Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməlləri, əməli fəaliyyəti ilə təsdiq edib Azərbaycan, "Şərqin səsi" 12 декабря 2015 Bu gün minlərlə Azərbaycan vətəndaşı Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.“Holidays tour” turizm şirkətinin kollektivi də ziyarətçilərin sırasında Fəxri xiyabanda olublar.Şirkətin təsisçisi Kifayət Hüseynova kollektivin fikrini ifadə edərək Zim.az -ın əməkdaşına deyib ki, ulu öndərin yalnız özünəxas cəsarəti, möhkəm iradəsi, əsl liderə məxsus bacarığı Azərbaycanımızın bugünkü inkişafına səbəb olub: ”Faktları sadalamağa ehtiyac olmasa da, qeyd etməliyik ki, ümummilli liderimizin dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, dünyaya səpələnmiş soydaşlarımızın birliyini yaratması heç də təsadüfi deyildi. Bunlardan ən vacibi isə dünyanın aparıcı dövlətlərinin strateji maraqlarını Azərbaycanın mənafeyi istiqamətində birləşdirməyə nail olması idi. Ulu öndər bunu da öz iradəsi və siyasi təfəkkürü ilə bacardı. İctimai-siyasi fəaliyyətini, daha doğrusu, mənalı ömrünün bir qərinədən artıq dövrünü xaıqımızın və müstəqil dövlətimizin inkişafına həsr edən, bu yolda misilsiz xidmətlər göstərən Heydər Əliyev zamanın tarixini yaradan və yaşadan, onun fövqündə dayanmağı bacaran, dövlət idarəçiliyini kamil bilən fenomen kimi yazıldı yaddaşlara. Ulu öndərin həyat və fəaliyyətinə nəzər salanda fəxrlə danışır və qürur hissi keçiririk. Bilirik ki, hələ gənclik illərindən fəal ictimaiyyətçi kimi, öz həmyaşıdlarından fərqlənən Heydər Əliyev zamanın qalibi kimi tarixə imza atmaq yolu ilə irəlilədi. Çoxlarının sona kimi gedə bilmədiyi bu çətin və şərəfli yol dövləti və xalqı xoş və işıqlı sabahlarına apardığından, ulu öndər mübarizliyinə və əyilməzliyinə - əzmkarlığına güvəndi! İstər birinci, istərsə də ikinci dəfə hakimiyyətdə olduğu dövrlərdə əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməlləri, əməli fəaliyyəti ilə təsdiq etdi. ”…Müşfiq BORÇALI Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.