"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" mövzusunda açıq dərs keçirilib Bakı, Məktəblər 10 января 2019 Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə 2019-cu il yanvar ayının 7-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında rayonun 115 və 30 nömrəli məktəblərinin şagirdlərinin iştirakı ilə "Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" mövzusunda açıq dərs keçirilib. Açıq dərsdən öncə məktəblilər Ulu öndər Heydər Əliyev haqqında görkəmli şəxslərin kəlamlarını söyləyiblər. YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov məruzə ilə çıxış edərək, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Respublikanın sosial-iqtisadi həyatında dönüş yarandığını vurğulayıb, Ulu Öndərin bütün sahələrdə olduğu kimi, neft strategiyasındakı rolu və xidmətlərindən, neftin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolundan ətraflı bəhs edib. Daha sonra natiq öz çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın iqtisadi imkanlarının səfərbər olunması, ölkənin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin keçirilməsinə başlanılıb. Bu sahədə 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" xüsusi yer tutur. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın milli neft strategiyasının əsası qoyulmuş, Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb.Məruzəçi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran sualları cavablandırıb.Tədbirin sonunda xatirə şəkli çəkilib.Cəfərova Nəzakət Akif qızı,Bakı şəhəri 115 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.