Hərbi Akademiyada Milli Dirçəliş Günü qeyd olunub Azərbaycan 20 ноября 2017 2017-ci il noyabrın 17-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq ü.f.d., professor İsaxan Vəliyev və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə institunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış ediblər. Sonda 17 noyabr “Milli Dirçəliş Günü”-nə aid hazırlanmış videofilm nümayiş olunub.“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev qurumun adindan Hərbi Akademiyasının rəisi, general-leyteneant Heydər Piriyevi və bütün tədbir iştirakçılarını “Milli Dirçəliş Günü” münasibətilə ilə təbrik edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.