MƏTANƏT DUYĞULU (1971) Azərbaycan » Naxçıvan 26 сентября 2023 1618 Şair Publisist Mətanət Duyğulu (Süleymanova) 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Kərki kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yeddi kitab müəllifidir. Bir necə il "Yenilikpres" qəzetində şöbə müdiri işləyib. İşlədiyi müddətdə Vətənpərvər ruhda yazdığı şeir və məqalələrə əsasən, "Qızıl qələn" mükafatına layiq görülüb. Sonralar "Xarı bülbül" diplom və medalı, "Vətənpərvər şair" diplomu ilə də təltif olunub. Ailəlidir. Bir övladı var.Biz də Mətanət xanıma bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzBÜTÖVLƏŞSİN AZƏRBAYCANSiz ey mənim yurddaşlarım,O tay, bu tay qardaşlarım.Əsarətə çəkib tarım,Qalxın artıq yetib zaman,Bütövləşsin Azərbaycan.Səsimə səs verin eheyy,Tut əlimdən quzey, güney.Azadlıq minbərində hey,Oxunsun qoy hər gün azan,Bütövləşsin Azərbaycan.Fars nə bilir iman ya din,Şeytan kimdir, yada ki, cin.Ədalətə səcdə edin,Verməyin namərdə aman,Bütövləşsin Azərbaycan.Ta İslama çıxsın yiyə,Bərabərcə sünni- şiyə.Əbədi var olsun deyə,Tarixə dön, kökünü an,Bütövləşsin Azərbaycan.Yenidən qoy tarixə iz,Salsın bu gün Bakı, Təbriz.Şanlı, böyük qələbəmiz,Sübhü açıb, sökülsün dan,Bütövləşsin Azərbaycan.Aşıqlar götürüb sazı,Oxusunlar xan arazı.Hər bir şeir, hər bir yazı,Dilimizdə bitirsin can,Bütövləşsin Azərbaycan,Bütövləşsin Azərbaycan.TURAN BİRLİYİNİN HİMNİ TTariximiz, soy-kökümüz,Türkçülüyün aynasıdır.Turan adlı birliyimiz,Haqq-ədalət mayasıdır. UUnutqanlıq yasaq bizə, Unudular unudanlar.Uşaqlar da böyüklərtək,Ullululardan uludular. RRuhumuz da, cismimiz də,Rəhm, güzəşt, mərhəmətdir.Rahatdır həp vicdanımız,Rəhmət bizə əmanətdir. AAtəşlərin övladıyıq,Abadlıqdır məqsədimiz.Atamızdır, anamızdır,Azərbaycan, Türkiyəmiz. NNadanlara sinə dağı,Nankorlara göz dağıyıq.Nifrətinə nərə çəkən,Namuslu Türk övladıyıq. HaşiyəSiz ey haqqa boyun əyən,Haqq-ədalət carçıları.Qırıb namərd zəncirini,Vaxtdır, gəlin bizə sarı.20.09.2023ŞAM VƏ MƏNOturaraq, bir köşədə, bir axşam,Sorğuladım həyatımı birbə-bir.Pərvanəyə qucaq açıb yanan şam,Xatırlatdı yaxşı nədir, pis nədir.Elə bil ki, duyğularım qəlbini,Oyatmışdı, şölə saçan şamın da.Bir an belə, alovlanan dilini,Sanki o da saxlamırdı yanımda.Düşünürdüm, pərvanəsi olmuşam,Kimlərinsə dolanmışam başına.Çətin gündə təki-tənha qalmışam,Məlhəm olub qəlbimin göz yaşına.Qanadımı qıranlara pərvanə,Gözlərimi oyanlara şam oldum.Dərdlilərin dərdlərinə divanə,Olub, özüm, özüm üçün qəm oldum.Bu günədək acımasız dünyanın,Görmədiyim hansı üzü qaldı ki...Bu dünyaya ayaq açan insanın,Düşünürəm, neçə üzü vardı ki?..Əriyirdi alov saçan dilləri,Süzürdü şam, gözlərindən nəm kimi.Düşündükcə ötüb-keçən illəri.Alovlanıb yanırdım mən şam kimi.Bərabərcə dərdləşirdik o axşam,Pərvanələr endirirdi qanadı.Son nəfəsi, mənim üçün verən şam,Əhvalıma yana-yana ağladı.06.09.2023. XƏYALLARIM, XATİRƏLƏRİMGözlərim önündən, köhnə lent kimi,Keçdikcə ağ-qara xatirələrim.Sanki, varaq-varaq, səhifə-səhifə,Açılır saralmış könül dəftərim.Dağınıq xəyallar, sanki diksinib,Çırpınıb ürəktək çıxır yerindən.Ünvana yetməyən qərib arzular,Səs verir keçmişin dərinliyindən.Duyğular, mirvari damlalar kimi,Asılı qalırlar kipriklərimdə.O an, əllərimlə birgə titrəyir,Mürəkkəb göz yaşı tökən qələm də.Qəlbimdən süzülüb gələn kəlmələr,Zümzümə eyləyir dodaqlarımda.Gəncliyin uzalı qalan əlləri,Sığala dönüşür yanaqlarımda.Xəyallar boylanır yenə yollara,Dumanlar önündən çəkilir az-az.Durub uzaqlardan hey əl eyləyir,Sarışın, qıvırcıq körpə qızcığaz.Hərflər düzülüb, misralar qurur,Keçmişi hecaya bölmək istəyir.Saralıb soluxmuş xatirələrdən,Kədərli anları silmək istəyir.Bu günlə barışan xatirələrim,Günbə-gün arınır* dumandan, çəndən.Amma yaşanmamış ötən illərim,Hər zaman hesabat istəyir məndən.25.05.202351-ci QATAR, 32-ci VAQON, 5-ci PLATFORMAYenə ömür qatarım, səs salaraq dünyaya,On iki ay yol gedib, çatdı platformaya.Yaşatdağı günləri, həyat gətirib saya,Yaşanmamış günləri, çəkib saldı tarıma,Əlli birinci qatar, beşinci platforma.Geyindirib illərin, əyninə sevgidən don,Sədaqətdən danışdı, otuz ikinci vaqon.Dayanaraq üz-üzə, baxışıb əzəllə, son,Növbəti yolçuluğa, verdilər yeni forma,Əlli birinci qatar, beşinci platforma.Çıxdaş edib bir ömrün, astarını, düzünü,Utancından həyat da, gizlədi sərt üzünü.İstədi keçmişindən, silsin həsrət izini,Fit səsinə diksinib, çəkdi əlini amma,Əlli birinci qatar, beşinci platforma.Əlli ikinci qatar, yeni fit çala-çala,Yol alıb gələcəyə izini sala-sala,Əlvida deyib beşə, çıxdı altıncı yola.Sən ey ömür qatarım, bu yolda məni yorma,Əlli ikinci qatar,Altıncı platforma. 20.11.2022DANIŞAN QƏLƏMİMDünyaya etibar eyləmək olmaz,Oxundan çıxdısa, yellənəcəkdir.Bulud da tanımaz nədir payız, yaz,Gözünü sıxdısa sellənəcəkdir.Etsən də tərbiyə ala bayquşu,Yenə də ulamaq olacaq işi.Unutma, kim nəyə etsə vərdişi,Ömür səhifəsində bilinəcəkdir.Padişah, davranıb incədən-incə,Etsə dilənçini özünə zövcə.Fürsət düşən kimi bil ki, gizlicə,Künc-bucaq gəzərək dilənəcəkdir.İnsan hər canlını oxusun gərək,Eyləmək istəsə bu dünyanı dərk.Nə qədər tox olsa sülənti köpək,Yenə küçə-baca sülənəcəkdir.Şeytan da ibadət edir Allaha,Etdukcə günbə-gün batır günaha.Küldən od törəsə əgər, bir daha,İşarıb yerində küllənəcəkdir.Sevgidən qurulsa yuva, ev-eşik,Mələklər qoruyub çəkəcək keşik.Nə qədər sevimli olsa da pişik,Qısnasan üzünə dirənəcəkdir.Dövran gələcəkdir ulu kainat,Yaxşını-yamanı seçəcək heyhat.Nə qədər xərabə eyləsən abad,Əməl dəftərində güllənəcəkdir.Keçdiyin hər cığır, hər ömür yolu,Olsa da daş, qaya, qum, çınqıl dolu.Dünyanın işinə susma Duyğulu,Sən sussan, qələmin dillənəcəkdir.29.12.2022ÖMÜR DƏFTƏRİMAçılır bir anlıq, ömür dəftərim,Həsrətim qəlbimi cırmaqlayanda.Ürəyim ağlıma üsyan eyləyir,Ötən günlərimi varaqlayanda.Gəlir xatirələr, gəlir üstümə,Keçmişim kölgəsin sərir üstüməDəli küləklər də durur qəsdiməXəyallar telimi daraqlayanda.Ah çəkib buludlar tökür göz yaşı,Qəzəbdən ildırım vurur dağ-daşı.Arzular arayır könül sirdaşı,Qollarım qoynumu qucaqlayandaSolan ümidlərim sovrulur yelə,Didəmin çeşməsi qarıışır selə.Qəmli boylanıram, hər ötən ilə,Itmiş gəncliyimi soraqlayanda.Gör necə bizimlə oynayır zaman,Gah ümid bəxş edir, gah da ki, güman.Əl açıb göylərdən diləyir aman,Ruhum yer üzünü yumruqlayanda.Duyğulu, bu qədər düşünmə dərin!Dünya kimsələrə verməz sirlərin.Bilirsən nə zaman görünər yerin?Həyat doğruları sıralayanda. BUZ BAĞLAMIŞ XATİRƏLƏRPəncərə önündə dayanıb yenə,Baxıram çiskinli yağan yağışa.Süzülən damlalar gülümsəyərək,Göz vurur uzanan dilsiz baxışa.Səmadan süzülən yağışla birgə,Çilənir üstümə xatirələr də.Sarışın, mavi göz, qıvrım saçlı qız,Döyür pəncərəmi xatirələrdə.Şirin xəyallara küsən arzular,Tutur başımıza sanki çətrini.Elə bil bir anlıq təbiət verir,Qışın soyuğunda bahar ətrini.Asılır nigaran xəyallar kimi,Mirvari damlalar yanaqlarımdan,Şadraq, qayğısız, şən uşaqlar kimiQopur qəhqəhələr dodaqlarımdan.Bir anda qəflətən çaxan ildırım,Yeriyir üstünə xatirələrin.Məsum qızcığazı qoparıb məndən,Sakini eyləyir uca göylərin.Bu zaman üşüdür qəlbimi həsrət,Yaylığı sinəmə çəkib sıxıram.Əlləri əlimdən qopan qızcığaz,Yenə gəl, səninçün çox darıxıram.Siz ey topalaşan bəyaz buludlar,Qoy yağsın xəyallar yenə üstimə.Bəlkə buz bağlamış xatirələrim,Bir azca qızına gəlib istimə.03.01.2023 QƏLƏMİMDüz otuz ildi ki, mənlə bərabər,Yol gedib, zehnimə sızan qələmim.Düşəndə xəyallar perik, dərbədər,Axtarıb, yolunu azan qələmim.Sən oldun bu yolda dostum, sirdaşım,Gah oldun sevincim, gah da göz yaşım.Mənim məsləkdaşım, mənim sir daşım,Dilində dərdimi yazan qələmim.Büdrəyən günümdə olmusan əsa,Sanki qoymamısan bürünüm yasa.Uzanan çox dili eylədin qısa,Qopuzu əlində Ozan qələmim.Olub doğruların mənimtək, qulu,Qorxmadan gedirsən yenə haqq yolu.Görəndə tikanlar sarıb sağ-solu,Laləyə, nərgizə yozan qələmim.Çıxdaş eyləmisən əyrini -düzü,Tərsə yazmamısan gecə, gündüzü.Olsa da dünyanın, neçə min üzü,Gözləri tərəzi, mizan qələmim.Səninlə bağlıdır bu gün adım da,Mürəkkəb rəngidir ürək odum da.Vallah tək qiybətim, dedi-qodumda,Sən oldun, zehnimi qazan qələmim.Neçə ki, həyatda vardı Duyğulu,Gedəcək səninlə birgə haqq yolu.Sən də haqq qulusan, mən də haqq qulu,Ay ömrü mənimtək xəzan qələmim. OLA BILMƏZAşıqlar, gözələ nəğmələr qoşar,Amma hər gözəldə naz ola bilməz.Payızda, qışda da, sel- sular daşar,Çiçəklər açmamış yaz ola bilməz.Ağrıya-acıya ürək yanmasa,Haqqı, ədaləti ağıl qanmasa.Sözün çəkisindən qələm sınmasa,Yazdığı kəlmələr saz* ola bilməz.Şeir boğazdan yox, gəlməli candan,Kimdə nə yoxdusa danışar ondan.Qələm cızmaqara etdiyi andan,Çəkəcək rəsmini, az ola bilməz.Meylini saldısa çiçəyə-gülə,Kimsə əngəl olmaz şeyda bülbülə.Boşuna nəfəsi tükətmə külə,Çaxmaqsız, alovsuz köz ola bilməz.Dünya gəldi-gedər, ömürdü qısa,Hər anı yaşamaq şirindir osa.Yanaq qızarmasa, utanc olmasa,O şəxsdə həyalı üz ola bilməz.Hamı şairlikdən indi vurur dəm*,Baxmır nəyi düzdür, nəyi yazır kəm.Yapış qələmindən Duyğulu, mohkəm,Sözünün üstünə söz ola bilməz.29.05.2023. CƏNNƏTDƏ AD GÜNÜN OLSUN MÜBARƏK!Şəhid Əli Məmmədovundoğum gününəBu gün bir igidin doğum günüdür,Cənnətdə başına yığışıb hamı.Bəy kimi bəzənmiş məzarı üstə,Ay da gecələri yandırır şamı.Kainat gör necə dalğalandırır,Şərəflə üçrəngli, şanlı bayrağı.Bu qalib ölkədə, sanki səma da,Diz çökümb qürurla öpür torpağı. Dilsiz, lal qayalar dil açıb belə,Adını söyləyir laylalarında.Tarix də keçmişə boylanıb bu gün,Hər günü yaşadır xəyallarında.Şəhidlər əbədi yatan torpağa,Mələklər nur səpir qanadlarından.Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa,Güc alır, mərd, igid Əli adından.Bu gün Vətən səni təbrik eyləyir,İgidim, Şəhidim, balam deyərək.Öz Əli adıyla ucalan insan,Cənnətdə ad günün olsun mübarək.YAŞADACAQ HƏMİD ADINIŞəhid Leytenant Həmid Qasınovun nişanlısı Nuranə xanımın dilindən.Bilirəm, məndən çox uzaqlardasan,Bilirəm imkansız olub qovuşmaq.Hər gün soruşuram səndən hardasan,Çox ağır olsa da bunu soruşmaq.Elə zənn eyləmə yaşayıram mən,Bu yaşam deyil ki, nəfəs alıram.Hər anım, hər günüm asılıb səndən,Ötən günlərimin qulu oluram.Hər gecə yastığa baş qoyuram ki,Bəlkə yuxularda görərəm səni.Gecələr həmdəmim olubdu sanki,Çünki yuxularım ovudur məni.Uyuyub qəlbimin sən olan yeri,Bəlkə sənlə birgə oyanacaqdır.Götürüb sinəndən qərənfilləri,Ruhun qapımıza dayanacaqdır.O qədər yollara baxıb gözlərim,Həsrətdən yol çəkib, cığır salıbdır.Məzarın üstündə çöküb dizlərim,Sanki güc-qüvvəsi orda qalıbdır.Hələ də bəzənmiş qalan xonçalar,Mənimlə bərabər gözləyir yarın.Demə ki, əşyalar məgər danışar?,Onlar da nəql edir puç arzuların.Bu gün yanımda da olmasan belə,Xəyalım dolanan xəyalındadır.Nişan üzüyünü demirəm hələ,Bax o da çıxmayıb, barmağımdadır.Nə olar, qayıt gəl yenə ömrümə,Didərgin ruhumu götür gəl mənim.Sənsizlik ən ağır yükmüş sən demə,Gəl ki, azad olsun qoy çiyinlərim.Bir ömür, rüzgarlar əssə tərsinə,Söndürə biıməz ki, sevgi odunu.Neçə ki, döyünür bil ki, bu sinə,Orda yaşadacaq Həmid adını.BU GÜN GÜNƏŞ ƏRŞİ*-FƏRŞİN* KƏSİŞDİYİ YERDƏN DOĞURZəfər adlı günəş doğub, odlar yurdu ölkəsinə,Səribdir al şəfəqini kainataın sinəsinə.Ay-ulduzu həkk eləyib, gözlərinin giləsinə,Gah sevincdən, gah kədərdən, gah da dərdi-sərdən doğur.Bu gün günəş, ərşin, fərşin* kəsişdiyi yerdən doğur.Nəfəsiylə yarıb keçib, otuz illik əsarəti,Səpələdi yer üzünə, şücaəti, cəsarəti.Öz qanıyla tarix yazan şir ürəkli bu milləti,Əzizləyib, şölə saçır sanki ləl- gövhərdən doğur,Bu gün günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.Əks elədib səmalara azadlığın aynasını,Asta-asta pıçıldayır torpağa öz laylasını.Xətm eləyib şərqdə açıb, qərbdə batan dünyasını,Zülmətlərə nur çiləyib, sayrışan ülkərdən* doğur,Bu gün günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.Qucaq açıb haqq səsindən güc alan haqq-ədalətə,Alov qusur nadanların qurduqları əsarətə.Sığal çəkib bu torpağın uyutduğu məharətə,Dan yerini göydə söküb, amma özü yerdən doğur,Bu gün günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.Boyun əyir qarşısında, keçən hər ay, ötən hər il,İgidlərin cərgəsində yetişdirir yeni nəsil.Bax bu zəfər adlı günəş, təkcə yerdən, göydən deyil,Kipriyində od götürüb, ərlər doğan ərdən doğur,Həmin günəş, ərşin, fərşin kəsişdiyi yerdən doğur.*Ərş- göy üzü.Fərş-yerRƏSSAM, RƏSMİMİ ÇƏKÇək ay rəssam, rəsmimi çək,Elə çək ki, gözümdə yaş görünməsin.Cizgklərə incə yanaş,Çəkdiklərim çəkdiyində bilinməsin.Çək ay rəssam, rəsmimi çək,Yanında bir həsrət dolu sevgi də çək.Sədaqətdən bəhrələnib,Pöhrələnən, bacarsan bir ağac da ək.Çək ay rəssam, rəsmimi çək,Çəkməmişdən öncə eylə fırçana ərk.Boşa getmiş gəncliyini,Arayan bir qızcığazın rəsmini çək.Çək ay rəssam, rəsmimi çək,Elə çək ki, dərdlərim heç oyanmasın.Rənglərini doğru seç ki,Həsrətimin rənginə qoy boyanmasın.Çək ay rəssam, rəsmimi çək,Çək sinəmi eşqə sipər,Kipriyimi nəfsə çəpər.Bacarırsansa sən əgər,Otuz illik verib əmək,Saf eşqimin şəklini çək.YAĞIŞIN SİMFONİYASIHər bur damlaları nurtək ələnir,Rəqs edib səmada, yerə çilənir.Könlüm bu yağışla birgə dinlənir,Ruhumu isladır həzin damlası,Yazılır "yağışın simfoniyası".Döyüb pəncərəmi heyy... oyan deyir,-Bu xoş mənzərəni gəl eylə seyir.Bu anda sinəmdən keçir bir şeir,Şadraq bir nəğmənin gəlir havası,Yazılır yağışın simfoniyası.Çırpılır qapıma damlası bərk-bərk,Deyir, dur gəl mənim rəsmimi bir çək.Əngin səmalara eyləyib də ərk,Yuyunur yurdumun daşı, qayası,Yazılır yağışın simfoniyası.Elə bil öpərək əl-ayağını,Bəxş edir torpağa ürək yağını.Astadan tərpədir dil-dodağını,Deyəsən oxunur həzin laylası,Yazılır yağışın simfoniyası.Yağ yağış, yurduma bərəkət gətir,Hər damlan torpağa çiləsin ətir.Düzülüb misralalar bax sətir-sətir,Tutur yer üzünə sevgi aynası,Yazılır yağışın simfoniyası.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.