VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR

VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR
(Bu günki qəhrəmanımız
I qrup Qarabağ Müharibəsi əlili
Vəli Əli oğlu Orucovdur)

Cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli, daxili və xarici siyasətinin nəticəsində, Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Müharibə şəraitində yaşamasına baxmayaraq, bu gün Azərbaycanın hər sahədə inkişaf etməsi göz qabağındadır.
Çox təəssüflər olsun ki, şövinist ermənilər, ölkəmizin 20%-dən artıq hissəsini işğal edərək, əvvəllərdə olduğu kimi yenə də hazırladıqları plan əsasında 1987-ci ildən Qarabağda torpaq iddiaları ilə qarışıqlıq yaratmağa başladılar. Ölkədə artıq bir xaos yaranmışdı. Hakimiyyət davası gedirdi. Zorla ata-baba yurdlarından çıxarılaraq, məcburi köçkün və qaçqın olmuş azərbaycanlılar dəhşətli təzavüzlərə məruz qalmışdılar. Ölkədə dəhşətli xaos yaranmışdı. Düşmən bu qarışıqlıqdan istifadə edərək, Qarabağda ağlasığmaz qətllər, faciələr törətməyə başladı. Azğınlaşmış düşmən, hərbi dəstələrimizə hücum edərək, əsgər və zabitlərimizi öldürür, yaralayır və ya əsir götürürdülər.


Haqqında söhbət açacağımız qəhrəmanımız Vəli müharibənin dəhşətlərini gözləri ilə görmüş Qazimizdir. Azərbaycanın başına düşmənlərimizin gətirdiyi fəlakətlər onu bu hadisələrdən kənarda qoya bilmədi.
1990-cı ilin “20 Yanvar faciəsi”, 1992-ci il “Xocalı soyqırımı”, dövlət məmurlarımızın olduğu helikopterin Qarakənd üzərində partladılması ölkənin çətin vəziyyətini daha da çətinləşdirmişdi. Artıq hamı bir nəfər kimi Vətənin müdafiəsinə qalxmışdı. Vəziyyət çox gərgin idi...


1993-cü ildə xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin ağıllı siyasəti nəticəsində, yeganə çıxış yolu kimi atəşkəs rejimi tətbiq olundu. Və bu gün də bu atəşkəs cənab Prezident İlham Əliyev tərəfindən qorunmaqdadır.
Məlumdur ki, hal-hazırda bizim qüdrətli dövlətimiz olduğu kimi, qüdrətli də Silahlı Qüvvələrdən ibarət ordumuz vardır. Ali Baş Komandanın əmri olarsa, ordumuz istənilən anda hücum edərək, Qarabağ torpaqlarını azad etmək gücündədir. 2016-cı ilin aprel hadisələri ordumuzun necə bir gücə malik olduğunu düşmənə bir daha xatırlatdı.
Qeyd etdiyimiz kimi, ölkəmiz müharibə şəraitində olduğu üçün, bizim silahlı qüvvələrimiz hər zaman öz ayıq-sayıqlığı ilə Vətəni qoruyur. Təəssüf ki, atəşkəs rejiminə əməl etməyən və bu qanunu pozan düşmənləri öz yerində otuzdurmaq üçün əsgər və zabitlərimiz döyüşə atılır, yaralanır və bəzən də şəhid olurlar. Müharibə itkisiz olmur. Lakin, dövlət başçımız daha çox insan təlafatının olmaması üçün, sülh şəraitində torpaqlarımızın geri qaytarılması yolunda illərdir ki, danışıqlar aparır. Biz inanırıq ki, bu danışıqlar öz bəhrəsini verəcək və torpaqlarımız tezliklə mənfur qonşularımızın işğalından azad ediləcəkdir.
Bu gün torpaq uğrunda şəhid olan, yaralanan və ömürlük fiziki sağlamlığını itirən onlarla Qazilərimiz vardır ki, onlar dövlət başçısının şəhid və müharibə əlillərinin ailələrinə göstərdiyi diqqət və qayğını görür, başa düşürlər ki, bu qayğı onların həyat şəraitlərinin yaxşılaşmasına xidmət edir, qismən də olsa ağrı-acılarını unutdura bilir.
2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə təsis edilmiş “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”, məhz Qarabağ müharibəsində canından keçmiş və ömürlük əlillik statusu almış şəxslərə diqqət və qayğının təzahürüdür. Bu İctimai Birlik, müharibə iştirakçılarının hüquqlarını müdafiə etməklə yanaşı, həm də onlara mənəvi dayaq olur və Vətən qarşısında göstərdikləri qəhrəmanlıqların, şücaətin müqabilində dövlətin onları dəyərləndirdiyini bir daha xatırladır. Bu işdə ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi “Heydər Əliyev Fondu”nun diqqət və qayğısını da xüsusi olaraq qeyd etmək lazımdır.
Yaşadığın Vətənin adının yurd, məkan, bölgə, ölkə və sair adlandırılmasından asılı olmayaraq bütövlükdə adı Vətəndir. Vətən ana, Vətən övlad, Vətən namus, qeyrət, ar deməkdir. Bu namusu qorumaq üçün gənclərimiz igidliklə Vətənin keşiyində dayanır, lazım gəldikdə canlarını fəda etməkdən çəkinməyirlər. Vətən üçün isə can qurban etməyə də dəyər.

VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR Bu gün haqqında danışacağımız Qazi - “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi” nin üzvü, I qrup Qarabağ Müharibəsi əlili Vəli Əli oğlu Orucov, elə igidlərimizdəndir ki, könüllü olaraq döyüşməyə getmiş və canından əziz bildiyi Vətəni üçün öz sağlamlığından keçmişdi.
(Bir haşiyə çıxım. Mən yayda Təhsil Nazirliyinin xətti ilə Nabranda “Təhsil” ailəvi istirahət mərkəzində dincəlirdim. Burada sadə, sakit təbiətli bir ailə diqqətimi cəlb etdi. Ata, ana, oğul, gəlin və kiçik bir qızdan ibarət bu ailə ilə tanış oldum. Ailə başçısının əllərinin niyə kəsildiyini öyrəndikdə isə çox kövrəldim, onun həyat tarixçəsini dinlədim və Qazimiz haqqında yazmağı qərara aldım).
Vəli Əli oğlu Orucov kimdir?
1967-ci ildə Sabirabadın Qarağac kəndində sadə bir ailədə dünyaya göz açan Vəli, bəlkə də bir vaxtlar ürəyində bəslədiyi arzularını həyata keçirmək üçün xəyallar qururdu. Bəlkə də o filmlərdən izlədiyi müharibə səhnələrinə baxanda heç ağlına da gəlməzdi ki, nə vaxtsa Vətənin üstünü qara buludlar alacaq, çörək verib, qucaq açdığımız mənfur qonşularımız yenə də torpaq iddiaları ilə elan olunmamış müharibəyə başlayacaq, torpaqlarımızın 20%-dən artıq hissəsini işğal edəcək və o da bu dar gündə Vətəninin müdafiəsinə qalxacaqdır.
Uşaqlıqdan hərbi peşəyə marağı olan Vəlinin ən böyük arzusu da hərbi təyyarəçi olmaq idi. Elə bu həvəslə də o, hərbin sirlərinə yiyələnmək, məqsədinə nail olmaq üçün Vətəndən uzaqlara yollanır.
VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR Vəli Orucov - 1974-cü ildə Qarağacda məktəbə getmiş və 1984-cü ildə tam orta məktəbi bitirmişdi. O, uşaqlıq arzusunu həyata keçirmək istəyilə, 1985-ci ildə Rusiyanın (keçmiş SSRİ) Tümen şəhərinə gəlir və Tümen Ali Hərbi məktəbinə daxil olur. Vəli oxuduğu müddətdə yaxşı tələbələrdən olmağa, daim Azərbaycanın adını yüksək tutmağa çalışırdı. Belə ki, 1989-cu ildə Ali hərbi məktəbi bitirən Vəlini, təyinatla Voloqda vilayətində yerləşən başqa bir hərbi hissəyə göndərirlər. Hərbi xidmətinə təhsili ilə başlayan və xidmətini davam etdirmək üçün bura göndərilən Orucov Vəli, tapşırılan hər işi layiqincə yerinə yetirir.
Azərbaycandan uzun müddət ayrı qalan Vəli, nəhayət ki, 1992-ci ilin avqust ayında Vətənə gəlmək üçün məzuniyyət ala bilir. O, sevinə-sevinə doğma Azərbaycana gəlməyə tələsirdi. Vəli Vətənində müharibə getdiyini də bilirdi. Bəlkə də bu məzuniyyət onun Vətənə gəlməsi üçün bir bəhanə idi. Bəlkə də o qərib diyarda heç kəsə deyə bilmədiyi arzusunu gerçəkləşdirmək məqsədilə, Vətənin müdafiəsinə görə məzuniyyət götürmüşdü.
Bütün varlığı ilə Vətənə, torpağa bağlı olan Vəli, nəhayət ki, doğma Vətənə gəlib çıxır. O, müharibədə könüllü olaraq iştirak etmək üçün bir daha Rusiyaya qayıtmamağı qərara alır və Müdafiə Nazirliyinə gedərək Qarabağa, özü də ön cəbhəyə göndərilməsini xahiş edir. Xahişi nəzərə alınan Vəlinin yolu, 1992-1994-cü illərdə Ağdam, Beyləqan və Gədəbəydən keçir. Bu döyüş yerləri Vəlinin fiziki sağlamlığını əlindən alsa da o, Vətən yolunda yaralanmasından fəxrlə danışır.
(Burada da bir haşiyə çıxaq)
Vəli, sadə bir ailədə anadan olmuşdu. Atası Əli kişi adi bir sürücü idi. Ailədə beş qardaş bir bacı olsalar da, Vəli qardaşların ən böyüyü idi. Onun özündən başqa iki qardaşı da döyüş bölgələrində hərbi xidmət etmişdilər. Lakin tale əlilliyi, torpaq uğrunda fiziki sağlamlığını itirməyi Vəlinin qismətinə yazmışdı. O, şəhid də ola bilərdi. Deməli, hər şey qismətdən asılı imiş.
Bu sadə ailənin övladlarına aşıladığı Vətən sevgisi, yurd məhəbbəti olmasaydı, bəlkə də Vəli, Vətəndən uzaqda olduğunu bəhanə edər və Rusiyadan Vətənə dönməyə də bilərdi. Onun Azərbaycanın ağır günündə Vətəninin harayına gəlməsi valideynlərindən aldığı düzgün tərbiyənin nəticəsi idi.
Atalarını itirdikdən sonra ailənin onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdı. 1992-1994-cü illərin çətinliyi onların ailəsindən yan keçmədi. Dolanmaq üçün mücadilə edirdilər. Yeganə gəlir yeri Vəlinin əlillik üçün aldığı pensiya idi. Vəlidən kiçik olan iki qardaşı işsiz idi, o birilər isə hələ məktəbli idilər. Anası isə pensiya yaşında olmadığından dövlətdən heç bir yardım ala bilmirdilər. Vəlinin aldığı pensiya ilə ailəni zorla dolandırmaq mümkün idi.

VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR Vəlinin ömür-gün yoldaşı Yaqut xanımın:
“Çox çətin dövr idi. İmkanımız həddsiz dərəcədə məhdud idi.Vəlinin aldığı əlillik pensiyasının məbləği o qədər də yüksək deyildi. Müharibə şəraitində, böyük bir ailəni cüzi pensiya ilə dolandırmağın elə də asan olmadığı məlumdur. Pulun yarıdan çoxu iki kisə unun alınmasına gedirdi, yerdə qalan az pul ilə dolanmaq məcburiyyətində idik” deməsi, həqiqətən də vəziyyətin ağırlığını insanın gözü önündə canlandırırdı.
Bir tərəfdən Vəlinin sağlamlığının məhdudluğu, iki əlinin biləkdən olmaması, buna görə də özünü çətinliklə idarə edə bilməsi, bir tərəfdən də əlil bir insan üçün evdə lazım olan adi yaşayış şəraitinin yoxluğu, onların ağır vəziyyətlərini bir az da çətinləşdirmişdi. Həm də Vəli müharibədə aldığı xəsarətdən bir müddət yaddaşını da itirmişdi. Bütün bunlar ailədə istər onun üçün, istərsə də digər ailə üzvləri üçün müəyyən çətinlikləri yaradırdı. Uşaqların məktəbinin uzaq olması, onları məktəbə aparıb-gətirmək məsələsi, anasının xəstəliyinə görə onlara nəinki maddi, heç mənəvi kömək də edə bilməməsi bu ailəni çox çətinliklərlə üz-üzə qoymuşdu. Vəziyyətdən çıxış yolunu isə qohumların məsləhəti ilə nisbətən şəraiti olan evə köçməkdə gördülər.
Vəli ailəsini götürərək Şirvan şəhərinə köçməli olur. Dörd il kirayədə yaşadıqdan sonra, o vaxt ki, icra başçısı Sədaqət xanım Qəhrəmanova Vəlini şəraitli mənzillə təmin edir. Atalar demiş: “Pis günün ömrü az olar”. Tədricən vəziyyətləri yaxşılığa gedən bu ailə, hər zaman ümidlə yaşayıbdır. Vəli ölkədə olan vəziyyəti bildiyi üçün, səbrli olmağa üstünlük verirdi. O, dövlətin diqqət və qayğısından hər zaman razı qaldığını, əlillər üçün olan bütün imtiyazlarından istifadə etdiyini də söylədi və cənab Prezidentin diqqət və qayğısının daha bir nümunəsi olaraq onlar üçün ayrılmış “OKA” markalı maşınla təmin olunduğunu da qeyd etdi.

VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR Vəli Orucovun başına gələn bu hadisənin necə baş verdiyinə nəzər salaq.
Hərbi hissədə komandir olan Vəli, 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsindən zabit yoldaşları və əsgərlərlə birlikdə döyüş yerinə gəlir. Xidməti vəzifəsini yerinə yetirərkən qəflətən mina partlayışı baş verir. Ağır bədən xəsarəti alan Vəli huşunu itirir və gözünü bir də hərbi qospitalda açır. Hələ də gördüklərini dərk edə bilmir. Bir qədər sonra gözlərini işığa öyrətməyə çalışan Qazimiz hər iki əlinin biləkdən yuxarı kəsildiyini(ambutasiya) və gözlərinin də zədələndiyini anlayır. Amma o, döyüş zamanı nələr baş verdiyini xatırlamırdı, çünki yuxarıda qeyd etdiyimiz kimi aldığı xəsarətdən yaddaşını itirmişdi. Sonradan, palatada onunla birlikdə yatan yaralı döyüş dostlarından başına gələnləri eşidir. Vəliyə aydın olur ki, yaralandığı anda ona əsgərlər, döyüş yoldaşları və hərbi hissənin həkimi ilk yardımlarını göstərmişlər. Üç ay hərbi qopitalda müalicə alır. Sağ gözünü tamam itirən Vəli, uzunmüddətli müalicədən sonra sol gözünün yavaş-yavaş gördüyü söyləyir. Bununla belə, Vəli başına gələn bu ağır faciənin heç də peşmançılığını çəkmir. Hətta söhbət əsnasında o, “Əllərim belə olmasaydı, lap bir gözümlə yenə də cəbhəyə gedərdim” deyir. Budur, Azərbaycan Qazisinin Vətən sevgisi, yurd məhəbbəti. Biz, belə igidlərimizlə fəxr etməyə bilmərik.
Vəlinin mətinliyi, Vətənə sonsuz bağlılığı və bir qədər də ağır təbiəti onu tanıyanlarına sevdirmişdi. O, hərbi qospitalda müalicə aldıqdan sonra I qrup Qarabağ əlili kimi ordudan tərxis olunur.
1995-ci ildə öz xalası qızı Yaqut xanımla ailə quran Qazimizin iki oğlu, bir qızı vardır. Oğlanlarının hər ikisi atalarının keçdiyi hərbi yolu davam etdirərək, xidmətlərini başa vurmuş və hal-hazırda ikisi də hərbi sahədə çalışırlar. Yaqut xanım isə müəllimlik peşəsini davam etdirir. Ailənin böyük oğlu ali, kiçik oğlu orta təhsillidir, qızı isə hələ məktəblidir. Bu evdə sanki, hərbi sahəyə məhəbbət, hərbidə çalışmaq bir ənənəyə çevrilmişdir. Bəzən deyirlər ki, qəhrəmanlıq irsən keçəndir. Bu nə dərəcədə həqiqətdir deyə bilmərik, lakin onu qeyd edə bilərik ki, Vətənə məhəbbət ailədən başlayır, candan gəlir. Əgər belə olmasaydı, 25 yaşlı Vəlini Vətən məhəbbəti çəkib Azərbaycana gətirməzdi.
Vəli bəzi döyüş dostlarını: Mübariz Məmmədovu, Elxanı, Əlini, Vahidi və başqalarını tez-tez xatırlayır. Nemət Hacıqabulda yaşadığından onunla arada əlaqə saxlaya bilir. Son vaxtlar isə cəbhə dostlarından onu axtaranlar olur. Gədəbəydən cəbhə dostu Elxan, Vəlini axtarıb tapmış və onu ailəsi ilə birlikdə Gədəbəyə, evlərinə dəvət etmişdir.
Vətən fədaisi Vəlinin yanında hal-hazırda onun bütün ağırlığını öz zərif çiyinlərində çəkən, həyatla mücadilə edən, əsl Azərbaycan xanımlarına xas fədakarlıq göstərən həyat yoldaşı Yaqut xanım vardır. Müəllimə peşəsində çalışan bu xanımın zəhməti çox dəyərlidir. Çünki, Vəli özü yaxşı bilir ki, Yaqut xanım ona təkcə uşaqlarının anası deyil, eyni zamanda sözün əsl mənasında həm ömürgün yoldaşı, həm sirdaşı, həm həyat dostudur, həm də onun bütün ağrı-acısına şərik olan insandır. Bu isə onları bir birinə bağlayan böyük bir sevginin olması və bu sevgi yolunda edilən fədakarlıqdır. Əhsən belə xanıma, belə Azərbaycan qadınına.

Vəli o xoşbəxt Qazilərimizdəndir ki, əlillik onu sındırmadı. O, həyata olan ümidini itirmədi. Çətinliklə də olsa həyatını üç gözəl övladı üçün yaşamağa həsr etdi. Biz isə igid Qazimizə yalnız və yalnız cansağlığı arzu edirik. Gün gəlsin ki, Qarabağ azad olunsun və Qarabağ uğrunda əlil olan Vəli istər ailəsi ilə, istərsə də döyüş dostları ilə Qarabağa səfər etsin. Bu sözsüz ki, bütün azərbaycanlılar kimi sağlamlığını Vətən yolunda itirən Vəlinin də həsrətlə gözlədiyi arzusudur.
Pərixanım Mikayılqızı,
Şair-publisist, AJB-nin üzvü,
F.b.Köçərlinin araşdırmaçısı


ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

ŞƏHİDLƏRİMİZ, "Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Darvazlı VƏLİ ABBASOV vəfat edib

Darvazlı VƏLİ ABBASOV vəfat edib

Darvaz, Nekroloqlar
ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

Qarabağ, "Elm və Təhsil"
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV

NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
VƏLİ TOMAYEV (1923-1964)

VƏLİ TOMAYEV (1923-1964)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
BAYRAĞI DÜŞMƏNƏ VERMƏYƏN OĞUL

BAYRAĞI DÜŞMƏNƏ VERMƏYƏN OĞUL

UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Ruhun şad olsun, Zəhra xanım!

Ruhun şad olsun, Zəhra xanım!

Azərbaycan, Nekroloqlar
Şəhid İzzət Həmidovun YARIMÇIQ QALMIŞ ÖMÜRÜ

Şəhid İzzət Həmidovun YARIMÇIQ QALMIŞ ÖMÜRÜ

ŞƏHİDLƏRİMİZ, Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Bolus, Nekroloqlar
KAMAL QASIMOV - 110

KAMAL QASIMOV - 110

UNUTSAQ, UNUDULARIQ!....
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
Rəy yazın: