AYTƏN MUSTAFAYEVAya SƏS VERƏK!.. Azərbaycan, Siyasət 23 октября 2015 Bakı şəhəri 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Mustafayeva Aytən İnqilab qızı 19.10.2015-ci il tarixində İzmir küçəsi, 5A ünvanında seçicilərlə görüşüb, onların problemlərini dinləyib, öz platformasından ətraflı söhbət açıb.* * * Milli Məclisə deputatlığa növbəti dəfə namizəd, deputat Aytən Mustafayeva seçicilər ilə görüşlərini davam etdirir. * * *Oktyabrın 22-də Bakı şəhəri 16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəd Aytən Mustafayeva Yasamal rayonu Şəfaət Mehdiyev-136 ünvanında seçicilərlə görüşüb.Görüşdə Aytən Mustafayeva seçicilər ilə fikir mübadiləsi aparıb, seçicilərin problemlərini dinləyib.Deputatlığa namizədin vəkili Aidə Bəndəliyeva namizədin ictimai-siyasi fəaliyyəti haqqında seçicilərə məlumat verib. Qeyd edib ki, Aytən Mustafayevanın Azərbaycanda ziyalı xanım, elm xadimi, alim kimi nüfuzu nəinki Respublikamızda, eləcə də ölkəmizdən kənarda beynəlxalq arenalarda tanınıb. Hətta ictimaiyyətimizin nümayəndələri də namizədimizi tanıyırlar. O, deputatlığa namizəd A.Mustafayevaya uğurlar arzulayaraq seçkilərdə sakinləri fəal olaraq seçkiyə gəlmələrini və gələcəkləri üçün doğru seçim etmələrini söyləyib.Vəkil Əfsər Sadıqov isə diqqətə çatdırıb ki, namizədin fəaliyyətinə diqqət yetirildiyi zaman aydın olur ki, A.Mustafayeva uğurlu bir fəaliyyət həyata keçirib: “Bu mənada namizədə vəkillik etmək heç də bizə utanmadan yenidən bu istiqamətdə fəaliyyət göstərməyə imkan verir”. Deputatlığa namizəd Aytən Mustafayeva çıxış edərək öz platforması haqqında seçicilərə ətraflı məlumat verib. İlk olaraq namizəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məsələyə toxunaraq deyib ki, artıq bu məsələyə ikili standartlardan deyil, on qatlı standartlardan yanaşılır: “Hər bir güclü dövlət öz istədiyini həyata keçirə bilir. Dağlıq Qarabağ problemi isə düz 20 ildir ki, öz həllini gözləyir. Hətta BMT-nin qərarları da yerinə yetirilmir. Amma lazım olanda bir gecənin içərisində Liviyada partlayışlar törədilir və s. Bu istiqamətdə aparılan böyük siyasətdə biz necə iştirak edə bilərik. Biz ölkə həqiqələtlərini, reallıqlarını ancaq xarici ictimaiyyətə çatdırmaqla həyata keçirə bilərik. İkincisi isə yeni bir təzyiq yolları tapıb onu həyata keçirməkdir. Bu yol Ermənistan qarşısında Azərbaycana qarşı vurulan iqtisadi, mədəni, ekoloji zərərin ödənilməsi məsələsidir”.O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib: “Millət vəkili seçilsəm, parlamentdə xalqın mənafeyini ifadə edən qanunların qəbul olunmasında fəal iştirak edəcəm, seçicilərimi ləyaqətlə təmsil etməyə çalışacağam. Seçicilərin etimadını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.Seçicilər də çıxış edərək noyabrın 1-də keçiriləcək parlament seçkilərində Mustafayeva Aytən İnqlab qızına səs verəcəklərini bildiriblər. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.