Yerli dərman bitki qarışığı yeni paketlərdə satışa verilib Naxçıvan, Səhiyyə 29 декабря 2016 Naxçıvan Muxtar Respublikasında flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusi ilə müalicəvi təsiri olan 800-ə qədər dərman bitkisi vardır ki, onlardan da 30 növü rəsmi dərman bitkisi olmaqla bərabər, həm də təbii ehtiyatı çoxdur.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları 2003-cü ildən muxtar respublika ərazsinə təşkil edilən ekspedisiyalar vastəsilə həmin dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, belə bitkilərin tərkibindəki bioaktiv maddələri aşkarlayıb və həmin maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyətlərini öyrəniblər. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib. Hal-hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında təqribən 100-dən çox bitkidən istifadə edərək dərman bitkisi qarışığı hazırlayırlar. Bu dərmanlar Bioresurslar İnstitutunun Naxçıvan şəhərində fəaliyyət göstərən Yaşıl Əczaxanada, əhali arasında dərman bitkilərinə təlabat artdıqda isə regionumuzda müxtəlif əczaxanalarda satışa verilib. Kağız paketlərdə satışa verilən və reklamı bir o qədərdə gözəçarpmayan dərman paketləri bu günlərdə yeni qutularda satışa çıxarılıb.Qeyd edək ki, hazırlanan dərman bitkilərinin qarışıqları hələlik 16 adda - ürək və qan-damar sistemi, mədə-bağarsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olur. Paketin üzərində qarışığın tərkibi, istifadə qaydası və istehsal tarixi göstərilməklə yanaşı, həm də həkimlə məsləhətləşmənin vacibliyi bildirilir.Sona ABBASƏLİQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.