AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıbAzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıbAzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıbAzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb 2018-ci il Oktyabrın 10-da Azərbaycan Texniki Universiteti (AzTU) və
MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı (MDB PAA DİMBİ Bakı filialı) arasında memorandum imzalanıb.


Memorandumun imzalanmasında
əsas məqsəd

Azərbaycan Texniki Universitetin İctimai fənlər kafedrası ilə siyasi, elmi (təhsil), mədəni, sosial və digər sahələrdə tədqiqatların aparılması, həmçinin qarşılıqlı fəaliyyətin məqsədləri və növlərinə aid olan məlumatların toplanması və ümumiləşdirilməsinin təmini ilə bağlı olan məsələlərin geniş müzakirəsi üçün şəraitin yaradılmasıdır.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov
MDB PAA DİMBİ Bakı filialının direktoru
Elman İmaməliyev
in imzaladıqları memorandum-müqavilədə birgə seminarların, konfransların keçirilməsi, kitabların nəşrləri və digər bu kimi əməkdaşlıqlar da nəzərdə tutulub.

Memorandumun imzalanma mərasimindən sonra ilk əməkdaşlıq olaraq hər iki tərəfin iştirakı ilə ”Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda seminar keçirilib.

Seminarda müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, müxtəlif QHT nümayəndələri, KİV-lər,
TÜRK PA-dan olan nümayəndələr və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasında insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələr aparılmış və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşuralar (paylama materialları) iştirakçılara paylanılıbdır.

Seminarı giriş sözü ilə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov açaraq seminar iştirakçılarını salamlayıb, insan hüquqlarının önəmindən, o cümlədən tədbirin mahiyyətinə diqqət çəkərək insan hüquq və azadlıqlarının daha da gücləndirilməsinə verəcəyi töhfədən danışıb.
Prorektor çıxışında bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının tənzimlənməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən sistemli və önəmli addımlar atılması ölkəmizin müasir və ədalətli qanunvericiliyə malik dövlət kimi formalaşmasına şərait yaradıb. Bunun bariz nümunəsi olaraq bu gün də Respublikamızda insanların hüquq və azadlıqları haqqında verilən sərəncamları, keçirilən tədbirləri qeyd edən prorektor, Azərbaycanda vətəndaş-Dövlət münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Seminarda iştirak edən MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev ölkəmizdə ən ali insan hüquqlarının cəmiyyətimizin humanizminin təzahürü olaraq özü-özlüyündə formalaşdığını, dini, irqi və milli ayrı-seçkiliyin olmadığını vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda aparılan dövlət siyasəti məhz insanların hüquq və azadlıqlarının qorunması prinsipinə uyğun olaraq həyata keçirilir.

Daha sonra AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor
Şikar Qasımov
Azərbaycanda insan haqlarının təmin olunmasının hüquqi tərəflərindən danışaraq bildirib ki, dövlətin ali məqsədi insanların hüquq və azadlıqlarını təmin etməkdir.

Digər çıxış edənlər -
AzTU-nun “İctimai fənlər” kafedrasının professoru Qabil Hüseynli, “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri dosent Həbib Mirzəyev, Azərbaycan Mətbuat Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət,
AzTU Qadınlar Şurasının sədr müavini, dosent Sədaqət Əbdürrəhmanova və başqaları vurğulayıblar ki, Azərbaycanda insan hüquqları vətəndaşların azadlıqlarının təmin olunmasını, haqlarının qorunmasını tələb edir.

Sonda AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan NamazovMDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev tədbir iştirakçılarına bir daha təşəkkür ediblər.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib

MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib

AzTU, QHT
MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

Milli Məclis, İctimai elmlər
“Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ...

“Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ...

Milli Məclis, AzTU
MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə “Demokratik dövlətin inkişafınd ...

MDB PAA DİMBİ Bakı filialı BSU ilə birlikdə “Demokratik dövlətin inkişafınd ...

BSU, MEDİA
MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş  beynə ...

MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş beynə ...

Milli Məclis, Rusiya
MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində  ...

MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində ...

Milli Məclis
Lerikdə demokratik islahatlar haqqında seminar keçirmişdir

Lerikdə demokratik islahatlar haqqında seminar keçirmişdir

Regionlar, Siyasət
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzus ...

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzus ...

Milli Məclis, QHT
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistanda keçirilmiş referendu ...

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Tacikistanda keçirilmiş referendu ...

Milli Məclis, Orta Asiya
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Milli Məclis, Rusiya
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə  ...

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə ...

AzTU, Turan
AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzala ...

AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzala ...

AzTU
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU-nun Beynəlxalq əlaqələri genişlənir

AzTU
AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

AzTU
AzTU və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu arasında əmə ...

AzTU və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu arasında əmə ...

AzTU
Rəy yazın: