Murtuz Novruz oğlu Məmmədov (1943-1988) Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!.... 2 июля 2019 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Murtuz Novruz oğlu Məmmədov 1943-cü ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur.O, 1960-cı ildə Darvaz kənd orta məktəbini əla qiymətlərlə bitirərək M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki BSU) daxil olmuş, 1965-ci ildə ali təhsilini başa vurmuşdur. M.Məmmədov əmək fəaliyyətinə Bakıdakı 190 saylı orta məktəbdə müəllim kimi başlamış, sonralar indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında metodist, şöbə müdiri olmuş, Xarici Dillər İnstitutunda dekan müavini vəzifəsində çalışmışdır.1968-ci ildən onun həyat və fəaliyyəti Gəncə şəhəri ilə bağlı olmuşdur. O, müsabiqə yolu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun xarici dillər kafedrasına müəllim götürülmüş, sonra müstəqil fəaliyyət göstərən rus dili kafedrasının baş müəllimi, dosenti olmuşdur.M.Məmmədov 1970-ci ildə “M.Qorki və Azərbaycan dramaturgiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, respublikanın dövri mətbuatında elmi-publisistik, ədəbi-bədii yaradıcılıq nümunələri ilə müntəzəm çıxış etmişdir. 330-dan çox elmi-publisistik məqalənin, Azərbaycanda ilk dəfə nəşr olunmuş “İşgüzar rəsmi sənədlərin hazırlanması nümunələri” kitabının müəllifidir.M.Məmmədov respublikanın tanınmış jurnalistlərindən biri idi. Uzun illər “Azərbaycan gəncləri” qəzetinin redaksiyası ilə əməkdaşlıq etmiş, həmin qəzetin Gəncə bölgəsi üzrə xüsusi müxbiri olmuşdur.Ömrünün sonunadək H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun “Rus və xarici dillər” kafedrasında dosent kimi fəaliyyət göstərən Murtuz Məmmədov “1900-1912-ci illərdə dövri mətbuatda ədəbi tənqid məsələləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəyə hazır olduğu bir vaxtda – 1988-ci ildə avtomobil qəzasında vəfat etmişdir.Allah rəhmət eləsin!...Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.