Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videokonfransı Milli Məclis, Nazirlik 17 августа 2020 2020-ci il Avqustun 17-dəTəhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan millət vəkillərinin iştirakı ilə videokonfrans keçirilib. Konransı açıq elan edən Təhsil naziri Emin Əmrullayev bu görüşün təşkilində iştirak edən millət vəkillərinə komitə sədri Bəxtiyar Əliyev başda olmaqla təşəkkürünü bildirib.Təhsil naziri Emin Əmrullayev ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələnin ilk növbədə insanların sağlamlığının qorunması olduğunu bildirib, həmçinin yeni dərs ilinə hazırlıqla bağlı Təhsil Nazirliyinin gördüyü işlər barədə geniş məlumat verib. Nazir COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına dair Təhsil İnstitutunun hazırladığı təkliflərin ictimaiyyətin diqqətinə çatdırıldığını qeyd edib.Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev öz növbəsində bu əməkdaşlıq platformasını müsbət dəyərləndirərək Təhsil Nazirliyi ilə qanunvericilik hakimiyyəti arasında belə ünsiyyət kanallarının daha da genişləndirilməsinin vacib olduğunu bildirib, eyni zamanda pandemiya şəraitində yeni tədris ilinə hazırlıq mövzusunda fikirlərini qeyd edib. Komitə sədri Təhsil İnstitutunun təklifləri ilə millət vəkillərinin diqqətlə tanış olduqlarını deyib, bu sahədə Təhsil Nazirliyinin hazırlıq plan və təşəbbüslərini yüksək qiymətləndirib.Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərli, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədli, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı rəylərini bildiriblər.Tədbirin sonunda Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bügünkü görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.