AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər Azərbaycan » Naxçıvan 21 февраля 2017 Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan bu muzeydə 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərə aid eksponatlar öz əksini tapır. Burada Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımı və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən zəngin eksponatlar ayrı-ayrı bölmələrdə nümayiş olunur.Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla bağlı məlumatlar da sərgilənən eksponatlar arasında nümayiş etdirilir.XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına aid eksponatlar da muzeydə ayrıca bölmədə nümayiş olunur. Burada soyqırım haqqında məlumatlar, o cümlədən ermənilər tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbiçilərinin iştirakı ilə Xocalı şəhərində günahsız insanların başına gətirilən müsibətlər fotoşəkillərin dili ilə muzeyi ziyarət edənlərin diqqətinə çatdırılır.Muzeydə erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də nümayiş etdirilən eksponatlar sırasındadır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.