XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

XOCALI: Vətən ağrısı, torpaq yanğısı... Düz bir neçə il öncə neçə əsrin dizlərini yerə vurmuş Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan,açıq səma altında tarixmizin muzeyi sayılan,Orxan-Yenisey abidələrini kurqanlarda yaşadan Xocalı erməni və rus hərbi birləşmələri tərəfindən yerlə-yeskan edildi.Həmin gün türk qanına susayan ermənilər tarixdə bərabəri olmayan vəhşiliklər törədərək kütləvi insan qırğını törətdilər.

Günahsız əliyalın insanları vəhşiliklə qətlə yetirdikdən sonra bu quduzlaşmış erməni cəlladları şəhəri oda qaladılar.Həmin gün iyirmincı yüzilliyin daha bir türk genosidi həyata keçırildi. Minlərlə soydaşlarmızın evi-eşiyi talan qarət edildi,neçə-neçə körpə atasız ,anasız,neçə gəlin ərsiz,neçə ata,ana oğulsuz,qızsız qaldı.Yüzlərlə Azərbaycanlı türkü dişinə-dırnağına qədər silahlanmış erməni-rus quldurlarının vəhşiliyinin qurbanı oldu həmin gün.

Xocalını erməni-rus sui-qəsdindən qoruya bilmədik... Bir neçə ilə yaxın müddət ərzində Xocakəndi ilə Əsgəran ermənləri arasında keçilməz maneəyə çevrilmiş Xocalı bircə gecənin qurbanı olmuşdur.Bir ilə yaxın mühasirə şəraitində yaşayan və ümidi yalnız hava yoluna qalan ,əksər hallarda bu yeganə yoldanda məhrum olan olan xocalılar düşmənlə təkbətək qalmışdı.o gecə.

O gecə nə körpələrə,nə də qadınlara,nə qocalara,nə uşaqlara-heç kəsə aman verilmədi.O qarlı-ayazlı gecədə daşlı- kəsəkli,qarlı buzlu meşələrə səpələnərək quruca canı götürüb,böyük Vətənə -Ağdama tərəf qaçaraq xilas tapmışlardan savayı hamı düşmən əlinə keçən hər bir xocalı xüsusi qəddarlığa qətlə yetrildi,əsir götrülərək olmazın əzablara mə‘ruz qaldı.Ölümün əlindən baş götürüb , qacanlar dağlarda ,meşələrdə harda ələ kecdilərsə,elə orda öldürülür və ya əsir götrülürdü.Əsir düşmək isə ölümdən də betər idi.Düşmən elinə düşmüş əsirlərdə divan tutulur, vəhşicəsinə öldürürdülər.Cəsədlərin başına min bir oyun açılırdı.Cəngəllik qanunları əsasında törədilən bu faciəqədim,zəngin tarixə,yüksək mədəniyyətə malik olan epvilizasiyalı bir xalqın həyatında ağlın şürun dərk edə bilmədiyi elə bir fəlakətə çevrildiki,onu nə su,nə də onilliklərlə axıdılacaq qan yuya bilər.Kəsilmış körpə başlarını,dərisi soyulmuşinsan cəsədlərini süngülənmiş hamılə qadınları,namusu ləkələnmiş q1ızları, gəlinləri,birçəyi qana boyanmış qocaları görəndən sonra yəqin edirsən ki,adamlar arasında vəhşi heyvanlardan dəhşətli yırtıcılar var imiş.Bəli,bu, belədir.O vəhşi yırtıcılar ermənılərdir...
O müdhiş gecə Azərbaycan tarixinə yazılmış qara ləkə ,ürəyimızə,canımıza qədər işləyən sagalmaz yara vuruldu.Bu yaranı sağaltmaq üçün yalnız qisas gərəkdir.Xocalı simasında dolaşan iki yüzdən cox şəhid ruhları bunu bizdən tələb edir.
Ermənilər bax beləcə Qarabağı kənd-kənd,şəhər-şəhər talan edir,millətimizi qırır,gözləri ilə odlar alovlar görmüş türk qadınlarının harayı,naləsi göyə qalxırdı.Hətta o gecə rəsmi mənbələr xocalıda cəmi iki adamın öldürüldüyünü bildirirdilər.Ermənı güləsindən,erməni vəhşiliyindən min bir əzabla canını qutaranlara o müdhiş gecənin canlı şahidlərinə isə bir şey aydın idi.
Həqiqət faciənin səhərsi gün bütün Azərbaycanı bürüdü Erməni vəhşiliyinin canlı şahidləri indi çox şey söyləyirdi.Onlar- şahidlər deyirdilər:
Xatirə Orucova (8 yaş):
-Naxçıvanikdə birinci anamı vurdular,sonra isə xalam Sevili.Atamı meşədə itirdik.Məni vuranda anam artıq yaralı idi,ona görə də qaça bilmədik.Birdə onda ayıldım ki, bir milisoner əmi məni qucağında aparır.Özümə Ağdam xəstəxanasında gəldim
Xumar Səlimova (19 yaşında):
- Biz kətiyə tərəf qaçırdıq Yolda onlarla adam güllə yarası aldığından yıxılıb,qalırdı,heç kəsə kömək etmək mümkün deyidi.Birdən yanımızda “Alazan” partladı,adamların əksəriyyəti öldü,mən yaralandım.Birtəhər sürünüb ,özmüzünkülərin yanına çatdım.Ermənilər yaralıların hamsını güllələyib öldürdülər.
Belə epizodlardan çox yazmaq olur,ancaq elə ikisidə bəs edir ki,düşmənin nə qədər qəddar,quduz ,vəhşı olduğu anlaşılsın .
Həmin gecə 613 nəfərdən artıq soydaşımız qətlə yetrilmişdir. Onlardan 106 nəfəri qadın,59 nəfəri uşaqlar,70 nəfəri qocalar idi.Həmin gecə 6 ailə bütünlüklə məhv edildi,25 uşaq hıər iki valideyini,230 uşaq isə bir valideyini itirərək yetim qaldı.Faciə nəticəsində 487 nəfər müxtəlif dərəcələrdə əlil olmuş,150 nəfər itkin düşmüş, 1275 nəfər əsir götrülərək işgəncələrə məruz qalmışdır.

XOCALI: Vətən ağrısı, torpaq yanğısı... Həmin gecə nə körpələrə, nə qadınlara,nə uşaqlara nə qocalara aman vermədi.Xocalı adlı bir el xəritədən silindi

O qanlı gecənin qurbanları olan,cəsədlərini tapdığımız və tapa bilmədiyimiz Həcər qeyrətli ,Nigar namuslu qızların ,gəlinlərin,Vətən qeyrətli igid oğulların,ixtiyar qocaların,mə‘sum körpələrin ruhları hələ də xarabazarlıga çevrilmış Qarabağ torpaqlarında dolaşmaqdadır.Və o ruhlar bizdən qana canla cavab verməyi tələb edirlər. Söz yox ki, həmin qisas günü gələcək.

Ancaq əfsuslar olsun ki,hələdə faciənin günahkarları cəzasız qalaraq Qarabağda meydan salmaqda davam edirlər... Bu gun ruhlar bizi qisasa səsləyir,bu gün ruhlar qisas istəyir!..

Renar Pərviz oğlu Eminov



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xocalı soyqırımı - əsrin faciəsidir

Xocalı soyqırımı - əsrin faciəsidir

Tarix, Köşə yazılar
Qan yaddaşımız Xocalı

Qan yaddaşımız Xocalı

BDU, Köşə yazılar
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar topla ...

Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar topla ...

Qarabağ, Kolleclər, AzTU, Ağbulaq
AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

Azərbaycan və Türkiyə universitetlərinin Xocalı soyqırımına həsr olunan ort ...

AzTU, Turan
ƏSRİN  FACİƏSİ   (Xocalı soyqrımı)

ƏSRİN FACİƏSİ (Xocalı soyqrımı)

Qarabağ
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU
AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-nun MƏZUNLARI, AzTU
Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

BMU
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
İlham Əliyev Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçiril ...

İlham Əliyev Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçiril ...

Əsas xəbər
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Xocalı soyqırımı bədii ədəbiyyatımızda"

Humanitar elmlər, Elmi Məqalələr
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Qarabağ
Rəy yazın: