Liseydə mükafatlandırma mərasimi Bakı, Məktəblər 18 марта 2016 Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə “Düşüncəyə Tamaşa” layihəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və DVC-nin tərəfdaşlığı ilə həyata keçirilən “Düşüncəyə Tamaşa” layihəsi gənclərin bədii qiraətə olan marağının artırılması, asudə vaxtlarının daha səmərəli keçirilməsi, özlərini daha dolğun ifadə etməsi və təhliletmə bacarığına yiyələnməsi məqsədlərinə xidmət edir.“Düşüncəyə Tamaşa” layihəsi çərçivəsində gənclər onlara təqdim olunmuş əsəri komanda şəklində müzakirə edərək, müəllifin oxucuya çatdırmaq istədiyi ideyanı səssiz film şəklində hazırlanmış videoçarxlar vasitəsilə təqdim ediblər. Videoçarxlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qalib gələn komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar.Tədbirdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi Hüseyn Mirzəyev, İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əskərov, rejissor Əfqan Yusibov, DVC-nın proqram meneceri Canoğlan İlyasov, eləcə də liseyin müəllim və şagirdləri iştirak ediblər.Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi fəaliyyətə başlayan DVC cəmiyyətin maarifləndirilməsi məqsədilə “Milli Debat”, “Youth İnc.” və “Yaşıl ofis” proqramları çərçivəsində fəaliyyət göstərir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramı gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədlərinə xidmət edir. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik, eləcə də digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayon və iri şəhərlərini əhatə etməklə, 11 regional nümayəndəliyi özündə birləşdirir. İndiyə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40 000-dən artıq gənc iştirak edib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.