Gürcü müəllimə imtahanı dayandıraraq «Qarabağ Azərbaycanındır» aksiyasına qoşuldu Qarabağ, Tiflis 23 апреля 2016 Bu gün Gürcüstanda Avropa Texniki Universitetinin Hüqüq və Beynəlxalq Əlaqələr fakültəsinin 2-ci kurs tələbəsi jurnalist Könül Quliyeva gürcü dili imtahanı zamanı müəllimədən 10 dəqiqəlik fasilə elan etməsini və «Demokratik Cəmiyyətin İnkişafına Yardım» İcimai Birliyinin başlatdığı «Qarabağ Azərbaycanındır» aksiyasına qoşulmağa dəvət edib. Gürcü müəllimə Elena Kavtuaşvili tələbəsinin sözünü yerə salmayaraq imtahanda iştirak edən tələbələrlə birlikdə aksiyamızın könüllülərinin sıralarına qoşulub. E.Kavtuaşvili aksiyamızın şüarını ingilis və gürcü dillərində lövhəyə yazaraq, Azərbaycan, Türk və Gürcü bayraqlarının da şəkillərini çəkib, aksiyamızı böyük maraqla qarşıladığını bildirib. Həmçinin universitetdə təhsil alan digər gürcü tələbələr də, könüllü olaraq aksiyamıza qatılıblar. Onu da qeyd edək ki, jurnalist Könül Quliyeva Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kompaniyası səhifəsinin layihə rəhbəri Nicat Müslümovun dəvəti ilə aksiyaya qoşulub və dəstək verib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.