Gulustan Cabbarova (1966) Gəncə, Müsabiqə 15 октября 2022 Gülüstan Hüseyn qızı Cabbarova - 1966-cı il oktyabrın 31-də Gəncə şəhərində anadan olub. Uşaqlıqdan şeirə böyük həvəsi olub. 30-dan çox qazet və jurnallarda şeirləri çap olunub. 28 ildir ki, Gəncə Hava Limanında kompyuterdə işləyir. Bir oğlu var. ANA ƏTRİ*Ən gözəl ətirdir, ananın ətri.Cənnət ətri verir, bənzəmir, yada!Anadır şeirimin ən özəl sətri.Ətrini duyaram yatsam, röyada Ətrin kimi, ətir olmaz dünyada.*Xoş ətrindən güc alıram, ay ana.Xəstə olsam sağalıram, ay ana.Sənsiz sanki yaralıyam, ay ana.Səni bənzətmirəm, qohuma, yada.Ətrin kimi ətir olmaz dünyada.*Kölgən yetər, təki sən ol yanımda.Güc alıram damarımda, qanımda.Pənahım, gümanım, hər zamanımda.Sənə nəğmə qoşur, quşlar səmada. Ətrin kimi ətir olmaz dünyada.20.05.2022 ci il. ATADIR ALLAHIN KÖLGƏSİ YERDƏ!..*Atadır Allahın kölgəsi yerdə,Halal ruzi ilə böyüdər bizi.Ata duasıdır məlhəm hər dərdə.Hər yerdə görünür, atanın izi. *Atadır insanın arxa - dayağı,Qoruyar evini aslan sayağı.Əzizdir atanın sönməz çırağı.Hər yerdə görünür, atanın izi.*Ata nə yorular, nə də ki, bezər.Ulduzları dərib, telinə düzər.Gərəksə düşmənin başını əzər.Hər yerdə görünür, atanın izi.*Varsa da, yoxsa da ata atadır.Ata övlad üçün dünya yaradır.Bala sevincilə cənnəti dadır.Hər yerdə görünür, atanın izi...*Anayıq, atayıq indi hərəmiz.Ayrılıq haqdandır, yoxdur çarəmiz.Adı miras qalıb, bizə tərtəmiz. Hər yerdə görünür, atanın izi.09.05.2022-ci il.ŞAİRLƏRİN VARİSİYƏM*Mən Kəpəz dağının başında qaram.Əzəmət nişanı, ulu Qoşqaram.Nə qədər Gəncə var, bilin ki, varam.Şairlər diyarı, mehriban Gəncəm!.Dahi Nizaminin varisiyəm mən... *Haqqı danış, şeir yazan qələmim.Hissim, həyacanım, könül həmdəmim. Ruhuma keçmişdən pərvaz edənim.Ana tək qeydimə hey yanan Gəncəm.Dahi Nizaminin varisiyəm mən.*Dolaşıb keçmişi xəyalım durur.Acı xatirələr qəlbimdən vurur.Ruhum Nizamini anlayıb, duyur.Şeirlə, sənətlə oyanan Gəncəm.Dahi Nizaminin varisiyəm mən.25.04.2022-ci il.NEYLƏYİMÇox söz var qəlbimdə deyim, deməyim???Deyim, siz də duyun Tanrı deyəni...Qoru ey Yaradan, haram yeməyim.Yesəm, şad edərəm zalim düşməni.*Bu sirlər içində itib, batıram.Hərdən də şeytana daş da atıram.Dünyanı satırlar, mən söz satıram.Hər kəs alqışlayır yalan deyəni.*Demə ki, dünyadan giley edirəm.Bəlkə də az qalıb, mən də gedirəm...Fironluq edənə, açıq deyirəm...Allah bağışlamır haram yeyəni...*Dünyanı əbədi sanıb, azan çox.Şeytan hökmü ilə, quyu qazan çox.Yalanı zəsf edib, pul qazanan çox.Bəxtəvər görmədim doğru deyəni...14.08.2021-ci il.SƏNSİZƏM ANA...*Baharmı, payızmı, bilinmir, ana...Baxışın gözümdən silinmir, ana.Qəlbimin acısı heç dinmir, ana....Gözü yaşlı qalıb, balan, hardasan?* Xeyli var, olmuşam mən də pərişan.Həsrətdən ölürem mən zaman- zaman.Dünya sənlə gözəl olurmuş, anam.Balanı anasız qoyan, hardasan?* Bilmirəm neyləyim, kədərim bitsin.Mələklər anama anamı, desin?...Allah cənnətində sənə yer etsin...Bu hicran olaydı yalan, hardasan?* Dünyanın özünü doğan ana var.Əbədi dünyada olsun, ilk bahar.Güllər qış olanda solub-saralar.Məndən baharımı alan, hardasan?...14.01.2016-cı il.İGİDLƏR ÖLMƏZ*Yalnız qalıb, qərib qalıb dağların.Çənlibelin viran qalıb nə vaxtdır...Şaxta vurub, bar gətirmir bağların.Yerin-yurdun yurdumuzdan uzaqdır.*Qeyrət çəkən Koroğlular dağlanır.Mərd üzünə çox qapılar bağlanır.Misri qılınc muzeylərdə saxlanır.Bizim Koroğlular əbədi sağdır. *Haqq yolunda mərdlər ölümə atlar.Düşmənin belini ikiyə qatlar.Daşımaz namərdi daha qıratlar!O qeyrət qalası, ən uca dağdır...17.03.2022-ci il.ÖMRÜMDƏ BAHAR OLDUMU???Hara əlim atsam, elə daş olur...Gözlərim qurumur yenə yaş olur...Sevən bir ürəyə dərd sirdaş olur.Sevilmək mənim də haqqım, deyilmi?!...* İçimdə firtına, nədir bu rüzgar?Hey coşub-çağlayır, qeyri -ixtiyar...Nə zaman ömrümdən keçdi ki, bahar?Sevilmək mənim də haqqım, deyilmi?!* Mənə tərs üzünü göstərdi dünya.Xoşbəxtlik, səadət, bəlkə bir röya.Sevmədim bir kərə mən doya-doya...Sevilmək mənim də, haqqım deyilmi?!* Haqsızliq ömrümdə birdimi, söylə?Əzablar içində, sirdimi, söylə?...Qəlbimə bir sevda girdimi, söylə?..Sevilmək mənim də haqqım, deyilmi?!* Eşqi yasaq etdim özüm-özümə.Daha baxa bilməz gözün-gözüməBir də inanmaram sevgi sözünə.Sevilmək heç mənim haqqim deyilmiş..haqqım deyilmiş...08.01.2016-cı il.NECƏ YAZIM*Yetər dedin, yazma qəmdən.Mən sevgidən, necə yazım???Nəğmə deyir, könül bəmdən.Qan ağlayır telli sazım.Mən sevgidən necə yazım?!.*Ürəyimdə min arzu var.Yetişməyə qoymur əğyar. Tüğyan edir, hey boran qar.Heç olmur ki, güllü yazım.Mən sevgidən necə yazım?!.*Nə ölümdü, nə də həyat.Ömrə, günə sədaqət qat.Ola bilmir qəlbim rahat.Belə dünya, kimə lazım.Mən sevgidən necə yazım?!.*Bilmirəm ki, bu nə sirdir.Ömür, ölümə tələsir ...Qəlbim qəm- kədərə əsir.Qəm kədərə məzar qazım?...Mən sevgidən necə yazım?!04.12.2021-ci il ƏDALƏTDƏN DANIŞ*Qiyamət qorxusu, yoxdursa əyər.Daha ədalətdən nə danışım, mən.Vicdan itirirsə, dünyada dəyər.Daha ədalətdən nə danışım, mən.*Xeyli var, dünyanın dəyişib, halı.Mələk tək görünür şeytan camalı.Candan əzizdirsə dünyanın malı.Daha ədalətdən nə danışım mən. *Gedən, bu dünyadan geriyə dönməz.Nəfsinə qul olan, sanır ki, ölməz.Haqqı- ədaləti görən, görünməz.Daha ədalətdən nə danışım mən???...05.02.2022-ci il.DÜNYADAN KÜSKÜNƏM...* Gülsəmdə bir saxta təbəssümlə mən,Nə gözlərim güldü, nə də ürəyim.Xoşbəxtlik bəxtimə, qanlı bir düşmən.Bu dərd məni əydi, yandı kürəyim...* Bəxt dalınca qaçdım, qaçdım, yoruldum.Dərd əlində sındım, dərdə qul oldum...Elə bil kül olub, göyə sovruldum.Təkcə xoş söz idi mənim gərəyim...* Fələk bəxt yazanda, yuxuya daldım.Oyandım, gör necə payımı aldım?...Həsrətlə dünyaya bir nəzər saldım,Sanki zəhər oldu duzum, çörəyim...* İllərim geride, əlimdə nə var?!Görmədim dünyada vəfa, düz ilqar.Fələk də yağdırdı saçıma ağ qar.Belədir taleyim daha nə deyim?...* Bəyaz gəlinliyi geyə bilmədim...Hey içimde çəkdim, bir yol dinmədim.Dinləyin mən də, son sözümü deyim!Kəfən də bəyazdı, kəfənmi geyim???29.05.2016-cı ilEY BÜLBÜLKədər bar gətirdi, həsrət bağında,Eşqin hicran yolu bitmədi, Allah... O gül çiçək açdı, qəm budağında,Bülbül vüsalına yetmədi, Allah.*Ey bülbül, eşqindən eyləmə fəğan,Günün tikanından bağrın olub qan.Xəyanət şərabı içdiyi zaman,Bülbül vüsalına yetmədi, Allah. *Sevgisiz həyatın dəyərimi var?Gülün ətri olmaz, olmasa bahar...Aşiq eşq əlindən edər ahü-zar.Bülbül vüsalına yetmədi, Allah...*Ömrü qısa olur gülün, a bülbül,Çox çəkib aşiqlər zülüm, a bülbül. Hər kəs dadacaqdır, ölüm, a bülbül,Bülbül vüsalına yetmədi, Allah. 15.10.2022-ci il.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.