baxışı, qəribə təbbəssümü, üzünün nuru, gözlərində bəlkə də az sayda insanın seçə biləcəyi parıltı, onun çox sözləri dilinə gətirə bilməməyindən və daxilində bir Vətən coşqusu, təlatüm, yanğı olduğunu hiss etdirirdi.
Beləliklə, Yüksəl Əlizadə Gəncə şəhəri, Kəpəz rayon şöbəsinə müraciət edir, döyüşlərə qatılmaq istədiyini bildirir və sentyabrın 21-də o hərbi-döyüş təlimlərinə yollanır.
Ali Baş Komandanın verdiyi əmrə əsasən düşmənə qarşılıq verilməsi üçün sentyabrın 27-və II Vətən müharibəsi başlayır. Müharibənin başlandığı ilk gündən Yüksəl Əlizadə böyük ruh yüksəkliyi ilə döyüşlərdə iştirak edir. Dostları onunla mütamadi əlaqə saxlayırdılar. Lakin qəflətən üç gün Yüksəldən xəbər olmur. Amil onu da qeyd etdi ki, Yüksəldə elə bir xüsusiyyət var idi ki, necə çətinlik olursa olsun, mütləq çətinlikdən çıxmağa yol tapmağı bacarırdı. Əgər ondan xəbər yoxdursa deməli nəsə xoşagəlməz bir hadisə baş verib. Hər kəs narahat idi. Ailəsi ilə bütün dostları birlikdə bacardığımız əlaqələrə qoşulur, Yüksəldən xəbər öyrənməyə çalışırdıq.
Yüksəl övlad kimi övlad, qardaş kimi qardaş, dost kimi dost idi. Onun mədəniyyəti, tərbiyəsi, alicənablığı, sadəliyi döyüş dostları arasında ona çox hörmət qazandıra bilmişdir. Müharibədə iştirak edən döyüşçülərin hər biri o döyüşlərin necə ağır şəraitdə baş verdiyini gözləri ilə gördükləri üçün, yaşadıqları o dəhşətli günlər onları bir-birinə qardaşdan da artıq bağlayır. Yüksəl Əlizadə də bu ağır günlərdə döyüş dostları ilə qardaşlaşmağı bacarır. Söylənməsi çətin olsa da təəssüflə qeyd etməliyəm ki, elə ağır döyüşlərin birində Yüksəl sona kimi dostları ilə çiyin-çiyinə döyüşür və on doqquz güllə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

Amil bir daha “Yüksəl haqqında keçmiş zamanda danışa bilmirəm”- deyə söylədi. Xəbəri eşidəndə heç kim inanmamışdı. Qardaşı döyüş bölgəsinə gedir, biz isə durmadan zəng edib xəbər öyrənməyə çalışırdıq. Qardaşının verdiyi təsdiq xəbəri bizi çox sarsıtdı. Dostu, Yüksəlin şəhidlik xəbərinin, onun nəşinin gəlmə anının necə dəhşətlə qarşılandığını izah edə bilmədi. Qəhər onu boğdu. O, Yüksəlin qardaşlarının məğrurluğunu, anası Sevda xanımın qürurunu dillə izah etməyin mümkün olmadığını, o səhnəni yalnız görmək lazım olduğunu söylədi. Hətta Yüksəlin torpağa tapşırılması anının da çox uzun zaman çəkdiyini, heç kimin məzardan ayrılmaq istəmədiyini dedi.

ƏN YÜKSƏK MƏQAMA UCALAN YÜKSƏL  ƏLİZADƏ! Ömür kitabına “Şəhidlik” yazılan qəhrəmanımızın iyirmi dörd illik həyatı yarım qaldı. Yüksəl az ömür sürsə də xatirələrə dönərək dillərdə dastana çevrildi, ürəklərdə yurd saldı, adına şeirlər, məqalələr yazıldı. Dostları onu əbədi olaraq ürəklərinə həkk etdilər. Bu gün o dostlarının yanında olmasa da hər birinin ürəyində məskən qura bildi.

Yüksəl Əlizadə Ali Baş komandanın sərəncamı ilə “Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Daha sonra Ali Baş Komandanın verdiyi sərəncam əsasında 15.12.2020-ci ildə ölümündən sonra “Vətən uğrunda”“Döyüşdə fərqıənməyə görə” medalları da müəyyən edilmişdir.

44 günlük müharibənin zəfər sevincini bizə yaşatdıqları üçün bütün şəhidlərimiz qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar. Hər bir şəhidimizin ailəsinə, yaxınlarına səbr diləyirik.

Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, bu yazının hazırlanmasında mənə dolğun məlumatları verən, insanı kövrəldən xatirələrini söyləyən, hər sualımı yerli-yerində cavablandıran şəhidimiz Yüksəl İlqar oğlu Əlizadənin ən yaxın ailə dostu Amil Məhərrəmova həm öz adımdan, həm də redaksiyamız adından dərin minnətdarlığımı bildirirəm.

ƏN YÜKSƏK MƏQAMA UCALAN YÜKSƏL  ƏLİZADƏ!

PƏRİXANIM MİKAYILQIZI,
“Elm və Təhsil” qəzetinin
baş redaktoru,
şair-publisist, nasir,
araşdırmaçı jurnalist,
F.b.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” medalı mükafatçısı,
“Abdulla Şaiq”, “Xurşid Banu Natəvan”, “Qızıl Qələm”
və “Sülh təbliğatçısı” mükafatları laureatı,
“Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondunun “Zirvə” mükafatçısı
və Fəxri Diplomçusu


ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

UNUTSAQ, UNUDULARIQ!....
YARIMÇIQ QALMIŞ ÖMÜR

YARIMÇIQ QALMIŞ ÖMÜR

Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Akif Çovdarovun oğlu: “Kişi kişinin üzünə durmaz”

Akif Çovdarovun oğlu: “Kişi kişinin üzünə durmaz”

Kriminal, Köşə yazılar
ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV

NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
BU TALEYİN YAZISINA NƏ DEYİM?

BU TALEYİN YAZISINA NƏ DEYİM?

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

"Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ!

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Yusif Budaqov haqqında ballada

Şəhid Yusif Budaqov haqqında ballada

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

Qarabağ, "Elm və Təhsil"
VƏTƏN  HARAYINA CAN VERƏN QƏHRƏMAN - polkovnik-leyntenant Xeyrulla Mais oğl ...

VƏTƏN HARAYINA CAN VERƏN QƏHRƏMAN - polkovnik-leyntenant Xeyrulla Mais oğl ...

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİ -  Əhməd Əhmədli

ŞƏHİDLİK ZİRVƏSİ - Əhməd Əhmədli

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Şəhidliyin ünvanı Əbədiyyətdir

Şəhidliyin ünvanı Əbədiyyətdir

Qarabağ
CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

CƏSUR DÖYÜŞÇÜ - Əfqan Axundov

UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: