Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?” Azərbaycan, Köşə yazılar 29 марта 2015 Azərbaycan torpaqlarının iyirmi faizini işğal etmış Ermənistan və ermənilərin quyruq bulayanları Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun bu günkü uğurlarını görüb, qorxuya düşür və bizə qarşı mübarizədə bütün iyrənc vasitələrdən istifadə etməkdən çəkinmirlər. Zəif gücə, nizamsız orduya sahib olan Ermənistan Azərbaycanın hər an vuruşaraq, öz torpaqlarını azad edəcəyindən yaman qorxuya düşüb.Elə ona görə də hər gecə bir yuxu görüb, səhəri də o yuxunu gercəkləşdirməyə çalışırlar. Amma, öz yuxularının yozumu da elə özlərinə qalır.Ermənistan və qondarma Qarabağ respublikasının qaniçən, cinayətkar, hakimiyyəti Azərbaycan prezidentinin rəhbərliyi ilə Müdafə naziri general-polkovnik Zakir Həsənovun torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində apardıqları məqsədyönlü fəaliyyətdən əməllicə təşvişə düşdükləri aydın görünür.Qondarma respublika prezidentinin mətbuat katibi David Babayan bu qorxunu bir neçə gün öncə Tert.am saytına verdiyi açıqlamasında bir daha sübut edib.David Babayan Azərbaycan Müdafiə nazirinin “ Azərbaycan əsgərləri gecə-gündüz hər imkandan istifadə edərək düşməni məhv etməlidirlər, elə olmaldır ki, onlar həmişə qorxu içərisində yaşasınlar” fikrini dilə gətirərək daha sonra deyib ki, Azərbaycanın Müdafiə naziri öz əsgərləri qarşısında Azərbaycanın tarixi torpaqları olan İrəvan, Zəngəzur, Şuşa və Xankəndinin azad olunacağını da bəyan etdiyini vurğulayıb. Onu da qeyd edim ki, öz erməni xislətinə sadiq qalan Babayan bu yerlərin adını və azad olunma kəlmələrini dırnaq arasında yazıb. Amma nə etsədə faydası yoxdur çünkü Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərərfindən tanınıb və yer adları beynəlxalq aləmdə qəbul edilib.Sadəcə olaraq Babayan o qədər qorxuya düşüb ki, bu bəyanata ATƏT, BMT və digər beynəlxalq təşkilatların, insan haqları məhkəməsinin cavab verməsini “tələb” edib. Qəddar, qaniçən, körpə cəlladının düz dediyi bircə fikir var “Faşizm həm də patologiyadır.” Çox “maraqlı” yanaşmadı “cənab” Babayan tərəfindən. Amma Babayanın qalan fikirləri ancaq gülüş, eyni zamanda ikrah hissi doğurur. Amansızlıqda faşistləri də geridə qoyan ermənilərə münasibət başqa cür də ola bilməz mənim fikrimcə. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.