Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azərbaycanın haqq işidir"

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azərbaycanın haqq işidir" Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə bağlı bəyanat yayıb.

Bu barədə ZiM.Az-a GAK sədri Hüseyn Yusubov məlumat verib.

Bəyanatda deyilir ki, Ermənistan tərəfinin növbəti təxribatı və qanlı cinayəti GAK-ın çoxsaylı üzvləri tərəfindən etirazla qarşılanıb və qətiyyətlə pislənilir.
GAK hesab edir ki, bütün bu təxribatlara görə, bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
Başqa xarici dövlətlərin əlində oyuncağa çevrilən Ermənistan bilməlidir ki, Azərbaycana 1990-cı illərin Azərbaycanı deyil. İndi Azərbaycanın güclü Ordusu və praqmatik, dərin zəkalı Ali Baş Komandanı var. Azərbaycan Ordusu Ali Baş Komandanının əmri ilə işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Münaqişənin daim sülh yolu ilə tərəfdar çıxan Azərbaycanın səbir kasası dolub. Daha erməni təxribatlarına dözməyəcək və düşmənə layiqli cavab verəcək. Biz bunun 2016-cı ilin Aprel döyüşlərində, bu ilin iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdə, eləcə də bu gün gördük. Azərbaycan ordusu bu gün nəinki ermənilərin hücumunu dayandırdı, əksinə əks hücumla daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi.
İşğal altında olan torpaqları azad etmək Azərbaycan dövlətinin və xalqının haqq işidir.

Bəyanatın sonunda GAK bütün dünya ictimaiyyətini Azərbaycan torpaqlarında ədaləti bərpa etməyə, Azərbaycanın haqq işində ona dəstək olmağa çağırır.
“Bu müqəddəs döyüşlərdə Azərbaycan Əsgərinə qələbələr diləyirik! Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq həmişə xalqımızın yanındayıq!”, – deyə bəyanatda vurğulanır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin iri ...

Qarabağ, Tiflis
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU
“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

QHT
Avropa Azərbaycanlıları Konqresi Yerevanın mərkəzində faşist generalına hey ...

Avropa Azərbaycanlıları Konqresi Yerevanın mərkəzində faşist generalına hey ...

Avropa, Diaspora
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

MEDİA, Dünya
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və ...

Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və ...

Qarabağ, Gürcüstan
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

QHT
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Qarabağ, Borçalı
Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Əsas xəbər, Qarabağ
Rəy yazın: