XƏZANGÜL HÜSEYNOVA (1947) Gəncə, Müsabiqə, Turan, Borçalı 16 сентября 2022 Hüseynova Xəzangül Abbasqulu qızı - 1947-ci il dekabrın 17-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Qırıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitutunun Kimya-biologiya fakultəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Uzun müddət Gəncə şəhərindəki N.Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktoru olub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü il sentyabrın 10-dan Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədridir. 2008-ci ildən Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvüdür. 2014-cü ilin President təqaüdçüsüdür. Beynəlxalq Rəsul Rza mükafatçısı və həmçinin Mikayıl Müşfiq mükafatçısıdır. 27 noyabr 2017-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. "Məhəbbətin qənimi" və "Xərabıt gözəli" adlı mənzum pyesləri Gəncədəki C.Cabbarlı adına Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Biz də Xəzangül xanıma uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!Məlahət SAHİBQIZI,"Borçalı" nəşriyyatının şöbə müdiri,AYB-nin və AJB-nin üzvüZiM.AzDərd yerimiz - yurd yerimiz…Mən yuxuda,görmədiyim yurd yerimiz İrəvanı görə bildim.Mən yuxuda,İrəvanın ürəyinə girə bildim.Öz ürəyim çıxa - çıxa,qorxa- qorxa ,Elə bildim düşmənlərin ürəyinə tuş gələcəm.Ürək ola bilmədiyim,canım, qanım İrəvanın xiffətindən mən öləcəm...Amma orda bircə düşmən ürəyinə rast gəlmədim...Mən sevindim, mən ölmədim.Özümkülər ürəyilə İrəvanın tam vücudu dopdoluydu...Onlar tarix, ululardan da uluydu.Ürəkləri burda olan,Cisimləri axirətdə, gorda olanMərd ruhların intizarı- ahu zarıİç dünyamı göynədərək, Yer deyərək, Göy deyərək çırpınıram susiz qalan balıq kimi..Ağlayıram səs- küy salan bulaq kimi...Ruh ürəklər ruhlarından, O ruhların ahlarındanİrəvanın ürəyindəDünya boyda dərdi ilə,Yad tapdaqlı yurdu ilə barışmayan Əfşarların, Qacarların hayqıraraq gəlir səsi, Azərbaycan xanlıqları silsiləsi Titrədərək dağı, daşı haray salır...Od püskürən şimşək olur.Qəlbi geniş, niyyət təmizŞah İsmayıl Xətaimiz ürəyidə ürəklərin arasında, Vətən deyən, torpaq öyən,Könüllərin sırasında.Mədəd deyir, Allah deyirBu yurd mənim vallah deyir...Yurd yuvamız düşmənlərin əlindədi- Göz yaşımız Göyçəmizin gölündədi...Ayrılıqdan dalğalanır, coşub, daşır,Yurd yerimiz İrəvanla qücaqlaşır..İrəvanın ürəyində namərd düşmən ürəyinə yeri yoxdur.İrəvanın əzizlərnə deyəcəyi sirri çoxdur.. Harda qaldız? Sevənlərim- Yurd yiyəsiAnd amanım Quranımın hər ayəsi,Yurd yerində haqqa dönüb,Kainatı sarsıdan bir ünlə dinib - Gəlin deyir...Zaman gəlir- düşmən ölürYurd gözləyir...ƏSGƏRƏ MƏKTUBDaha şeir yazammıram.Bu haləti yozammıram.Təlaşımı boğammıram,Misraları yığammıram.Əsgər oğlum!Misralarım məktub olur,hər dəqiqə namə yazır ancaq sənə,Dönə, dönəDugğuiarım sənlə olur-səninlədirGöydən gələn haqq deyilən ündədir.Vətən sevən, torpaq öyən, düşmən döyən Əsgər oğlum! Necəsən?Bilirəm ki, bu anlarda öz boyundan çox ucasan...Qarabağın qartalı tək, ər yolu tək, ər oğlu tək vuruşursan...Qüdrət sənə, sən qüdrətə yaraşırsan.Bu məqamda misralarım qanad açır Sənin yanına uçur.Əllərini, ayağını qucur.Səndə olan güc, qüdrətin arasında, Ön cəbhədə düşmən ilə döyüşənlər sırasında, sən olaraq,Düşmənlərə od yağdırır.Düşmənlərin önündə əsgər oğlum sənin kimi dağ dururVarlığımın hər nöqtəsi sənlə öyünür.Ana kimi ürəyim də sənin ürəyində döyünür...Əsgər oğlum !Bilirəm ki, bu döyüşdə hamı sənsən, sən də hamı.Ona görə hamınızın anasıyam.Sən timsallı həm də sənin.Ömrüm, günümCanım, qanım balam mənim.Düşmən üçün əl çatmayan qalam mənim.Əsgər oğlum!Dövlətimin məhəbbəti, bütün xalqım, uca xaliqim yanındadır.Otuz illik həsrətimdə qürur donundadır.O da yanındadır.Həsrətlilər həsrətini güldür oğlum!Güldürəcən Ayrılığın acısını öldür oğlum!Öldürəcən.Bu döyüşdə hamımızın bir adı var.Atəşi var, odu var.Bu ada biz olaq qurban.Bu ad üçün of demədən verərik can.Can Azərbaycan,Can Azərbaycan!06.10.2020.On üç yaşlı Türk qızıZor BalayanaSən divarı çarmıx edib,Əl - qolunu midsmarlayıb, Bu məqamı özün üçün xoş an sayıb,Dərisini soyduğun, Dəqiqələr saydığın,Ölümünü gözlədiyin, Fərəh ilə izlədiyinOn üç yaşlı, Qara ğözlü,qara qaşlıTürk qızının əzabının haray səsi,Eheyyy...dünya neyləmişəm kəlməsi,O dünyanı, bu dünyanı diksindirdi...Şimşək çaxdı, buulud dindiBu haraya qoşuldular,Yer də, Göy də yaş oldular.Sən kar oldun eşitmədin.Zor Balayan!Kor Balayan!Görən gözün necə dözdü?Cəllad əlin necə yazdı? -Yeddi dəqiqə dözə bildıTürk qızı öldü...Yeddi dəqiqə - Göydə yeddi qat oldu, Görünməmiş vəhşiliyə,Hər qat özü mat oldu.Türk qızının vücudundan tökülən qanPüskürən bir vulkan oldu.Bəşəriyyət tarixinə bulaşıqlı al qan oldu... Mən bunları yazdıqca, qələmimdənelə bilki hərf yerinə qan tökülür...Misraların fəryadından can çəkilir...Heç bilmədin Zor Balayan!Dərisini soyduğun, dəqiqələr saydığın İsa idi...Ruhu ilə günahsızın əvəzinə, o dönmüşdü Türk qızına...İsa baxa bilməyirdi haqsızlığın boz üzünə...On üç yaşlı,Qara gözlü, qara qaşlı o Türk qızı Zor Balayan çarmıxındayeddi anda, Erməninin günah adlı bıçağının, dünyanın ən alçağının əlindəcəSoyuıa soyulaoyula oyula Göyə baxdı...Canı çıxdı, qanı axdıGöy üzündə gölləndi.O qan gölü dönə dönə qan diliylə dilləndi;-Tufan oldu,Zəlzələyə döndü,Yağış oldu,Qarğış oldu...26.02.2020 XOCALIYADamcı damcı,acı, acı,gilə gilə,ölə ölə,Ölmək yaman zülüm olur...Vallah elə,ha baxıram bu əllərim,üz cırmaqlar, saçlar yolur.Gözlərimin yas rəngini,üz gözümə bələmişəm.Ürəyimin nisgilini,buludlardan ələmişəmQane etmir belə ölmək məni yenə,Ölməliyəm, öləcəyəm dönə dönəÜz tutacam ucalardan ucalıya,Gedəcəyəm Xocalıya..Düşəcəyəm ölənlərin mən izinə.Ölmək üçün hər birinin əvəzinə.Qollarıma dayaq oldu izlər mənim,Bilirdim ki,ölənlərim gözlər məni.Buda mənim axtardığım,şumluq üçün hazırlanmış əkin yeri.Hanı axı ölənlərin bəs qəbiri?Baxıb gördüm,Şum yerinə əkiliblər toxum kimi,Əkiliblər ahöm kimi...Mən başımı örtəcəyəm,bu tökülən haqsız qanla,Öləcəyəm damla damla,öləcəyəm hər gün, hər anQana qan, qanO vaxtadək öləcəm ki,Şum yerinə toxum kimi əkilənlər,Bu dünyanın daş,divarna,kədər kimi tikilənlər,Torpaq altdan güc verəndə,Cücərəndə,Ölmüyəcəm,Ölümlərə öc olacam.Qisas adlı güc olacamQAZİLƏRMənfur düşmən göz tikəndə Vətənə,Xilaskar tək öndə durdu Qazilər.Ürək yandı şəhidinə, itənə,Qəzəbiylə düşmən yordu Qazilər.Can bildiyi torpağına can dedi,Xain düşmən alış dedi, yan dedi.Qan tökdünüz. Yerdə qalmaz qan drdi,Qisas olub, divan qurdu Qazilər.Dırnağıyla qayalara dırmaşıb Sarmaşıq tək dağ boyuna sarmaşıb,Düşməninə birdən qəfil yanaşıb,Döyüşüylə cəza verdi Qazilər.Yaralandı heç baxmadı yaraya,Can atdılar yurd hayına, haraya.Yağı düşmən nifaq saldın araya,Al payını bir boz qurddu Qazilər.Qəhrəmanlıq səlnaməsi oldular.Xalqımızın intiqamnı aldılar.Qalibiyyət himnimizi çaldılar,İlahidi, sanki sirrdi Qazilər.Qalx ayağa QAZİ gəlir baş əyək.Tarix olan yazı gəlir baş əyək.Vətənimin özü gəlir baş əyək Mənim üçün vallah pirdi Qazilər.İlahidi sanki sirrdi Qazilər.“ŞƏHİDİN VAR” - deyiləndəMən ömrümün tarixinə baxammıram...Bu tarixin nisgilindən çıxammıramMüharibə, dava sözü,Silkələyir dönə-dönə.Qorxuram ki,Şəhidin var sözü yenə qulağımda çağlayar...Vücudumun hər nöqtəsi şəhid üçün ağlayar...Körpəlikdən göz yaşları anamın,Tökülərdi yandırardı yaxamı.Guya mənə, laylay deyib gizli-gizli ağlayardı.Ağlamağı közə dönüb varlığımı dağlayardı...Müharibədən qayıtmayan üç qardaşın ağrısını, ağısını laylasına qatardı,Şəhidlərim laylay, laylay deyib, qəm selinə batardı...Kədərini bayatıya döndərərək,Müharibə adlı yerə göndərərək,Üç qardaşnı istəyərdi..O istəyi mənim körpə ürəyimi ağladanda,Beşiyimi yırğalayıb sus deyərdi..Anamın şəhidlərim laylay sözüylə,Leysan tökən gözüylə anladımkı dayılarım şəhid oldu...O zamandan şəhidliyə şahid oldumAnaların göz yaşından qorxa- qorxa böyüdümMüharibə kəlməsiylə qamçılanıb döyüldüm...İndi tez-tez"Şəhidin var" - sözü yenə ürəyimi göynədərək,Əlacsızca Yer deyərək, Göy deyərəkƏllərimi Göy üzünə açıram.Heç bilmirəm hara qaçıranOra, bura qaçıram.Şəhidimin tabutuna tərəf sanki quş tək uçuram...Torpağımın xilaskarı,Vətənimə ər oğulsan şəhidim!Nə qədəri ki, dünya vardı,Dünya üçün var oğulsan şəhidim!Deyə,deyə, İçimdəki o körpənin göz ysşıyla hönkürürəm - ön görürəmDeyirəm ki,Mənfur düşmən öləcəksən,Məğlub kimi qalacaqsan.Şəhidimin hər birinə,Milyonların qurban olur.Tarix səndən qisas alır...Həm də sizlə qürurlanıb öyünürəm.Azərbaycan şəhidinə - uıu genli soy deyirəm.Amma neynim"Şəhidin var" - sözü yenə,Qulağımda çağlayır,Vücudumun hər nöqtəsi şəhid üçün ağlayır.ÇOX HEYİF...Gözləyirdim...Bir gün asi olacanİzləyirdim...Könül yası olacan,Düz deyirdim...Düzün pisi olacam,Üz döndərdin, tez döndərdin çox heyif.Küsmədimki alın yazım yaş tökür,Susmadımkı yolum, izim daş tökür.Əsmədimki, bulud sözüm baş çəkir,Üzün döndü, qəlbim dindi çox heyif.Yaraladın qaysaq tutmur, qan axır.Paralandın bütöv yetmir, yan axır.Uralandın bu hal bitmir can çıxır,Vəfa dedim, alov yedim çox heyif.Üzülməyim kimə isə xoş oldu,Əzilməyim hansı kəsə xoş oldu?Yaz deməyim döndü yasa qış olduFitnə fellə,aldı ələ çox heyif.Dağlansamda dağ dağ olub, dağ oldum.Bağlansamda bostan salb bağ oldum.Çağlasamda şimşək alıb çağ oldum,Səsləyirəm... Döz deyirəm çox heyif.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.