Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib Gəncə, Digər ali məktəblər 28 марта 2023 1336 100 1 2 3 4 5 Azərbaycan Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa təşkil olunub.Universitetdən ZiM.Az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.Universitetin rektoru vəzifəsini icra edən Yaşar Ömərov qeyd edib ki, Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir: “Dahi şəxsiyyət azərbaycançılığın tarixən formalaşmış komponent-lərini vahid sistem və konsep-siya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasəti Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanı regionda söz sahibinə çevirib”.Deputat Müşfiq Cəfərov isə çıxışında Ulu Öndərin Gəncə ilə bağlı gördüyü işlərdən bəhs edib. Azərbaycan Texnologiya Universitetinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevin olduğunu vurğulayaraq, uzun müddət Qafqazda mühəndis-texnoloqların təkcə bu ali təhsil ocağında yetişdirildiyini qeyd edib.Sonra Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Tədris şöbəsinin müdiri Raqif Hüseynov, Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, Azərbaycan Texnologiya Universitetinin baş mühəndisi İrşad Abbasov çıxış ediblər.ZiM.Az2023. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.