Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblər Qarabağ, Tiflis 4 апреля 2016 Gürcüstanın müxtəlif universitetlərində təhsil alan bir qrup azərbaycanlı tələbə və gənc aprelin 4-də Tbilisidə Azərbaycan dövlətinə və xalqına dəstək aksiyası keçirib.Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında təşkil olunan tədbirdə əllərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Vətən torpağı bölünməzdir!”, “Şəhidlər ölməzdir!”, “Qarabağ Azərbaycanındır!”, “Biz birik!” və s. şüarlar səsləndiriblər.Gənclər Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən narahat olduqlarını bildirib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyiblər. Onlar cəbhədə baş verən hadisələrə və atəşkəsin pozulmasına görə Ermənistanın günahkar olduğunu bildiriblər. Gənclər harada yaşadıqlarından asılı olmayaraq bütün azərbaycanlıları Azərbaycan dövlətinin haqlı mövqeyini dəstəkləməyə çağırıblar.Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bu aksiyanın harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların ölkəmizin bütövlüyü naminə hər zaman bir olduqlarını göstərdiyini bildirib.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.