TƏBRİK EDİRİK, GİLƏ XANIM!.. Qarabağ, Poeziya, Müsabiqə, Təbriklər 3 марта 2016 Bu gün əməkdaşımız, istedadlı şairə Gilə Əliqızının ad günüdür. Onun 40 yaşı tamam olur. Təbrik edirik!..Gilə Əliqızı 1976-cı il martın 3-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Hələ kiçik yaşlarından şer yazmağa başlayıb, istedadı ilə yaşıdlarından seçilib. Şeirləri ilk dəfə "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində işıqüzü görüb.Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə çap olunub. 1991-ci ildə - 25 yaşında - «Sevgi nəğmələri» adlı ilk şeirlər kitabı işıqüzü görüb. 2001-ci ildə «Bir payız günündə…» adlı ikinci, 2004-cü ildə «Yollarıma yağan yağış» adlı üçüncü şeirlər və hekayələr kitabı «Borçalı» nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Müəllifin oxucularla dördüncü görüşü olan «Xatırla məni» adlı kitabı isə 2008-ci ildə işıq üzü görüb. Şeirləri geniş oxucu kütləsi tərəfindən böyük maraqla və xüsusi rəğbətlə qarşılanan Gilə Əliqızı 2005-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi və «Şərqin səsi» qəzetinin birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən «ABDULLA ŞAİQ» mükafatı ilə təltif olunub, bir az sonra isə «Qızıl Qələm» Media mükafatı laureatı adına layiq görülüb. 2014-cü ildə "Laçın yurdu" jurnalı özünün - №1 (12) - sayında əməkdaşımız Gilə Əliqızını oxuculara təqdim edib. Jurnalın həmin sayında Gilə Əliqızının bir neçə şeiri də dərc olunub.Biz də əməkdaşımız Gilə Əliqızını bütün bu uğurlara görə sevinir və fürsətdən istifadə edərək onu Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda sevimli şairəmizin bir neçə şeirini oxucularımıza ərmağan edirik. Ümid edirik ki, şairənin bu şeirləri də əvvəlki şeirləri kimi geniş oxucu kütləsi tərəfindən bəyəniləcəkdir. Müşfiq BORÇALI,ZiM.AzSƏNƏ GƏLƏRƏMTutsa yollarımı keçilməz dağlar,Taparam bir cığır sənə gələrəm.Çıxsa yollarıma dənizlər çaylar,Quş olub uçaram, sənə gələrəm.Saxlamaz yolumu nə boran, nə qar,-Görünməz gözümə şaxta var, buz var.Könül istəyəndə dağlar düz olar,Tufanda da, qarda da sənə gələrəm.Qorxutmaz gözünü sınaq sevgimin,Nə günah, nə cəza, yasaq sevgimin.Olsada yolları uzaq sevgimin,Bir ömür araram sənə gələrəm.Olsan da dünyanın o başında sən,Gəl desən yanına gələcəyəm mən.Bir gün ayrı düşsə əlim -əlindən,Tapar ünvanını sənə gələrəm.Nə soyuq, nə yağış qorxutmaz məni,Keçərəm keçilməz dumanı-çəni.Bütün varlığımla sevdimsə səni,Son nəfəsim olsa yenə gələrəm.BİLMİRƏMQırsan da qəlbimi, üzsən də məni,Bəs niyə inciyə bilmirəm səndən.Qırıb qürurumu, gəzirəm səni,Mən niyə inciyə bilmirəm səndən.Zülmətə boyanır dünya gözümdə,Tək-tənha qalıram hər kəs içində.Özümdən-küsürəm səndən küsəndə,Mən niyə inciyə bilmirəm səndən.Sənsiz lal oluram, susub qalıram,Həsrətdən acıdan buz tək donuram.Səndən küsən andan bağışlayıram,Mən niyə inciyə bilmirəm səndən.MƏNƏ İCAZƏ VERMənə icazə ver qoy gec olmadan,Çəkib gözlərindən gözümü gedim.Bu sevgi yandırıb-yaxmadan bizi,Söndürüb odumu, közümü gedim.Günahkar nə sənsən, nə də ki, mənəm,Ömrünü bürüyən dumanam, çənəm.Qalmasın qoy sən də izim-nişanəm,Silib izlərindən izimi gedim.Gəl məni öyrətmə özünə belə,Bağlanma bu qədər dərindən mənə.İzn ver könlümü verməmiş sənə,Susdurub özümü, sözümü gedim.ÜÇ GÜNDÜRÜç gündür gözlərin gözümə dəymir,Üç günüm uzanıb ilə dönübdür.Sənin yoxluğundan alışan könlüm,Yanıb həsrətindən külə dönübdür.Könlümə min ağrı, acılar dolub,Sevinc küsüb məndən, kədər dost olub.Ömrümün baharı sənsiz qış olub,Borana, tufana, selə dönübdür.Ay mənsiz dolanıb mənsiz gəzənim,Yaman ağır olub sənsiz günlərim.Soyub buza dönüb odlu ürəyim,Ayazda açılan gülə dönübdür.BU SEVGİ MƏNİMƏn ağır günahım, ən ağır səhfim,Ən ağır cəzamdır, bu sevgi mənim.Gözüm gözlərindən asılı qalıb,Suyumdur, havamdır bu sevgi mənim.Həm mənə sevincdi, həm də qəhərdi,Gah baldan şirindi, gah da zəhərdi.Ömrü bu dünyanın, ömrü qədərdi,Varım, varlığımdır, bu sevgi mənim.Verdiyi əzablar şirindir mənə,Bir ömür gətirir ömür, üstünə.Ağlımda, könlümdə düşməndir yenə,Diləyim, duamdır bu sevgi mənim.LAÇIN Könlümün yarısı səndə qalıbdır,Əllərim uzanıb yoluna Laçın.Girib aramıza neçə dağ-dərə,Qayıda bilmirəm yanına Laçın.Qaldım uzağında illərdi sənin,Tutdu gözlərimi dumanın, çənin.Zalıma yurd oldu hər qarış yerin,Mənsə həsrət qaldım qoynuna Laçın.Sən bizə, biz sənə intizar qaldıq,Laçın deyə-deyə ömür yaşadıq.Düşmür torpağına izimiz artıq,Sığınıb qalmışıq adına Laçın.***Atam Əli Pənahoğlunun əziz xatirəsinə...Gör neçə ildir ki, sənsiz qalmışam,İllərə öyrəşə bilmirəm, Ata.Saxta danışıram, saxta gülürəm,Ürəkdən sevinib gülmürəm, Ata.Açılan səhərə, düşən gecəyə,Ümid bağlamıram daha heç nəyə,Yadına salmayım Anamın deyə,Səndən danışmıram, dinmirəm, Ata.Daha yuxularda görürəm səni,Gedib əlimizdən üzdün əlini.Bir imkan tapmıram bağışla məni,Nə vaxtdır yanına gəlmirəm, Ata...* * *Bu dünyanın ədaləti yox imiş,Haqqı nahaqqına qul imiş demə.Zülmü zalımlığı çoxdan çox imiş,Odu, ocağıda kül imiş demə.Bu dünyanın mərhəməti yox imiş,Ağlayanın göz yaşını silməzmiş.Ayrılığı ömürlükmüş, ömürlük,Gedəni bir daha geri gəlməzmiş...Bu dünyanın məhəbbəti yox imiş,Saxtaymış, yalanmış sevgiləri də,Nə etibar, nə sədaqət var imiş,Tutulmazmış verildiyi sözlər də.Bu dünyanın cəsarəti yox imiş,İnsanları necə aciz, yazıqmış.Çarəsiz sevgilər, əlçatmaz kəslər,Sən demə göylər tək bizdən uzaqmış..* * *Razıyam hər dərdə, hər bir əzaba,Təki ömür boyu sən ol yanımda.Dözərəm yolunda hər bir cəfaya,Təki ömür boyu sən ol yanımda.İnan bu müqəddəs, bu saf arzuya,Razıyam Tanrının verdiyi paya.Bir tikə çörəyə, bir udum suya,Təki ömür boyu sən ol yanımda.Səadət sanaram mənə baxmanı,Yandırıb könlümü oda yaxmanı,Bir saray bilirəm uçuq daxmanı,Təki ömür boyu sən ol yanımda.Düşərəm borana, düşərəm çənə,Verərəm ömrümü qurban ömrünə,Dözərəm taleyin hər bir zülmünə,Təki ömür boyu sən ol yanımda...Mənim balaca qızım, şirinim, doyulmazım!..Bu şeiri - ağıllı qızım - Bakının Binəqədi rayonundakı M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 42 nömrəli Laçın orta məktəbinin V sinif şagirdi GÜLƏR RZAzadƏyə ithaf edirəm.Bir az halım pis olsa, bir az başım ağrısa,Necə narahat olur - düşür ələ ayağa.Gah həkimlik eləyir, gah “qızdıman var”,-deyir,Sıgallayıb saçımı balaca əlləriylə,Gah da üzümdən öpür, necə qayğımı çəkir,Mənim balaca qızım, şirinim, doyulmazım.Sən nə zaman böyüdün, qucağıma aldığım,Elə bil dünen idi, sənin qayğılarınla Yaşadıgım o günlər - ən gözəl günlər idi...Sən hamıdan gec yatıb, hamıdan tez durardın,Sən elə şirin idin, yuxusuz gecələri,Bircə gülüşün ilə bizə unutdurardın...Ayaq açdın, yeridin, atdın ilk addımını,Yıxıla dura-dura, bizə verdin dunyanı...Qabağına nə keçsə dağıdardın, tökərdin,Bir yerini əzərdin, “sən nə etdin?”-deyəndə,Dodağını büzərdin, bizə həyat vərərdin,Elə şıltaq dəcəldin, elə şirin gözəldin....İndi qayğıma qalır, sən halıma yanırsan,Sag ol, mənim mələyim, bu gözəl xoş duyğunu Sən mənə yaşadırsan... Əllərindən öpürəm,Aglayıram sevincdən, sənsə qaş qabaq töküb:“Məni çox istəmirsən...” yanındayam yenə dəAğlayırsan deyirsən... inşallah böyüyərsən,Sən də ana olarsan... məni başa düşərsən,Niyə ağladıgımı - bax o zaman bilərsən...."Şərqin səsi", Sentyabr, 2014 Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.