18 MƏŞHURUN DİLİNDƏN “MƏN AZƏRBAYCANAM” HAYQIRTISI – VİDEO - FOTOSESSİYA Qarabağ, Mədəniyyət, Şou 29 апреля 2016 "Hər bir müraciət ingilis dilində tərcümə edilib". Bu gün - aprelin 29-da paytaxtın "Flame Towers" - "Park Cinema"da "Mən Azərbaycanam!" adlı sosial layihənin təqdimatı keçirilib. Aparıcı Zemfira Adıgözəlova, rejissor Nail Naiboğlu və ssenarist Elnurə Nağıyevanın birgə ərsəyə gətirdiyi ekran işinin ilk nümayişində Azərbaycanın tanınmış ziyalıları, sənətçilər və jurnalistlər iştirak ediblər. Qonaqları salamlayan aparıcı Zemfira Adıgözəlova layihənin yaranma tarixindən danışıb: "Aprelin ilk günü Naftalanda idim. Tapqaraqoyunlu kəndi bu rayona çox yaxın məsafədə yerləşdiyindən, atəş səslərindən az qala qulaqlarımız tutulurdu. Cəbhə bölgəsindən qayıdandan sonra, yaşadıqlarımın təsiri altından çıxa bilmirdim. Yaradıcı insanlar çox həssas olurlar. 3-4 gün özümdə olmadım, yemək yeyə bilmədim . Biz Bakıda rahat yaşayarkən, təmas xəttinə yaxın kəndlərdə olan həmyerlilərimiz hər an qorxu altındadırlar. Dəhşətli səhnələrin, güllərin səsinin şahidi olduğum an rejissor Nailə yazdım ki, biz bu fəryadı dünyaya yaymaq üçün hansısa layihə etməliyik. Bu hücumların qarşısını almaq və torpaqlarımızı geri qaytarmaq üçün dünayaya çağırış ərsəyə gətirdik". Qarabağ dərdindən bəhs olunan layihənin çəkilişləri Atəşgah məbədində baş tutub. Sosial çarx Azərbaycanın dilindən dünyaya edilən çağırışdır. Və hər bir müraciətin tərcüməsi ingilis dilində cümlələrdə tərcümə olunub. "Mən Azərbaycanam" adlı layihədə Qarabağdan bəhs edən şüarları hər bir tanınmış şəxs öz hayqırtısı ilə səsləndirib. Xalq artistiləri - Alim Qasımov, Məleykə Əsədova, Təranə Muradova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, əməkdar artistlər- Aybəniz Haşımova, İlqar Muradov, Lalə Məmmədova, Ədalət Şükürov, tanınmış müğənnilər - Natavan Həbibi, Elnur Məmmədov, Roza Zərgərli, teleaparıcılar - Zemfira Adıgözəlova, Murad Arif, "Yurd" təşkilatının rəhbəri Mahirə Əsədova, rəqqasə Fatimə Fətəliyeva, Avropa Oyunlarının qalibləri - paralimpiyaçı İlham Zəkiyev, karate idman növü üzrə çempion Ayxan Mamayev, dünya çempionu Eduard Məmmədov kimi tanınmışlar bir olub "Mən Azərbaycanam!" dedilər. "Yurd" təşkilatının rəhbəri Mahirə Əsədova tərəfindən maliyyələşdirilən çarxın ideya müəllifi Zemfira Adığözəlova, ssenari müəllifi Elnurə Nağıyevadır. Layihənin rəhbərliyi və digər texniki tərəfini Nail Naiboğlu edib. "Yurd" təşkilatı tərəfindən maliyyələşdirilən çarxın Youtube linkini oxucularımız üçün yayımlayırıq:My Webpage. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.