VÜSAL FATEH (1990) Gəncə, Poeziya 15 мая 2023 1906 80 1 2 3 4 5 Vüsal Fateh (Vüsal Mübariz oğlu Mamedov) - 26 aprel 1990-cı ildə Kəlbəcərdə anadan olub. 1993-cü ildən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşıblar və hazırda da Gəncədə yaşayır. 1997-ci ildə Kəlbəcər rayon 4 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 2008-ci ildə həmin orta məktəbi bitirib. 2008-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 2012-ci ildə ali təhsilini başa vurub. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Daxili Qoşunlarında hərbi xidmət¬də olub. 2014-cü ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində məsul vəzifədə işləyir. Vüsal Fateh həm də bədii yaradıcılıqla da məşqul olur. Biz də ona yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Bayram AŞIQLI,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatıZiM.AzQOCALDIMİstəməzdim saçlarıma dən düşəDərdi yedim yavan-yavan, qocaldım.Qəmli keçdi həyat yolum, yaşadımRuhum qoca, yaşım cavan qocaldım.Vaxt varıydı bəxtə günəş doğardıXoşbəxt idim üzdən gülüş yağardıQəhər boğdu qara saçım ağardıHeç olmadı dərdi qovan, qocaldım.Mən Vüsalam, yolun azdı taleyimMən sağikən qəbir qazdı taleyim,Dərddən yazdı , qəmdən yazdı taleyimOlmaz oldu bəxtim rəvan, qocaldım.QƏM ARASINDAYenə ürəyimə qəmlər dolanırSevinc axtarıram qəm arasındaElə dolmuşam ki, bulud kimiyəm,Sıxılıb qalmışam nəm arasında.Qəlbində dərdinə döz ha deyirlər,Gileydən əlini üz ha deyirlər,Əyrini görürlər düz ha deyirlər,Tutulur zil səsim bəm arasında.Əlacım olsaydı qəmdən yazmazdım,Taledən qismətdən yazıb pozmazdım,Dərd-qəmin içində belə azmazdım,Gülərdi gözlərim cəm arasında.Xoşbəxtlik gəzirəm yoxluq içindənOx dəyir könlümə oxluq içindənVüsalam qaçıram çoxluq içindən,Dolanıb gəzirəm kəm arasında.DEYİRƏMHanı ürəyimdən keçən arzularÖlür ümidlərim sağ-sağ, deyirəm.Mənim ürəyimdir dözüb dayanırDözməzdi bu dərdə heç dağ, deyirəm.Kiçilir , əriyir sevinc içimdə,Çoxalır könlümdə qəm bu biçimdə,Düşünür düşüncəm qalır seçimdə,Düz getmir bu zaman, bu çağ deyirəm.Vüsalam, ağlımda yalnız gerçəklərAzalır ömürdən hər gün ləçəklər,Solur ümidlər tək solur çiçəklər,Açmır nə baxçalar, nə bağ deyirəm.GƏL DEYİRGözümdən yaş qətrə-qətrə süzülürMuncuq-muncuq yanağımda düzülürYazıq canım gündən-günə üzülürHəsrət çəkir iki gözüm gəl deyir.İtir sevinc tapır kədər doluramDamla-damla, gilə-gilə soluramBəxtə dönük, bəxtə asi oluramOdlanıram odum, közüm gəl deyir.Xatirələr, xəyalların önümdəBoğuluram heç çıxmayır ünümdəSənsiz ötən ayda, ildə, günümdəDilimdəsən kəlməm, sözüm gəl deyir.Çox çəksəm də həsrət, hicran bezmirəmGələcəksən ümiddən əl üzmürəmDarıxıram sənsizliyə dözmürəmCamalına həsrət özüm gəl deyir.Sən gedəli danışmıram susur dilHəsrət qalıb bu ürəyim həsrət bilGəl Vüsalın göz yaşını qurut, sil,Bu tükənən taqət, dözüm gəl deyir, deyir...SAXLAMIRAMO qədər yanmışam dərdin əlindənDaha xoşbəxtlikdən söz saxlamıram.Cavanlıq ömrümü qoca yaşadımDaha qocalığa diz saxlamıram.Qara imiş bəxtim mən bilməmişəmGözüm açılandan heç gülməmişəmMin dərdi sinəmdə kül eyləmişəm,Özüm od-alovam köz saxlamıram.Ağladım qoşulub kamana, neyəQurban verdim ömrü gör kimə, nəyəDərdli Vüsalam dərd, tapmasın deyəGəzdiyim yerlərdə iz saxlamıram.TALEYİMDöndün zimistana, döndün boranaƏlədin üstümə qarı, taleyim.Dur! Yatma yazığam, oyan sən Allah,Bir yol xoşbəxtlikdən yarı, taleyim.Düzülmə yoluma kələklər kimiƏləmə dərdini ələklər kimi,Qasırğalar kimi, küləklər kimiYıxma həyatımı, barı taleyim.Gülüş gizlətmədin kədərin altdaGör nələr yatırmış qədərin altda,Boğdunsa Vüsalı qəhərin altda,Neyləyim dövləti, varı, taleyim. HARAYINDAƏriyir dərdlərim dolur könlüməYanır ilmə-ilmə saz harayında.Həsrətdən eşqimin solub baharıDolanıb, gəzirəm yaz harayında.Bu necə saatdır, bu necə andırSənsiz ürəyimə qatil zamandırHəsrətlə yaşamaq vallah yamandırGəl olma bu qədər, naz harayında.Vüsalam, gözümdən yaş da çıxmazdıSevgimi, eşqimi kədər sıxmazdıAyrılıq küləyi bizi yıxmazdı,Olsaydın sevgimin, az harayında.YAZIQSANGözlərini həsrət, hicran göynətsəMəhəbbətin daşa dəysə, yazıqsan.İnsan oğlu qaç qəmlərdən uzağaSevinc dərdə boyun əysə, yazıqsan.Uyma pula, var-dövlətə gen dolanHörmət olar, izzət olar tək qalanElə dönük, yurda satqın, şər olan,Bu el-aləm səni söysə, yazıqsan.Çalış, vuruş baxmasın ha göz ələ,Tale gülsün qurmasın heç bəxt tələ,Oğulsansa dərtlərini üstələ,Vüsal səni dərd-qəm döysə, yazıqsan. SƏN DEMƏDoğulandan ağladığım dünyadaDərdin-qəmin gözüyəmmiş, sən demə.Yaralardan susqun qalan könlümünSöhbətiyəm, sözüyəmmiş, sən demə.Sözlərimdə kəlmə-kəlmə düzülənGözlərimdən qətrə-qətrə süzülənÜrəyimdə nakam qalıb əzilənArzuların özüyəmmiş, sən demə.Vüsal, bir gün həsrət qalan əllərinSığal çəkə, tumarlaya tellərin,Düz danışan, doğru olan dillərinDoğrusuyam, düzüyəmmiş, sən demə.SƏN DEYİRSən gedəli qan ağlayır ürəyim,Dolur gözüm, susmur dilim, sən deyir.Günlər aya, aylar ilə dəyişirSənsiz ötən ayım, ilim, sən deyir.Əzbərisən, dolanırsan dilimdəDən olursan bircə-bircə telimdə,Həsrət çəkir qəlbim kimi əlim dəSiyah zülfə həsrət əlim, sən deyir.Vüsal çəkən həsrət, hicran dözülməz,Şirin olar yar cəfası bezilməz,Ürəyimdən özgə yerə süzülməz -Gözdən axan yaşım, selim, sən deyir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.