Fədakar alim, vətənpərvər ziyalı Naxçıvan, Qərbi Azərbaycan 8 июня 2017 “Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı”. (Hz.Əli ə.s.) “Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik”. (İsaak Nyuton) Həyatda elə insanlar var ki, onlar bu dünyaya nə üçün gəldiklərini dərindən dərk edirlər.Və Allah-təalanın onlara bəxş etdiyi ömründən qədərincə bəhrələnməyi, özündən sonra başqaları üçün örnək olunası ömür yaşamağı göstərmək, öz ömrünü dəyərləndirməyi bacarmaq, cəmiyyət qarşısında, insanlar arasında mənəvi borcunu başa düşmək, bütün hallarda onu xəlq edənin mərhəmətinə sığınan bu insanlar üçün həyatın mənası həmişə ülvi və ecazkardır. Doğrusuna qalsa, hər bir insan yaşadığı ömür tarixini özü yazır. Arzudan, niyyətdən keçib reallığa qovuşan əməlləri ilə, onu tanıyanların, xatırlayanların qəlbində buraxdıqları isti, məhrəm izlərlə, duyğularla. İndiki zəmanədə örnək ola biləcək ömür yazmağın özü də bir ayrı fədakarlıq və insani hünərdir. Elə dünyamızı mənalandıran, hər birimizdə yaşamaq şövqünü alovlandıran da ətrafımızda bu cür insanların olmasıdır. Sağlam ictimai-siyasi, mədəni və mənəvi mühitin yaradılmasında: - cəmiyyətin iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin tərəqqisində, elmin, maarifin inkişafında ziyalıların rolu, təbii ki, çox böyükdür. Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir. Belə ziyalılardan biri də bütün ömrünü elmə, gənc nəslin maariflənməsinə həsr etmiş fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Paşa oğlu Məmmədovdur. O, 1940-cı il fevralın 12-də Ermənistan SSRİ-nin Vedi rayonunun Şidli kəndində anadan olub. Orta məktəbi də Şidlidə bitirən Əhməd Məmmədov 1957-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. O, 1962-ci ildə həmin fakültənin riyaziyyat şöbəsini fəqrlənmə diplomu ilə bitirib. Həmin ildə Ə.Məmmədov ADU-nun aspiranturasına daxil olub. O, 1965-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək Universitetin həndəsə və cəbr kafedrasında assisent kimi fəaliyyətə başlayıb. Müəllim hər zaman səcdə olunacaq, doğru, dürüst məsləhətlərinə ehtiyac duyulacaq bir varlıqdır. O, elə bir varlıqdır ki, ömrünü məşəl edib, hər bir tələbəsinin qəlbində yandırır, həyatının ən gözəl illərini, ömrünün ən duyğulu anlarını, gözünün nurunu onlara həsr edir. Məhz Əhməd müəllim də tez bir zamanda universitetdə dərs dediyi tələbələrinin sevimlisinə çevrilib. Ə.Məmmədov 1966-cı ildə, vaxtından əvvəl “Qeyri-xətti differensial tənliklərin müəyyən sinifləri üçün qarışıq məsələlərin analitik nəzəriyyəsi” mövzusunda yazdığı namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi adını alıb. O, 1967-ci ildə müsabiqə yolu ilə “Həndəsə və cəbr” kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirib. Щяр бир инсан гаршысына гойдуьу али мягсядя чатмаг цчцн эеъяли - эцндцзлц зящмятя гатлашыр, елми зирвяляри фятщ едяряк бцтцн баъарыг вя габилиййятиндян истифадя едир. Eлмин дяринликляриня баш вурдугъа ятрафындакылара даща щяссас, даща мещрибан, даща гайьыкешъясиня йанашыр, садяляшир вя тявазюкар бир инсана чеврилир. Ə.Məmmədov 1972-ci ildə müsabiqə yolu ilə Universitetin “Cəbr və topologiya” kafedrasına dosent vəzifəsinə, 1973-cü ildə isə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub. Xarakterindəki ciddilik ona tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməsi, öz üzərində dayanmadan işləməsi, daim elmi axtarışda olması, vaxtın qədrini bilməsi Əhməd müəllimə işlərində həmişə uğur qazandırıb. Belə ki, Ə.Məmmədov müsabiqə yolu ilə 1974-cü ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” kafedrasına kafedra müdiri və dosent vəzifəsinə təyin edilib. O, 1974 -1977-ci illərdə universitet elmi şurasının elmi katibi olmuşdur. Əhməd müəllim 1974-cü ildə universitet üzrə sosializm yarışının qalibi olub. 1976-cı ildə isə Ə.Məmmədov müsabiqə yolu ilə “Riyazi analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsinə təyin edilib. O, 1981-ci ildə ikinci dəfə həmin kafedranın müdiri vəzifəsinə təyin olunub. Ə.Məmmədov “Riyazi analiz və funksiyalar nəzəriyyəsi” kafedrasına rəhbərlik etdiyi dövrlərdə 3 müəllim namizədlik dissertasiyası müdafiə etmişdir. İxtisası üzrə bir namizədlik dissertasiyasının opponenti olmuşdur. Ə.Məmmədov müxtəlif vaxtlarda universitet müsabiqə komissiyasının üzvü, “ekspert” komissiyasının üzvü olmuşdur. Bundan başqa, Əhməd müəllim 1984-89-cu illərdə universitetdə fəaliyyət göstərən “Təşkilati-metodiki” komissiyasının sədri olmuşdur. Həyatda yazıb-yaratmaq, fəaliyyət göstərmək, öz yaradıcı fəaliyyətinin nəticələri ilə fəxr etmək insana heç bir şeylə müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-yeni elmi yaradıcılığa ruhlandırır. Ə.Məmmədov universitetdə tədris etdiyi fənnləri yüksək səviyyədə aparmaqla yanaşı, tələbələrin kurs və diplom işlərinə mütəmadi rəhbərlik edib. TEC (Tələbə Elmi Cəmiyyəti) xətti ilə onun rəhbərlik etdiyi tələbələrdən bir neçəsi, müxtəlif illərdə diplomlara və fəxri fərmanlara layiq görülmüşdür. Əhməd müəllimin tələbələriylə birgə işləməsi ona xüsusi mənəvi zövq verirdi. O, tələbələrinə həmişə elmin daha dərinliklərinə baş vurmağı tövsiyə edərək deyirdi: “Unutmayın ki, qaranlıqları işıqlandırmaq yalnız insan zəkasının nuru ilə mümkündür”. Əhməd müəllim mühazirələrində həm də Pifaqorun bu fikrini gənc riyaziyyatçılara həmişə xatırladırdı:“Əziz tələbələr, Pifaqor deyirdi ki, riyaziyyatın yüksək vəzifəsi bizi əhatə edən qarmaqarışıqlıqlar içərisində gizlənən nizamı tapıb üzə çıxarmaqdır”. Ə. Məmmədov yüksək insani keyfiyyətlərə sahib olmaqla bərabər, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndi. İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, məqsəd və məramına çatmaq üçün gərgin əmək sərf etmək bacarığıdır. Doğrudan da zəhmət, əmək insanı ucaldır, şərəfləndirir, ona məmnunluq bəxş edir. Əhməd müəllim həm də həyatda elə bir savab iş görüb ki, axirətdə onun bədəlini hökmən xeyirlisiylə alacaq. Çünki o, tələbələrinə elm öyrədib. Məhəmməd peyğəmbər (s.ə.s.) elm barəsində deyib: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elm eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”. Şəxsiyyətin fəallığı inkişaf üçün təkcə əsas deyil, həm də inkişafın nəticəsidir.Təhsil-tərbiyə özünə və insanlara sevinc gətirən fəal, təşəbbüskar, yaradıcı şəxsiyyət formalaşdırarsa, onda o, məqsədinə çatmış olar. Bu baxımdan Əhməd müəllim də tələbələri üçün əlindən gələn köməyi onlardan heç bir zaman əsirgəməyib. O, istəyib ki, onun tələbələri həyatda öz yerlərini tuta bilən, ləyaqətli, vətənsevər, intellektli, azad fikirli, geniş dünyagörüşünə malik, hər işdə bacarıqlı və qabiliyyətli şəxslər kimi formalaşsınlar. Əhməd müəllimin zəngin potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, müasirliyi, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı məşğul olduğu hər bir işdə, çalışdığı hər bir vəzifədə ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb. O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin tanınmış ziyalılarındandı. Ə.Məmmədov 5 dəfə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində ixtisası artırma fakültəsində olmuş və Leninqrad, Kuybışev, Leninakan, Minsk şəhərlərində keçirilən ümumittifaq konfranslarında müxtəlif riyazi mövzularda məruzələr etmişdir. Bu məruzələrin məzmunu tezis və məqalə şəklində ayrı-ayrı elmi jurnallarda çap olunmuşdur. Ə.Məmmədovun elmi işləri əsasən qeyri-xətti xüsusi törəməli differensial tənliklər üçün qoyulmuş qarışıq məsələnin analitik həllinin öyrənilməsinə həsr olunmuşdur. Yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında xidmətlərinə görə 03 iyun 1981-ci il tarixdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fərmanına əsasən Ə.P.Məmmədov Azərbaycan SSR “Əməkdar ali məktəb işçisi” fəxri adı verilmişdir. Ə.Məmmədov 1989-cu ildən A.M.Qorki adına Kiyev Dövlət Pedaqoji İnstitutu bazasında yaradılmış pedaqoji institutlar üzrə “Tədris-metodiki birləşmə”nin üzvü olub. Əhməd müəllim kafedra müdiri olduğu vaxtlarda o, kafedranın ittifaqın bir çox elmi müəssisələri ilə əlaqəsini yaratmışdır. Ə.Məmmədov cəbr sahəsində elmə yenilik gətirmişdir. Belə ki, onun “Elementlərini dəyişmək üsulunun ümumiləşməsi” metodu ilə bir sinif yüksək tərtibli determinantlar asan hesablanır və bu metod “Ali cəbr” dərslik kitablarından bəzilərinə daxil edilmişdir. Onun uzun illər təşkil etdiyi “Funksional analiz” kursu üzrə seminarlar yüksək səviyyədə keçmiş və yaxşı səmərələr vermişdir. O, cəbrdən seminar məşğələləri apararkən yenə də məşhur riyaziyyatçı Pifaqorun dahiyanə deyilmiş fikrini tələbələrinin nəzərinə çatdırmağı unutmurdu. Pifaqor deyirdi: “Vaxtımı siyasətə və tənliklərə sərf edirəm. Zənnimcə tənliklər daha vacibdir, çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda, tənliklər əbədidir”. O, pedaqoji fəaliyyəti dövründə 8 kitabın - “Vektorlar analizindən çalışmalar”, “Yüksək tərtibli determinantların hesablanmasına dair çalışmalar”, “Ehtimal nəzəriyyəsindən çalışmalar”, “Riyazi statistikanın elementləri”, “Ədədi sıralara aid çalışmalar”, “Funksional sıralara aid çalışmalar”, “Adi differensial tənliklərə dair çalışmalar”, “Ehtimal nəzəriyyəsi və Riyazi statistika” (müştərək müəllif), 39 elmi məqalənin, 5 tezis və bir çox göstərişlərin müəllifi olmuşdur. Ə.Məmmədov müsabiqə yolu ilə 1991-ci ildə “Xəzər” Universitetində “Riyaziyyat və hesablama mexanikası” kafedrasına dosent vəzifəsinə, 1994-cü ildə isə həmin universitetin “Tələbə şöbəsi”nin müdiri vəzifəsinə təyin edilib. Daha sonra isə Əhməd müəllim “Xəzər” universitetində “Tələbə qəbulu” şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Elmi-metodik şuranın “Riyaziyyat” bölməsinin 20 noyabr 1992-ci il tarixli iclasının qərarına əsasən Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin dosenti Əhməd Paşa oğlu Məmmədov doktorluq dissertasiyası müdafiə etmədən “professor” elmi adı almağa layiq görülüb. Təhsil təkcə millətin gələcəyi deyil, həm də dünəni, bu günü olmaqla yanaşı cəmiyyətin döyünən qəlbi, düşünən beyni, sızıldayan ağrılarıdır. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı millətə düzgün yol göstərib, onun bu çətinlikdən xilas olmasında böyük rol oynayır. İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, məqsəd və məramına çatmaq üçün gərgin əmək sərf etmək bacarığıdır. Doğrudan da zəhmət, əmək insanı şərəfləndirir, ona məmnunluq bəxş edir. Necə ki, bu zəhmət Əhməd müəllimə və ailəsinə həm başucalığı gətirdi, həm də onu könüldən sevənləri bəxtiyar etdi. Bütün ömrünü elmə, gənc nəslin maariflənməsinə, təlim-tərbiyəsinə, tələbələrinə elmi biliklərin dərinliklərinə yiyələnməsinə, həyatda layiqli vətəndaş olmasına, xalqı, vətəni üçün xeyirli övladlar yetişməsinə həsr edən qayğıkeş müəllim, fədakar alim, vətənpərvər ziyalı Ə.P.Məmmədov 2012-ci ilin avqust ayında həyatla vidalaşdı. Əhməd müəllimin xatirəsi tələbələrinin, həmkarlarının, onu sevənlərinin qəlblərində daim yad ediləcək, nur saçan ziyası isə gələcək nəsillərin həyat yolunu işıqlandıracaq. Camal ZEYNALOĞLUZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.