Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah

Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah Sevindirici haldır ki, bu gün gənclərimiz dünyanın aparıcı universitetlərində təhsil almaqla yanaşı, həm də müxtəlif sahələrdə çalışırlar. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb.
Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməyə çalışır, yaradılmış şəraitdən səmərəli istifadə edirlər.
Hazırda xaricdə yaşayan və çalışan gənclərimiz ölkəmizi öz təhsili və bacarıqları ilə layiqincə təmasil edirlər.

Belə gənclərimizdən biri də, bizim bu günkü müsahibimiz - Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda fəaliyyət göstərən həkim-cərrah İlhamə Əhməd qızı Cəfərlidir.
O, Naxçıvanda doğulub. 1982-1992-ci illərdə Naxçıvandakı Vəli Zeynalov adına 3-li orta məktəbdə oxuyub.
1992-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinın pediatriya fakültəsində ali təhsil alıb.
Orta məktəbi Qızıl medalla, ali məktəbi isə Fərqlənmə diplomu ilə bitirib.
Hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Məlik Fəhəd adına xəstəxanada çalışır.


- İlhamə xanım, əvvəlcə sizi doğma Bakımızdan salamlayır və oxucularımıza özünüz haqqınızda qısaca məlumat vermənizi xahiş edirik.
- Salamlar.
Mən Naxcıvanda doğulmuşam.
Orta təhsilimi Naxçıvanda, ali təhsilimi Bakıda almışam.
Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini qırmızı diplomla bitirmişəm.
3 il Bakıdakı Musa Nağıyev adına Xəstəxananın 2-ci uşaq cərrahiyyəsi şöbəsində uşaq cərrahı kimi çalışmışam.
Bununla yanaşı, 2001-2002-ci illərdə 2 nömrəli Tibb Kollecində müəllim işləyib, dərs demişəm.
İnternaturanı Amerikada olmuşam, hətta o illərdə
USMLE imtahanını da vermişəm.
Azərbaycandan ilk və bildiyimə görə yeganə Fellow of American College of Surgeons (FACS) dərəcəsi olan cərraham.
Eləcə də Avropa dərəcəsi olan ilk və yeganəyəm.
Ümidvaram ki, inşallah, gələcək illərdə sıralarımızda çoxları olacaq.
Hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Məlik Fəhəd adına xəstəxanada çalışıram.
Bu xəstəxana ölkənin ən böyük 4 xəstəxanasından biridir.

- Necə oldu ki, Ər-riyada getdiniz və məhz orada çalışmağa qərar verdiniz?
- 4 il bundan əvvəl təhsil dərəcələrimə görə həmin xəstəxanadan dəvət aldım.
Xəstəxana ilə maraqlandım. Öyrəndim ki, xəstəxananın standartları çox yüksəkdir.
North Amerika standartlarıdır. Ona görə də, bir müddət burada çalışmağa qərar verdim.
Burada transplantasiya da daxil olmaq şərtilə bütün əməliyyatlar həyata keçirilir.
Yeni doğulmuşdan 15 yaşınadək bütün əməliyyatları edirik.
Anadangəlmə qüsurların korreksiyası, qida borusu, bağırsaqların atreziyalarının əməliyyatları,
hirschsprung xəstəliyinin müalicəsi, nevroloji xəstəliyi olan uşaqlarda mədədən bir-başa
qidalandırma əməliyyatları və bir çox xəstəlikləri göstərmək olar.

- Ər-Riyadda dil baxımından problem yaşayırsınızmı?
- Bura gəlməzdən əvvəl ərəb dili kurslarına getdim, ərəb dilini yaxşı bilirəm,
yazıb, oxuyub, danışmaqda çətinliyim yoxdur.
O ki qaldı işdə - hamımız ingiliscə danışırıq ki, o mənim ana dilimdən başqa ikinci dilimdir.
Mən məktəbi və universiteti rus dilində bitirməyimə baxmayaraq ingilis dilini çox yaxşı bilirəm.

Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah - Adətən, qızlar, xanımlar cərrahiyyəyə az üstünlük verirlər.
Bəs, Siz necə oldu ki, məhz bu sahəni seçdiniz?

- Mənim rəhmətlik babam Cabbar Cəfərov cərrah olmuşdu.
İlk əməliyyatı da onunla 19 yaşımda etmişik.
Hətta “Facebook” səhifəmdə də həmin əməliyyat zamanı
çəkilmiş şəkli yerləşdirmişəm.
Görünür cərrahiyyəyə məhəbbətimiz irsidir.
Doğrudur, övladlarının heç biri cərrah olmadı.
Lakin mən əzəldən sevdim.
Cərrahiyyə çox canlı və yaradıcı bir işdir.

- Peşənizlə bağlı artıq hansı uğurlar əldə etmisiniz?
-Cərrahlıqla bağlı bir neçə şəhadətnamələrim var.
Mən ilk cərrahi dərəcəmi, ümumi cərrah kimi İrlandiyanın
Royal College of Surgeons in İreland adlı Kral Kollecində almışam.
Uşaq cərrahı kimi isə əvvəlcə Amerikada və ötən ilin
dekabr ayında isə Avropadan aldım.
Eyni zamanda, elmi tədqiqat işlərimi də davam etdirirəm.
Belə ki, bu yaxınlarda Kanadada "Qida borusundakı dəliklərin cərrahi üsulla bağlanmasının metodları" haqqında
geniş məqaləm çap olunub.
İkinci işim də uşaqlarda mədədən bir-başa qidalandırmadır ki, bununla bağlı Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı olan Ciddədə beynəlxalq konfransda çıxış etmişəm.
Məruzəmin mətni bu yaxınlarda çap olunacaq.

- Xaricdə çalışmaq peşənizlə bağlı sizə hansı imkanlar yaradıb?
- Demək olar ki, peşəmi A-dan Z-yə qədər xaricdə öyrənmişəm.
Bəlkə də, indi Azərbaycanda da imkanlar var. Lakin mənim təhsil aldığım illərdə məhdudiyyət vardı.
Bakıda rezidensiya proqramları yox idi. Bizim bitirdiyimiz ildən sonra başladı.
Rezidentura, Laparoskopik ve robotik cərrahiyyə inkişaf etməmişdi.

- Sizə, bu gün uşaq cərrahiyyəsi sahəsində ölkəmizdəki həkimlərin öyrənəcəyi çox şeymi var?
- Bəli, var. Həm də lap çox. Amma onu da vurğulamalıyam ki, hazırda Bakıda da çox yaxşı cərrahlar var, lakin inkişaf üçün vaxt lazımdır.
Bir gün mən də Azərbaycana qayıdıb uşaq cərrahiyyəsinin daha da irəli getməsi üçün əlimdən gələni etmək istəyərəm.

- Siz təhsilinizi Amerikada davam etdirmisiniz.
Bu sahədə təhsil sistemində hansı fərqlər var?

- Bakıda uşaq cərrahı olmaq uçun, ilk növbədə pediatr olmalısan.
Burada elə deyil.
Uşaq cərrahı olmaq üçün mütləq, öncə ümumi cərrah olmalısan.
Pediatriya və cərrahiyə müxtəlif şaxələrdir.
Ondan sonra ən azı 5 il ümumi cərrah olmaq lazımdır.
Sonra 3 il uşaq cərrahı olmalısan ki, mütəxəssis cərrah dərəcəsi alasan.

- Fəaliyyətinizi xarici ölkədə davam etdirmək çətin deyilmi?
- Hər şeyin üstün tərəfi və əksik tərəfi var.
Doğrudur, burada beynəlxalq təçrübə qazandım.
Lakin Vətəndən uzaqda yaşamaq heç də asan deyil.
Bəzən, sadəcə, böyüdüyüm şəhərin hər mövsümünün qoxusu belə burnuma gəlir.
Hər zaman həsrətlə yaşayırsan.
İldə 1-2 dəfə valideynlərimi də ziyarət edirəm.
Muğam səsi gəldiyində ürəyimin telləri əsir.

- Orada yaşayan azərbaycanlılarla əlaqə saxlayırsınızmı?
- Bəli, Ər-Riyadda az azərbaycanlı var.
Lakin mümkün olduğu qədər əlaqə saxlayırıq.
İşim çox ağırdır.
Tez-tez görüşməyə imkan olmur.
Buradakı səfirliyimiz bizi tədbirlərə dəvət edir.
Orada əksər hallarda görüşürük.

Ər-Riyad xəstəxanasında çalışan gənc azərbaycanlı həkim-cərrah - Yerli əhalinin Azərbaycan haqqında məlumatı varmı?
- Yerli əhalinin son illərdə artıq Azərbaycan haqqında az da olsa məlumatları olduğu hiss olunur.

- Gələcəkdə hansı planlarınız var?
- Gələcəkdə Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini daha da inkişaf etdirmək arzusundayam.

- Arzularınız çin olsun, İlhamə xanım!..
Biz də sizə uzun ömür, möhkəm cansağlığı, səadət, xoşbəxlik, bu çətin, məsuliyyətli və eyni zamanda olduqca şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..


Aysel MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

İngiltərədə Gardiff Universitetinin cərrahiyə kafedrasında çalışan gənc azə ...

Naxçıvan, Sağlamlıq, Səhiyyə, Avropa, Diaspora
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

ATU Tədris Cərrahiyyə Klinikasının yeni direktoru

Səhiyyə, Təbriklər
ZAKİR NƏBİZADƏ (1949)

ZAKİR NƏBİZADƏ (1949)

Səhiyyə, Darvaz
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
ƏMİR BAYRAMOV (1937-2012)

ƏMİR BAYRAMOV (1937-2012)

Səhiyyə, Sağlamlıq, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
ELDƏNİZ YUSUBOV (1991)

ELDƏNİZ YUSUBOV (1991)

Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid
Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Səhiyyə, Nekroloqlar, Qərbi Azərbaycan
Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

AzTU
Akademik FUAD ƏLİYEV (1965)

Akademik FUAD ƏLİYEV (1965)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Başkeçid, Bolus, Darvaz, Rusiya, Diaspora
=  = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın  baş həkimi İsa İslam oğlu Məm ...

= = = Sumqayıt şəhər 3 nömrəli xəstəxananın baş həkimi İsa İslam oğlu Məm ...

Səhiyyə
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Rəşad QUVALOV:

Rəşad QUVALOV: "Əsil həkimlik Allah vergisidir..."

Səhiyyə, "Şərqin səsi", Bolus
Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Rustavi, Borçalı, Bolus, Qarayazı
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
Məhəbbətin və şəfqətin fövqündə

Məhəbbətin və şəfqətin fövqündə

Səhiyyə, Borçalı
Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

AzTU, "Şərqin səsi", Avropa
Rəy yazın: